"Qarabağda vergi cənnəti yaradılmalıdır" - BAXCP sədri

07 yanvar, 2021 12:21

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, ABŞ-dakı seçki prosesi və gələcək ABŞ-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz?

- ABŞ-da “unikal” və saxtakarlıqlarla dolu bir seçki keçirilməsi bu ölkənin prezidenti və onun ən yaxın tərəfdarları tərəfindən iddia olunur. Görünən odur ki, dövlət-hakimiyyət orqanları tezliklə Trampdan canlarını qurtarmaq istəyirlər. Məhz bu səbədən Trampın tərəfdarlarının seçki saxtakarlıqlarına dair 62 iddiasını məhkəmələr qanun pozuntularına dair ciddi əsasların olmadığını əsas gətirib baxılmamış saxladı. Bu hal yarıbayarı parçalanmış ABŞ cəmiyyətində qarşılıqlı nifrəti və düşmənçiliyi bir az da artırdı. Bu düşmənçiliyin və nifrətin nəticəsi olaraq dünən etirazçıların Konqresə basqını nəticəsində 4 nəfərin öldürülməsi xüsusilə kədərli hadisə idi. Dünyada demokratiyanı təbliğ və təşviq edən ABŞ-da iqtidar müxalifətin seçkiləri saxtalaşdırdığını iddia edir. ABŞ-ın qeyri-demokratik hesab etdiyi ölkələrdə isə müxalifət iqtidarı seçkiləri saxtalaşdırmaqda günahlandırır. Hər iki düşərgədə seçkilərin saxtalaşdırıldığı, hakimiyyətin qeyri-legitim olduğu iddia olunur. Hər halda demokratik dünyanın lider ölkəsi olan ABŞ-da seçkidə baş verənlər üzücü və dünyada demokratik proseslərə kölgə salan pis nümunədir. Bu ölkənin dünyada demokratiyanı dəstəkləmək cəhdləri bundan sonra uzun müddət təəssüf ki, acı gülüş doğuracaq. Bu ölkədə son prezident seçkilərinin hamısında saxtakarlıqlar edilməsi barədə ittihamların olmasına rəğmən, ABŞ siyasi elitası şəffaf və hər kəsin etimad göstərəcəyi seçki islahatlarından yayınır. ABŞ-da baş verənlər həm də dünya üçün dərs götürüləsi hadisədir. Bir daha təsdiq oldu ki, xalq seçki qutusu başına gələrkən öz məsuliyyətini hiss etməli, peşəkar səviyyədə siyasətlə məşğul olmamış şəxsləri yüksək dövlət vəzifələrinə seçməməli, bu tipli şəxslərin siyasi vəzifələrə təyin olunmasına etiraz etməlidir. İş adamı Trampın prezidentliyi ABŞ-ın öz tərəfdaşları ilə münasibətlərinin sərinləşməsinə, dünyada gərginliyin artmasına, böyük dövlətlərin təkbaşına istədiklərini etməsi meyllərinin güclənməsinə yol açdı.

Yeni administrasiyanın bizə münasibətinə gəldikdə isə, mən əsassız təzyiqlərin və ittihamların olacağını gözləyirəm. Çünki Baydenin ermənipərəst mövqeyinə görə Azərbaycana dövlət yardımlarını qadağan edən qanunun müəlliflərindən biri olduğunu hamımız bilirik. Yeni administrasiyanın bizə təzyiqlərinin kökündə də eyni motiv dayanacaq. Amma ümid edirəm ki, ABŞ-ın dövlət institutları Azərbaycanın ABŞ üçün əhəmiyyətini nəzərə alıb Prezidentin ifrata varmasının qarşısını alacaqlar.

- Füzulidə yeni hava limanının tikilməsinə və Şuşaya yeni avtomobil yolunun çəkilməsinə də münasibətinizi bilmək maraqlı olardı. Çünki Xocalıda hava limanı var və kommunikasiyaların açılması nəzərdə tutulursa, Şuşaya da köhnə yollardan istifadə etməklə getmək olardı. Həmin pullarla onlarla yaşayış məntəqəsini bərpa etmək mümkün idi. Niyə bu tipli layihələrə böyük məbləğdə vəsait xərclənir?

- Hökumət təmsilçiləri bu kimi suallara cavab versəydi daha yaxşı olardı. Mən düşünürəm ki, hökumət həm Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılacağının uzun zaman alacağını, həm də Şuşanın strateji əhəmiyyyətini və onun ölkənin mədəniyyət paytaxtı olmasını nəzərə alıb həmin şəhərə yeni qısa və çoxzolaqlı yolun çəkilməsini məqsədəuyğun hesab edib. Ola bilsin hərbi strateji əhəmiyyəti ilə yanaşı başqa səbəblər də var.

Füzuli hava limanına gəldikdə, mən onu istisna etmirəm ki, gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər və biz Füzulidəki aeroportdan hərbi məqsədlər üçün də istifadə edə bilərik. Həm də hava şəraiti baxımından aran Qarabağda yerləşdiyi üçün Füzuli aeroportu daha effektli ola bilər.

- Ermənistanın revanş cəhdini mümkün sayırsınızmı?

- Erməni mentalitetini nəzərə alıb kənar təsirlərin də olacağı halda bunu tam istisna etmək olmaz. Ermənistan ordusunu darmadağın etdiyimizdən, hər halda bu yaxın zamanlarda baş verməyəcək. Dağlıq Qarabağda yaşayan ermənilər ya revanş barədə düşünən əli qana batmış Balasanyan kimiləri oradan qovub Azərbaycanın vətəndaşları kimi yaşamalı, ya da övladlarını döyüş meydanlarında ölmüş görmək istəmirlərsə köçüb getməlidirlər.

- Əhalinin işğaldan azad olunmuş ərazilərə tezliklə köçürülməsi üçün hökumət hansı addımları atmalıdır?

- İlk növbədə rayon mərkəzləri və əlverişli coğrafi mövqelərdə yerləşmiş böyük kəndlər minalardan təmizlənməli, tikinti aparılması üçün şərait yaradılmalıdır. Həmin yerlərdən olan böyük sahibkarlarla fərdi iş aparılmalı, onlar quruculuq işlərinə cəlb olunmalıdırlar. İnanıram ki, onlar ata yurdlarını bərpa etməklə yanaşı, öz vəsaitləri hesabına ayrılıqda və ya digərləri ilə birlikdə böyük məmnuniyyətlə universitetlər, orta və peşə məktəbləri, bağçalar, administrativ binalar tikə bilərlər. Dövlət onlara gələcəkdə çəkdikləri xərcin bir hissəsini qarşılamaq üçün əlavə dəyər gətirən ictimai-iaşə, səhiyyə və turizmin inkişafı üçün digər obyektlərin tikintisinə torpaq sahəsi ayırmalı, kreditlər verməlidir. Xarici investorları, beynəlxalq miqyasda tanınan nüfuzlu bankları bölgəyə cəlb etmək üçün vergi cənnəti yaradılmalıdır. Kəndlərdə fərdi evlərin tikintisi üçün vəsait ev sahiblərinə verilməlidir. Bu şəffaflığı və sürətli məskunlaşmanı təmin edəcəkdir. Sadəcə, Ermənistanla sərhədə qədər, həm də tikinti materiallarının daşınması üçün dəmir yolu sürətlə bərpa olunmalı, yaşayış məntəqələri qaz və elektrik enerjisi ilə təmin edilməlidir. Görülən işlər barədə ictimaiyyət gündəlik məlumatlandırılmalıdır.

Xalq Cəbhəsi

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb