"Putin deyir ki, "Pyotr erməniləri bizə tapşırdı..."" - Əliyev lazımı cavabı verəcək

11 yanvar, 2021 15:11

“Moskva görüşündən Azərbaycanın xeyrinə bir şey gözləmirəm. Hər halda indiyədək elan olunan bəyanat Azərbaycanın əleyhinədir. Azərbaycana Rusiya sülhməramlıları adı altında gec partlayan bir mina yerləşdirilib. Bu görüşün görünən tərəfi odur ki, məsələni Moskva idarə edir. Neçə illər bundan əvvəl olduğu kimi, Çar dövründə olduğu kimi. İşin sahibi Moskvadır”. 

Azsiyasət.com xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında Klasssik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bu gün Moskvada gözlənilən üçtərəfli görüşlə bağlı deyib.

O, qeyd edib ki, Moskva əvvəlcədən məsələni bəyanatla həll edir, sonra da bu formatda görüşlər keçirir ki, bəyanatın davamına nəzarət olunsun: “Danışıqlar olacaq, kimsə Putinin qarşısında hesabat verəcək və s. Türkiyənin bu məsələdə olmaması Azərbaycanın ziyanınadır. Məsələni hər kəs bu cür qiymətləndirməlidir. Türkiyənin bu görüşdə iştirak etməmə səbəbini isə yalnız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan izah edə bilər. Bizim bu barədəki cavablarımız subyektiv olacaq”.

Görüşdə Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin olma ehtimalına gəldikdə isə M. Mirəlioğlu qeyd edib ki, 44 günlük müharibə çox şeyi ortaya çıxardı:

“Əsgərimizin rəşadətini, ordumuzun yenilməzliyini, həm də bir müharibə teatrını göstərdi. Əsgərimiz canından keçdi, ordumuz qalib oldu, amma televiziyalarda müharibə tamaşası oldu. İndi Kremldə birdən-birə kimsə Qarabağın statusu məsələsini dilə gətirsə, İlham Əliyevin dediklərinin təkzibi olar. Çünki o status-kvonu cəhənnəmə göndərdi. Ona görə də bu görüşdə Qarabağın statusu məsələsi qətiyyən gündəmə gəlməməlidir. 

Amma rusların məsələyə qəribə yanaşmaları var. Putin hər kəs arasında iş bölgüsü aparır. O, ölkəsində kimlərin məsələyə necə münasibət bildirməli olduğunu öyrədir. Putin bu yaxınlarda azyaşlı uşağa coğrafiya dərsi keçirdi. Ondan Rusiyanın sərhədlərinin harada bitdiyini soruşdu. Uşaq cavab verdikdə isə, “Xeyr, Rusiyanın sərhədləri heç yerdə bitmir, Rusiya sərhədsizdir”,-dedi. 

Bunu bəzi sadəlövhlər uşağa deyilmiş bir adi söz kimi qiymətləndirdilər. Amma qətiyyən elə deyil. Erməni də uşağına dil açmamışdan qabaq, “Sənin düşmənin Türkdür”,-deyir. Onlar belə hesab edirlər ki, dünyada millətlər iki hissədən ibarətdir, onlardan biri türkdür. Əgər türkdürsə, düşməndir. 

Putin İrəvanda parlamentdə çıxış edərkən, “Pyotr erməniləri bizə tapşırdı”, dedi. Putin imperiyapərəsdir. İndi  adamlara deyəndə ki, Rusiya Pyotrun vəsiyyətinə əsasən idarə olunur, onlar bu deyənin geridəqalmış olduğunu düşünür. Bizim bu məsələlərə mövqeyimiz dəyişməlidir. 

Status məsələsinin görüşdə səslənməsi Azərbaycanı çıxılmaz vəziyyətə salar. İlham Əliyev yəqin ki, orada lazımi cavabları verəcək. Bu cavablar müharibə dövründəki açıqlamalara uyğun olsa, yaxşı olacaq. Azərbaycanın xeyrinə olan məsələdə biz onu dəstəkləyəcəyik, ziyanına olan məsələlər isə qəbul etməyəcəyik”.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR