"Ermənistan hakimiyyəti və cəmiyyəti iki yoldan birini seçməlidir" - Politoloq

29 dekabr, 2020 16:58

"Rusiya və Türkiyə xarici işlər nazirlərinin Soçidəki görüşü başa çatdı. Nazirlər siyasi və iqtisadi münasibətlərdən, o cümlədən fərqli münaqişələrdən tutmuş peyvəndin birgə istehsalına qədər müxtəlif mövzuları müzakirə etdilər. Bizi maraqlandıran nazirlərin Dağlıq Qarabağla bağlı ortaq əməkdaşlıqla bağlı düşüncələridir". 

Azsiyasət.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, Ağdamda ortaq monitorinq mərkəzi çərçivəsində iki ölkənin hərbçiləri əməkdaşlığa başlayacaqlar:

"Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ortaq monitorinq mərkəzinin faydalı olacağını bildirməklə yanaşı, İlham Əliyevlə Rəcəb Təyyub Ərdoğanın Bakıda birgə mətbuat konfransınsa səsləndirdikləri fikri xatırlatdı: “Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentmiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik”. Top Ermənistanın meydanındadır. Ermənistan hakimiyyəti və cəmiyyəti ikisindən birini seçməlidir: ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirməli və bu zaman növbəti ağır məğlubiyyətlərlə üzləşməli, ya da sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edərək, barış və inkişafa üstünlük verərək regional əməkdaşlıqdan faydalanmalıdır. Ermənilərin hələ ki, ikinciyə üstünlük verdiyini müşahidə etmirik, onların nəyə üstünlük verəcəklərini gələn il parlament seçkisindən sonra yeni və ya yerində qalacaq hökumətin siyasətində görəcəyik".

Politoloq bildirib ki, Rusiya və Türkiyə müttəfiq deyillər və bu iki dövləti strateji tərəfdaş adlandırmaq çətindir:

"Onlar sadəcə tərəfdaşdırlar. Əsas odur ki, bu iki ölkənin Suriya, Liviya və Dağlıq Qarabağ məsələsində yanaşmalarında fərqləri olsa da, daima dialoq içindədirlər və ortaq nöqtələr axtarmağa çalışırlar. Bu sıraya iki ölkənin birgə layihələrini də əlavə etmək lazımdır. Türkiyə ilə Rusiyanı Qərbin hər ikisinə qarşı sanksiyalar da yaxınlaşdırır. Bu yaxınlaşmadan Azərbaycan faydalanmalıdır. Türkiyəli hərbçilərin Dağlıq Qarabağa gəlişlərini həm də ona görə sürətləndirmək lazımdır ki, rusiyalı hərbçiləri qarşılarında güc görsünlər və həmin güclə münaqişədən çəkinsinlər".

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb