Amerikada nə baş verir? - Ərəstun Oruclu ŞƏRH EDİR...

07 yanvar, 2021 11:46

Son bir sutkada Amerika Birləşmiş Ştatlarında baş verənlər dünyanı silkələyib. Bu barədə politoloq, ABŞ-da yaşayan Ərəstun Oruclu sosial şəbəkədə maraqlı təhlil paylaşıb.

Azsiyasət.com həmin təhlili təqdim edir:

"ABŞ-da nə baş verir?" Dünəndən bu sualı xeyli insandan almışam. Bu başdan deyim ki, ABŞ daxili siyasətini diqqətlə izləsəm də, özümü bu sahədə mütəxəssis saymıram. Lakin sualları nəzərə alaraq baş verənlərlə bağlı subyektiv fikirlərimi sizlərlə məmnuniyyətlə bölüşürəm.

Fikrimcə, baş verənlərin (özü də təkcə bu günlər yox) əsas səbəbi ABŞ siyasi sisteminin böhranıdır. Donald Trampın prezident seçilməsi özü elə həmin böhranın ciddi təzahürlərindən idi. Bu barədə hələ 2016-cı il prezident seçkilərindən həmən sonra yazdığım məqaləmi şərhdə paylaşıram.

Elə həmin məqalənin P.S. bölümündə Trampdan “Mən yalnız qalib gəlsəm seçkilərin nəticələrini qəbul edəcəyəm!” sitatını da gətirmişdim. Gördüyümüz kimi, Tramp vədinə sadiq qalaraq 4 ildən sonra məğlubiyyətini qəbul etmədi və bu haqda da ABŞ mətbuatında çox yazılmışdı.

Təxminən 2 il əvvəl "The İntercept" yazarı, britaniyalı jurnalist Mehdi Həsən və "New York Times" qəzetinin köşə yazarı Tomas Fridman təxminən eyni sualı vermişdilər: "Donald Tramp seçkiləri uduzub Ağ Evdən çıxmaqdan imtina etsə nə baş verəcək?"

Təəssüf ki, ən pis proqnozlar özünü doğrultdu.

Amma bu, tək Trampın günahı deyil. Onun məsuliyyəti öz yerində, lakin Trampın 4-illik hakimiyyəti dövründə onu ABŞ seçkilərinə müdaxilə edən Rusiyanın seçdirdiyini iddia edən demokratlar bəlkə heç özləri də bilmədən bu gün baş verənlər üçün münbit zəmin yaratmış oldular.

Hər bir halda, həmin əsassız (ona görə ki, aylarla aparılan təhqiqatlar ortya heç bir sübut qoya bilmədi) iddialar da sonda bu işə öz töhfəsini vermiş oldu. Belə ki, demokratlar düz 4 il ərzində amerikalılara onların büt kimi inandıqları seçkilərin saxtalaşdırılmasının mümkünlüyünü aşıladılar.

4 ildən sonra isə onların atdığı bumeranq geri qayıtdı və özlərinin, daha doğrusu, ölkənin başında çatladı. İndi sual olunur ki, 4 il ərzində ABŞ seçkilərinin saxtalaşdırıldığını iddia edənlər bu gün həmin seçkilərin saxtalaşdırılmadığına nə qədər amerikalını inandıra bilərlər?

Təbii ki, Tramp tərəfdarlarının çox az bir hissəsini. Onlar isə ABŞ-ın az qala tən yarısıdır.

Yuxarıda qeyd etdiyim və ABŞ-da geniş oxucu auditoriyası olan 2 müəllifin hələ xeyli əvvəl xəbərdarlıq etməsinə baxmayaraq, dünən isteblişmentin belə hadisələrə hazır olmadığı üzə çıxdı.

Məlum oldu ki, müxtəlif ölkələrdə seçkilərdən sonra baş verən mübahisələri danışıqlarla və dinc yolla çözməyə çağırışlar edən ABŞ-ın özünün eyni hallar üçün nəzərdə tutulmuş ən ciddi "arqumentləri" polis, milli qvardiya və komendant saatı imiş.

Amma həmin "ciddi arqumentlər" də effektiv olmazsa, onda nələr baş verə bilər və ABŞ çalxalanarsa bunun dünyaya hansı təsirləri olar? Bu sualları haqqında isə düşünmək belə qorxuludur. Odur ki, vəziyyətdən çıxış yollarını görünür hər iki partiya birlikdə aramalı olacaq. Amma bu da praktikada heç də sözdəki qədər asan deyil.

ABŞ siyasətində korporativ və partiya maraqları artıq çoxdan milli maraqların fövqündə dayanır və yetişməkdə olan böhranın başlıca səbəblərindən biri və bəlkə də birincisi elə budur.

Əks təqdirdə siyasi opponentlərə qarşı mübarizədə "seçkilərə müdaxilə olunub" iddiasını dövriyyəyə buraxmaqla və sutkada 24 saat gündəmdə saxlamaqla cəmiyyətin iki əsrdir istinad yeri olan təməl dəyərləri hədəfə almazdılar.

Vaşinqtondakı dünənki qarşıdırmada artıq ilk qan da töküldü. Ümid edək ki, bu həm də sonuncu qan olacaq. Başqa cür düşünmək isə sadəcə qorxuncdur, axı söhbət 330 milyon əhalisinin əlində 400 milyondan çox silah olan ölkədən gedir".

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb