Moskva görüşünün nəticələri: İstədiyimiz oldumu? - ŞƏRH

12 yanvar, 2021 15:41

Ötən gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu, Qarabağın işğaldan azad edilməsindən sonra ilk görüş olduğu üçün dünya ictimaiyyətinin də xüsusi maraq dairəsində idi. Görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalandı.

Bəs Moskva görüşü və sözügedən bəyanat Azərbaycana, həmçinin Ermənistana nə vəd edir? Görüşün tərəflər arasında münasibətlərə təsiri nədən ibarət olacaq?

Azsiyasət.com xəbər verir ki, mövzunu bakupost.az-a şərh edən politoloq İlqar Vəlizadə bildirdi ki, 10 noyabrda qəbul olunan üçtərəfli bəyanatdan sonra regionda bir çox suallar ortaya çıxmışdı:

"Əsas suallar belə idi ki, sülhməramlıların missiyası və funksiyası nədən ibarət olacaq, üçtərəfli sazişin müddəaları, xüsusilə də 9-cu bənd necə həyata keçiriləcək, hansı formada reallaşacaq? Eyni zamanda, erməni tərəfinin bəzi təxribatçı addımları da ondan xəbər verirdi ki, bəyanatda göstərilən müəyyən məsələlərin yerinə yetirilməsində maraqlı deyillər. Amma Moskva görüşündə bu məsələlər öz həllini tapdı. Belə ki, bəyanatın 9-cu bəndinin tələblərinə uyğun olaraq regionda bütün dəhlizlər açılmalıdır və bununla bağlı artıq üçtərəfli İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbərləri hər üç tərəfdən baş nazirlərin müavinləri olacaq. Onlar konkret təkliflər hazırlayacaq. Yəni hansı dəhlizlərin açılmalı olduğu, onların həcmi və parametrləri ilə bağlı müəyyən təkliflər ərsəyə gələcək. Bu təkliflər də toplanaraq dövlət başçılarına təqdim olunacaq və nəticədə son qərarı onlar verəcək”.

İ.Vəlizadə qeyd etdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizlər də açılacaq:

“Bu quru yolu xətti vasitəsilə Türkiyə ilə də rabitə qurmağa imkan verəcək. Bu, Türkiyə ilə münasibətlərin inkişafına əlavə bir təkan olacaq, həmçinin daha sıx əlaqələrin qurulmasına şərait yaradacaq. Məlumdur ki, ötən illərdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa olunub. Türkiyə ilə ticari əlaqələr məhz bu yol üzərində qurulub. Yeni yol isə əlavə nəqliyyat dəhlizidir. Yeri gəlmişkən, keçən il Türkiyənin Qars şəhərindən İğdır şəhərinə qədər dəmir yol xəttinin tikilməsi ilə bağlı qərar verildi. Çox güman ki, yaxın müddətdə həmin dəmir yolu inşa olunacaq və daha sonra Naxçıvanla birləşəcək. Beləliklə, bu, Azərbaycanı Türkiyə ilə birləşdirəcək, eyni zamanda gələcəkdə Rusiyanı da Azərbaycan vasitəsilə Türkiyə ilə birləşdirən dəmir yol xətti olacaq”.

Politoloq görüşün digər detallarına da toxundu:

“Görüş həm üçtərəfli, həm də ikitərəfli formatda keçirildi. Bu baxımda düşünürəm ki, 4 saat davam edən görüşdə bütün məsələlər, o cümlədən, Rusiya sülhməramlıları ilə bağlı məsələ də müzakirə edilib. Çox güman ki, Azərbaycan tərəfi Ermənistanın bəzi təxribatçı addımlarından da danışıb. Bununla bağlı müəyyən qərarların qəbul edilməsini gözləməyə dəyməzdi, amma bütün hallarda böyük ehtimalla Azərbaycan tərəfi öz narahatçılığını bildirib. Düşünürəm ki, qarşı tərəf bundan müəyyən nəticələr çıxararaq gələcəkdə bu cür təxribatçı addımlara yol verməyəcək”.

Xatırladaq ki, 10 yanvar tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalanıb və sənədə əsasən bu ölkələr arasında İşçi qrupu yaradılacaq. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək.

Bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətlər müəyyən ediləcəkdir.

27 yanvar

00:43 - Ermənilər Qaregin Njdeyə Xocavənddə heykəl qoydu - Gözləyək, yoxsa hərəkətə keçək? 00:39 - "Rusiyada sarsıntılara rəvac vermək üçün Qərbin Navalnıya ehtiyacı var" - Nikolay Patruşev

26 yanvar

21:24 - Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ21:15 - Ermənistan Qarabağdan təkcə kənd təsərrüfatı hesabına ildə 100 milyon dollar talayırmış17:49 - "Paşinyanın məqsədi budur ki, Şuşanı..." - Erməni nəşrindən şok iddia: VİDEO17:33 - Geri qayıtmayan məcburi köçkünlərin evləri əllərindən alınacaq?  - AÇIQLAMA15:36 - Tağı Əhmədovun ayaqları tutuldu, xəstəxanaya yerləşdirildi14:58 - Ramin Quluzadəyə PA-da yüksək vəzifə verildi14:12 - Korrupsioner necə "Əməkdar həkim" olub? - Masallıdan Bakıya uzanan qara əllər...13:48 - Azərbaycan hərbi əməliyyatları niyə dayandırdı? - Hikmət Hacıyev açıqladı: VİDEO 13:42 - Ramin Quluzadə işdən çıxarıldı - Yerinə bu şəxs nazir təyin edildi 12:01 - Türkiyə gəmisinə quldur hücumunun videokadrları - "Çox pis döydülər..."11:51 - İrəvan bu yoldan istifadə üçün Bakıdan icazə istəyir10:16 - Ermənilərin Şuşaya "İsgəndər" atmaq planı haqda açıqlama10:11 - Bakıda tikinti şirkətinin heyrətamiz dələduzluğu 00:39 - "ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır" - Hikmət Hacıyev00:30 - Separatçı Araik Ağdərəyə niyə gəlib? - SƏBƏB?

25 yanvar

20:33 - Xırdalanda partlayış - Dağıntılar altından 2 nəfər çıxarılıb + VİDEO (Yenilənib)20:29 - Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür  - MÜHÜM AÇIQLAMA16:40 - Rüşvət alan xəstəxana direktorunun tutulma görüntüləri  - VİDEO 16:19 - Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib 14:16 - "Tramp qisas almağa hazırlaşır" - "Washington Post"14:12 - Nazir Əli Həsənovun oğlunu işdən çıxardı14:00 - "Rövnəq Abdullayev SOCAR-dan tamamilə uzaqlaşdırılacaq" - Ekspert vacib məqamları açıqladı13:42 - Ermənilər Qarabağda 7 min fərdi ev tikəcək 11:47 - Mikayıl cabbarov "Qarabağ Dirçəliş Fondu"nun fəaliyyət planından yazdı11:41 - "Rusiya müharibə dövründə bizə maksimum yardım etdi" - Tonoyandan şok açıqlama10:30 - Rusiya sülhməramlıları Qarabağda antiterror təlimi keçirlər00:34 - İranın xarici işlər naziri Bakıdadır: "Qardaş ölkə Azərbaycanın torpaqlarını geri almasından məmnunuq"00:27 - Bu gündən bu iş yerləri açılır - SİYAHI