2021-ci il dünya ölkələri və Azərbaycan üçün necə keçəcək? - ŞƏRH

01 yanvar, 2021 18:10

Yeni ilin ilk günündə tanınmış ekspert və siyasət adamları onun necə keçə biləcəyi ilə bağlı ilkin proqnozlarını səsləndirirlər.

İqtisadçı ekspert, ReAL Partiyasının icra katibi Natiq Cəfərli də ümumən dünya, habelə Azərbaycan üçün 2021-ci ilin necə keçəcəyi ilə bağlı təhlil hazırlayıb.

N.Cəfərli bildirib ki, dünyada 2021-ci lin ilk 3-4 ayı “vaksin” sözü altında keçəcək, hətta yeni “vaksin müharibələri” görəcəyik, ABŞ, Avropa, Çin, Rusiya vaksin yarışına girib, öz əhatə dairəsini məhz peyvəndləmə ilə genişləndirməyə çalışacaqlar. Söhbət hansı vaksinin effektli olub-olmamağından daha çox, hansı ölkə hansı güc mərkəzinə loyallıq göstərməsindən gedəcək. İnsanların peyvədlənməsi fonunda əvvəl virusa münasibət, onun media təqdimatı dəyişəcək, sonra ümumiyyətlə, pandemiya ləğv olunacaq.

İqtisadçı ekspert daha sonra ayrı-ayrı dünya ölkələri və Azərbaycan üçün 2021-ci il təxminlərini belə sıralayıb:

“ABŞ: Joe Biden and içib işə başlayandan sonra Amerikada yeni gündəm formalaşmağa başlayacaq, Demokratların hakimiyyətə dönməsi həm də bir məsələyə görə önəmli idi ki, dünyada əzəli dəyərlərin yenidən gündəm olmasına, “yaşıl iqtisadiyyat”, ekologiya məsələsinin önə çıxmasına səbəb olacaq. Amma çox güman, bütün məsələlərdə Bidendən daha çox önə Kamala Harris çıxacaq və çox böyük ehtimal 4 illik Demokratlar hakimiyyəti məhz o xanım prezident kimi tamamlayacaq. Köhnə-yeni komanda AB, Çin, Rusiya və İran ilə yeni münasibətlər təsis etməyə çalışacaq. İranla daha asan anlaşmaya gedəcəklərsə də, Çin ilə asan olmayacaq, çox güman, yeni prinsiplər üzrə anlaşma lazım gələcək. Rusiyaya qarşı isə münasibət sərtləşəcək və burada Çinin alacağı mövqe rəsmi Pekinə münasibətlərin formalaşmasında önəmli rol oynayacaq.

Avropa Birliyi: BREXİT-dən sonra AB siyasəti dəyişməyə məcburdur. Əgər BREXİT Britaniya üçün daha uğurlu və dvidentli olacaqsa, bu pis örnək, presedent yarada, bəzi AB ölkələrində yenidən mərkəzdənqaçma addımlarını sürətləndirə bilər. Bunun ümün AB daha cəlbedici və böhranlara adekvat, tez və doğru reaksiya verən mərkəzə çevrilməlidir. Ümumiyyətlə, AB gələcəkdə iki “liqaya”, yüksək və birinci “divizion” ölkələrinə bölünə bilər. Çünki, inkişaf və dəyərlər AB ərazisində belə çox fərqlidir deyə, birgə qərarların alınıb həmən uyğulanması prosedur çətinliklərindən başqa, inkişaf səviyyəsinə də dirənir.
Böyük Britaniya: BREXİT-dən sonra bu ölkə, “üzərində günəş batmayan” İmperiya daha rahat və çevik qərarlar almağa başlayacaq. Yeni ittifaq quruculuqlarının təşəbbüskarına, ayrıca müstəqil oyunçuya çevrilə bilər. Britaniyanın yeni maraqlı “dördbucağın” – Britaniya, Türkiyə, Ukrayna və Azərbaycan formatının moderatoru olması mümkündür ki, bu da “dördbucaq” ölkələri üçün həm yeni fürsətlər, həm də yeni çağırışlar yarada bilər.

Rusiya: Şimal qonşumuzun son 5 ildə aqressiv xarici siyasətinin təməl səbəbi daxili sistem problemləri, əhalinin diqqətini daxildəki problemlərdən xaricə yönəltməkdir. Dünyanın ərazi olaraq ən böyük, resurs olaraq ən zəngin ölkəsi hələ də Böyük Dövlət, İmperiya olmağı ərazi genişliyi ilə ölçür, öz gücünü aqressiv böyümədə görür. Amma, bu yolun dalan olduğu da görünür deyə, Kreml “yumşaq güc” elementlərini daha da artıraraq yaxın çevrəsində olan ölkələrə təzyiq kimi tək “zopadan” yox, həm də siyasi-ictimai proseslərə müxtəlif alətlərdən istifadə edəcəyi aşkar görünür.

Türkiyə: Qardaş ölkənin iqtisadi və hüquqi problemləri həddən artıq çoxalıb, Ərdoğan 2021-ci ili hüquqi və iqtisadi islahatlar ili elan edib – bu çox yaxşıdı, məncə, bizə - Azərbaycana da bunun pozitiv təsirləri olacaq. Ümumiyyətlə, elə bir vəziyyət yaranıb ki, Türkiyənin mləkətimizə təsir imkan və resuraları artıb – bunun pozitiv tərəflərindən istifadə etməli, neqativ tərəflərini isə neytrallaşdırmağı bacarmalıyıq. Amma görünən odur ki, qardaş ölkədə “Post-Ərdoğan” dönəminə də ciddi hazırlıqlar gedir – yeni partiyalar və güc mərkəzləri formalaşır. Məncə, əsas məqam isimlər üzərindən deyil də, sistem üzərindən seçimə yönələcək, görünın odur ki, yenidən güclü Parlamentar sistemə keçid istəyən qüvvələrin koalisiya yaranacaq və sonda məhz bu istiqamət qalib gələcək.

İran: Cənub qonşumuzda iqtisadi və sosial problemlər, sistem problemləri xeyli artıb – İran ciddi açılıma “hamilədir”. Tramp komandasının 4 illik sərt sanksiya rejimi effekt vermədi – tam tərsi, İranın Rusiya və Çinlə yaxınlaşmasına səbəb oldu. Çox güman, Biden administrasiyası 2021-ci ildə yeni, qəbuledilən şərtlərlə “böyük 6-lıq” sazişinə geri dönüb İranla yeni münasibətlər qurmağa çalışacaq. İsraildə 23 mart 2021-ci ildə baş tutacaq yeni seçkilərdən sonra bu iş daha sürətlə gedəcək. İranın açılması bölgəmiz üçün yeni iqtisadi fürsətlər yaradacaq ki, Azərbaycan burada önəmli “qapı” rolunu oynaya bilər.

Azərbaycan: 2020-ci il məmləkətimiz üçün həm çox ağır, həm də çox düşərli və inanılmaz il oldu. Şəhid və Qazilərimizn qəhrəmanlığı bizə möhtəşəm hərbi qələbə bəxş etdi – Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə acil şəfalar diləyirəm. Hərbi qələbənin siyasi, diplomatik, iqtisadi, sosial üstünlüyə, böyük uğura çevrilməsi üçün 2021-ci il çox mühüm il olacaq. Doğru təməllər atılmalı, düzgün qərarlar verilməlidir.

Hərbi qələbə insanımızı sevindirsə də, vətəndaşların köklü problemləri – sosial vəziyyətin ağırlaşması, kasıblığın və işsizliyin artması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, iqtisadi çətinliklər heç yerə itib-getməyib, tam tərsi, daha da kəskinləşib. Yaranmış yeni əlverişli geo-siyasi və hərbi üstünlüklərin böyük qazanca çevrilməsinin artıq tək yolu qalıb – sistem dəyişikliyi. Yeni Ana Yasa, bundan doğacaq yeni “oyun qaydaları”, idarəetmənin təkmilləşdirilməsi artıq olmazsa-olmazdır. Çünki, iqtisadi və sosial problemlərin kökündə duran məsələ siyasidir – iradəetmə fəlsəfəsi və üsulu dəyişməlidir ki, iqtidsadi islahatlar mümkün olsun. Biz nəhayət təməl ümumbəşəri dəyərlərə və dövlət quruculuğu prinsiplərinə başlamalıyıq – qüvvətlər ayrımından tutun da, yerli idarəetməyə qadər hər şey yenidən dizayn olmalıdır. Prezident özünü iqtisadi-sosial problemlərən ayırmalı, bu sahələr gücləndirilmiş Parlamentar sistem çərçivəsində məhz gələcək Parlamentdən çıxacaq hökumətə həvalə edilməlidir. Prezident xarici siyasət, daxili və xarici təhlükəsizlik, ordu quruculuğu işini öz üzərinə və birbaşa idarəetməsinə götürməklə yeni qaydalarla yaradılacaq hökumətə iqtisadi-sosial məsələlərin həllində sərbəstlik verməlidir ki, hökumətdə məsuliyyət də yaransın – çünki, səlahiyyət həm də məsuliyyət deməkdir. Vitse-prezidentlik institutuna da yenidən baxılmalı, birinci vetse-prezidentlik Ana yasada qala bilər, amma bir neçə vitse-prezidentlik yaradılması müddəası Konstitutsiyadan çıxarılmalıdır. Təbii ki, yerli özünüudarə institutu da yenidən təsis edilib seçkili Mer institutu yaradılmalı, bu addım elə Qarabağın hələ tam bizim nəzarətimizdə olmayan bölgələri ilə bağlı status məsələsini də həll etməlidir. Yəni, ölkənin tamamında eyni qaydalar ilə vətəndaşlar yerli seçkilərdə özlərinə Mer və təmsilçilər seçməlidirlər. Hüquq-mühavizə və məhkəmə sistemi də yeni qaydalarla dizayn edilib biznesə, iqtisadiyyata ağır bağ, yük olmadan çxmalıdır”.

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb