“Türklər erməni qüvvələrini də, Ermənistandakı Rusiya bazasını da silib-süpürəcək...”

30 iyul, 2020 13:53

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan misli görünməmiş miqyasda birgə manevrləri Ermənistanla yanaşı Rusiya ekspert-siyasi dairələrində də ciddi narahatlıqla izlənməkdədir. Xəbər verildiyi kimi Türkiyə ordusu bu təlimlərdə iştirak etmək üçün bəzi məlumatlara görə 11 minlik canlı qüvvə, çoxsaylı zirehli texnika və reaktiv yaylım atəşi sistemləri, o cümlədən hücum vertolyotları göndərib. Manevrlər Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin ardınca keçirilir. Türkiyə hərbi-siyasi rəhbərliyi Ermənistanın təcavüzkar addımlarına cavab olaraq birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə edib və indi bu  təlimlərlə mesaj vermiş olur ki, hərbi əməliyyatlar başlasa Azərbaycanın tərəfində döyüşməyə hazırdır.

“Rosbalt” agentliyi hərbi ekspert Pavel Felgenhauerdən bu təlimlər və Ermənistanla Azərbaycan arasında mümkün irimiqyaslı müharibənin Türkiyə ilə Rusiya arasında hərbi qarşıdurmaya keçmək riskləri barədə soruşub.

Ekspert deyir ki, Türkiyə ordusunun iri qruplaşmasının Naxçıvana və Azərbaycanın digər ərazilərinə yeridilməsi heç də Azərbaycana mənəvi dəstək nümayiş etdirmək deyil. “Ərdoğan və onun müdafiə naziri deyirlər ki, nəsə olsa Azərbaycanın tərəfində döyüşəcəklər. Beləliklə, onlar öz mövqelərini ortaya qoyublar. Yeri gəlmişkən bu mövqe həmişə belə olub”,-o deyib.

Bəs Türkiyə işə qarışsa Rusiyanın buna reaksiyası necə olacaq? Felgenhauer deyir ki, hadisələrin bu cür inkişafı Moskva ilə birbaşa müharibə təhdidi yaradacaq. Çünki Rusiya Ermənistanı türklərdən qoruyacaq. Gümrüdəki hərbi bazada elə bunun üçündür.

Ekspert hesab edir ki, Ermənistanın KTMT-nin hərbi dəstəyinə arxalanması fiksiyadır. Çünki nə Qırğızıstan, nə Tacikistan, nə Belarus Qafqazda vuruşmayacaq. Ona görə də Ermənistanın köməyinə təkcə Rusiya gələcək.

“Üstəlik Ermənistanda yerləşən Rusiya qoşunları heç də tam olaraq ruslardan ibarət deyil, şəxsi heyətin 90 faizi ermənilərdir. Köhnə imperiya ənənəsidir-xidmət üçün yerliləri muzdla cəlb etmək. Bu, sadəcə olaraq Rusiyadan muzdluları təyyarələrlə daşımaqdan ucuz başa gəlir. İstənilən halda orada cəmi bir motoatıcı briqada var, təxminən 4 minə yaxın adam. Bundan əlavə bizim orada MiQ-29 təyyarələrindən ibarət aviasiya dəstəmiz, zenit-raket komplekslərimiz də yerləşir. Lakin bütövlükdə bunlar Türkiyənin sərhədin o tərəfində dayanan 3-cü ordusu ilə müqayisədə olduqca simvolik döyüş qüvvəsidir. Bizim Ermənistandakı qruplaşmanı gücləndirmək imkanlarımız kifayət qədər məhduddur. Çünki nəsə olsa gərək Gürcüstan ərazisindən keçəsən. Gürcülər isə buraxmaya bilər, o zaman onların ərazisini döyüşlə keçmək lazım gələcək...Əlbətdə, havadan əlavə qüvvə də daşımaq mümkündür. Lakin hava yolu ilə tank və motoatıcı briqadaları daşımaq mürəkkəbdir. Üstəlik türklərin çox müasir və güclü aviasiyası var. Ümumən, orada hərbi əməliyyatlar başlasa türklər erməni qüvvələrini də, Ermənistanda yerləşən Rusiya qüvvələrini də silib-süpürəcək. Belə şəraitdə isə Rusiya özünün müdafiə doktrinasına əsasən nüvə qüvvələrindən preventiv istifadəyə əl ata bilər”,-Pavel Felgenhauer deyib.

Bəs Moskvanın bu cür riskli addıma getməsi nə dərəcədə mümkündür?

Ekspert deyir ki, bunu istisna etmir. Onun fikrincə, Rusiya əhali yaşamayan hansısa dağlıq ərazilərə və Anadoludakı hansısa bazaya nüvə zərbəsi endirib göstərə bilər ki, buna hazırdır. “Lakin digər tərəfdən bu artıq NATO ilə müharibə olacaq”,-o bildirib.

Felgenhauerin fikrincə situasiya kifayət qədər ciddidir və istənilən an kəskinləşə bilər. Türkiyə qoşunlarının bu manevrlərdə iştirak üçün Azərbaycan-Türkiyə sərhədini keçməsi onun sözlərinə görə, çox ciddi eskalasiyadır və ən pis halda nüvə müharibəsinə də gətirib çıxara bilər. (virtualaz.org) 

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?