Pandemiyadan sonrakı dünya - 12 aparıcı beyin mərkəzi rəhbərləri nə düşünürlər?

04 yanvar, 2021 16:48

Artıq dünyada pandemiya yeni mərhələyə girir, bir sıra ölkələrdə peyvəndləmə gedir, digərləri isə buna hazırlaşır. 2021-ci ildə və sonra dünya düzənində nə gözləməli? “Foreign Policy” dərgisi bu sualla dünyanın 12 aparıcı beyin mərkəzi rəhbərlərinə, təhlilçilərə müraciət edib.

Brukinqs İnstitutunun Prezidenti Con Alen deyir ki, bu qlobal səhiyyə böhranından qalib çıxanların sayı çox az olacaq. Buna heç də xəstəliyin nəzarətimizdən kənar çıxması deyil, bir çox ölkələrin vaksin əldə olunanacan əsl liderlik, cəmiyyətin daxili intizam ortaya qoya bilməməsi səbəb oldu.

“Ən əsası, bu çətin dönəm qlobal səhiyyə sistemlərinin necə pis təmin olunduğunu üzə çıxardı, bir çox ölkələr etik baxımdan məhvedici qərarlar verməli oldular –ilk öncə hansı vətəndaşlara tibbi yardım göstərilməlidir. Üstəlik, bu dəhşətli xəstəliklə mübarizə üçün yenilənmiş qlobal koalisiya qurmaq əvəzinə bir çox ölkələr təcrid siyasətinə bel bağladılar... Birləşmiş Ştatlar ən pis örnəklərdən birinə çevrildi”, – məqalədə deyilir.

Con Allen sistematik irqçilik, iqlim dəyişikliyi, qlobal iqtisadi dirçəlişə ehtiyac kimi məsələlərin həllindən ötrü ortaq beynəlxalq düzəni zəiflətməyi deyil, gücləndirməyi vacib sayır.

Trampın yırtdığı maska

“New America” beyin mərkəzinin rəhbəri Anna-Mari Sloterin fikrincə, pandemiya bir məsələni qəti şəkildə ortaya qoydu – ABŞ hökuməti heç də qlobal məsələlərin ayrılmaz oyunçusu deyil. Vəzifədən getməkdə olan Tramp administrasiyası Birləşmiş Ştatları Dünya Səhiyyə Təşkilatından (DST) çıxardı, vaksinə bərabər şəkildə qlobal çıxışı təmin etməyi hədəfləyən, 172 ölkənin qoşulduğu COVAX tərəfdaşlığına üzv olmadı.

Sloter eyni zamanda ABŞ-ın xeyriyyəçi və vətəndaş cəmiyyəti təşkilatlarının, şirkət və universitetlərinin pandemiya zamanı aktiv rolunu qeyd edir. Gavi, Vaksin Alyansı kimi təşəbbüslərin təşkilinə Bill və Melinda Qeyts Fondu kömək elədi, ABŞ-ın farmaseptik şirkətləri vaksin hazırlanması və paylanmasında aparıcı rol oynadı və sairə.

“Foreign Policy” dərgisinin elmi və köşə yazarı Lauri Qaret diqqəti pandemiya luzerlərinə çəkir. Pandemiyanın iqtisadi çətinlikləri milyonlarla insanı ağır, incik duruma salıb, onlar problemlərinə görə xarici rəqiblərini ittiham edirlər. 

“Qlobal səhiyyə və humanitar qurumlar artan millətçilik, maliyyə dəstəyi toplamaqda çətinliklərlə üzləşirlər. Bu pandemiyanın uzunmüddətli nəticəsi odur ki, dünya növbəti xəstəlik qarşısında daha zəif duruma düşə bilər”, – o vurğulayır.

Rəqabətli Asiya əsri

Sinqapurun Asiya Tədqiqatı İnstitutunun Milli Universitetinin aparıcı əməkdaşı Kişor Mahbubani COVID-19-dan ölü sayının Şərqi və Cənub-şərqi Asiyada daha az olduğunu qeyd edir. Vyetnamda hər milyon nəfərə 0.4, Çində 3, Sinqapurda 5, Cənubi Koreyada 10, Yaponiyada 17 ölüm düşür. Belçikada bu 1446, İspaniyada 979, Britaniyada 877, Birləşmiş Ştatlarda 840, İtaliyada 944 nəfərdir.

“Rəqəmlər aysberqin üzüdür. Onların arxasında daha böyük hekayə dayanır – rəqabət Qərbdən Şərqə keçir. Qərb cəmiyyətləri vaxtilə elm və rasionallığa sayğılarına görə tanınırdılar. Donald Tramp bu illüziyanın maskasını yırtdı. Asiyalılar indi onun maskasız tərəfdarlarına marıtlayaraq baxırlar”, – o yazır.

Hazırda dünyada 85 milyondan çox yoluxma təsdiqlənib, onlardan 1 milyon 800 mindən çoxu vəfat edib.

Azərbaycanda son günlər gündəlik yoluxma sayı mindən az olsa da, ölüm 30 civarındadır. Yanvarın 3-nə olan məlumata görə, indiyədək 220 mindən artıq yoluxma aşkarlanıb, vəfat edənlərin sayı 2733-ə çatıb. Ötən ilin sonunda yayılan rəsmi açıqlamalarda bu ilin əvvəlindən ölkədə vaksinasiyanın başlanacağı bildirilirdi.

azadliq.org

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb