"Moskva dondurulmuş vəziyyəti sevir..." - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər

01 dekabr, 2020 21:51

“Dağlıq Qarabağ sülh sazişində Putin zirək tərpənərək yeni yanaşma ortaya qoydu”. “The New York Times” qəzetinin dekabrın 1-də dərc etdiyi məqalə belə adlanır.

Həmin sazişlə Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə verilib və tərəflərin təmas xəttində 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Eni 5 kilometr olan Laçın dəhlizi də bu sühməramlıların nəzarətindədir. 

Qəzetin əməkdaşları Anton Troyanovki və Karlotta Qall yazırlar ki, Qafqaz regionunda çoxdanın təxribatçısı olan Rusiya üçün sülhməramlı rolu bir dəyişiklikdir – həm də keçmiş sovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışan ölkədən ötrü yeni sınaq və fürsətdir.

Müəlliflərin fikrincə, vaxtilə Gürcüstanı və Ukraynanı işğal etmiş Rusiya həmin ölkələri özünə düşmən etdi. İndi bu taktika Kremlin gözündə dəbdən düşmüş sayılır. Təhlilçilər düşünürlər ki, Moskva getdikcə yumşaq və sərt gücün daha incə qarışığına əl atır. Məsələn, Belarusda nümayişlərə münasibətdə də Kreml yumşaq davrandı, birbaşa müdaxilə etmədi, ancaq Aleksandr Lukaşenkoya dəstəyini də əsirgəmədi.

“Dağlıq Qarabağ müharibəsində danışıqlarda Putin Rusiyanın hərbi gücüylə təhdid edərək hər iki tərəfdən güzəştlər əldə etdi, eyni zamanda rəqib düşərgələrin, xəsisliklə də olsa, etimadını da qazandı. Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə alyansının mövcudluğuna baxmayaraq, Putin bunun Dağlıq Qarabağa aid olmadığını dedi.Onun Azərbaycan Prezidenti İlham Əliyevlə sıx şəxsi əlaqələri var”, – məqalədə deyilir.

“Bu, klassik anlamda sülhməramlı rolunu oynamaq fürsətidir. Ümid etmək istərdim ki, Rusiyanın postsovet məkanında öyrənmə prosesini və dəyişiklik müşahidə edirik”, – Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib. Bu qurum Rusiya hökumətinə yaxındır.

Məqalədə 9 noyabr gecəsi Azərbaycanın Rusiya vertolyotunu təsadüfən vurmaqla Moskvaya müdaxiləyə bəhanə verdiyi deyilir. Qəzet Bakıda məsələdən agah bir neçə nəfərə istinadla yazır ki, Rusiya prezidenti Azərbaycana ultimatum verib: Şuşa alınandan sonra Azərbaycan əməliyyatları dayandırmasa, Rusiya ordusu münaqişəyə müdaxilə edəcək. Şuşanın Azərbaycan Ordusu tərəfindən alındığı noyabrın 8-də xalqa açıqlanmışdı.

“Həmin gecə Bakıda açıq əraziyə naməlum raket düşdü, xəsarət alan olmadı. Bəziləri bunun Rusiya tərəfdən siqnal olmasından şübhələndi, yəni o, müdaxiləyə hazır idi və böyük ziyan vurmaq gücündəydi”, – müxbirlər yazırlar.

“Rusiya bu münaqişəni özbaşına buraxmaq istəmir. Onlar dondurulmuş vəziyyəti sevirlər. Onlar müdaxilə edəcəklər”, – keçmiş diplomat, Bakıdan Beynəlxalq Münaqisətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev deyib.

Karnegi Avropa Fondunun aparıcı əməkdaşı Tomas de Vaal isə düşünür ki, İlham Əliyevlə razılaşmaq çətin olmayıb, çünki o, Rusiyayla münasibətinə dəyər verir. Ermənistanlı təhlilçi Riçard Giraqosyanın fikrincə, indi ölkəsi Rusiyanın orbitinə daha da bərkidildi, manevr imkanları azaldı.

“Dağlıq Qarabağda gələcək təhlükəsizlik Rusiya sülhməramlılarından asılıdır ki, bu da Moskvaya əvvəl olmayan təsir rıçağı verir”, – o deyib.

Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciətində Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətinə verilməsindən damışıb.

"Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir", – o vurğulayıb.

azadliq.org

23 yanvar

02:15 - Müsavat Partiyası Sevinc Osmanqızının ittihamlarına cavab verdi 00:05 - "Başqa məsələlərə burunlarını soxmasınlar..." - Etibar Məmmədov00:01 - Azad Rəhimov komaya düşüb?

22 yanvar

19:08 - "NATO Qafqaza daha çox diqqət ayırmalıdır" - Gürcüstan prezidenti16:47 - Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR16:41 - "Azərbaycan Prezidenti Dağlıq Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb" - XİN Avropa parlamentinə cavab verdi16:32 - "Hökumət daxilində təhlükəli mafiya var..." - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama16:29 - Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı14:28 -  Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir - Nə etməliyik?14:10 - Bakıda “Lotu Quli”nin adamlarının şok əməlləri - YENİ TƏFƏRRÜAT11:55 - Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək - YENİLİK11:29 - Əhmədzadənin kadrları bir gündə milyonluq müqavilələr bağladı - Tender əməliyyatı00:11 - "Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına" - Pənah Hüseyn00:04 - "Ordunu çıxart, talanı dayandır" - Dəməşqin Baydendən gözləntisi

21 yanvar

21:24 - Azərbaycanın qazandığı siyasi divident  - Rusiyadakılar imzalanan sənəddən məmnun qalmayacaq17:32 - Paşinyandan ermənilərə Şuşa ilə bağlı TARİXİ XATIRLATMA 15:40 - Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi:  "Küçə musiqilərini efirlərdən yığışdırın!"14:58 - Azərbaycanla Türkmənistan arasında Xəzərdə "Dostluq" yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb14:55 - Türkiyədə üzərinə "Qarabağ Azərbaycandır" yazılmış pul buraxıldı14:18 - "Ukraynaya silah verməyi dəstəkləyirəm" - Yeni Dövlət katibi14:14 - Şuşaya avtobus xətləri açılır - Hələlik üç şəhərdən 13:48 - Türkiyənin ən böyük bankı Şuşada filial açır10:52 - "Lavrovun bəyanatında təhlükəli məqamlar var": "İndi əsas məsələ Ermənistan ordusunun ərazidən çıxarılmasıdır"10:47 - "Bayden və Harrisin ermənilərlə əlaqələri var, amma..." - Qubad İbadoğlu10:41 - Bayden Trampın qərarlarını ləğv etdi - Müsəlman ölkələrinə qadağa qaldırıldı00:21 - Azərbaycan hərbi gücünə görə neçənci yerdədir? - "Global Firepower" açıqladı00:09 - "Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik" - Qüdrət Həsənquliyev

20 yanvar

18:27 - Tramp Ağ Evlə vidalaşdı - VİDEO 17:11 - "Karyerdə daş atıb 10 manat alırdım" - Siyavuş Novruzov17:03 - Mikayıl Cabbarov təkzib edir - "SOCAR satılmayacaq"