"Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb" - Ermənistan prezidentindən etiraflar

21 noyabr, 2020 00:58

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub.

Bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli “Arovat” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: 

“1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindi. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.

Sarkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi: 

“Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi”.

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın “Feysbuk”dan “kopipast”dan başqa bir iş görmədiyini bildirib.

Bundan başqa, o, razılaşmır ki, Ermənistanda informasiya texnologiyaları sahəsi inkişaf edib. "Bizdə buna can atan çoxlu sayda istedadlı gənclər var, lakin bizdə həmin sistem yoxdur. Belarus kimi bir ölkədə, bu gün bir neçə dəfə, on dəfə daha çox proqramçılar fəaliyyət göstərir. Xaricdən, ABŞ-dan və Kanadadan böyük miqdarda pul yatırılan proqramlaşdırma sahəsi mövcuddur. 30 000 tələbənin təhsil aldığı İnformasiya Universiteti var. Dövlət bu sahəyə pul qoymayıb, lakin müvafiq siyasət aparıb. Və bu, Belarusa aiddir, Çinə, Fransaya və ya ABŞ-a yox. Biz burada da geri qalmışıq", - deyə prezident vurğulayıb.

Sarkisyanın sözlərinə görə, Ermənistanda elm də" axsayır": 

"Elmlər Akademiyası bir neçə dəfə ixtisar edilib, daha pis maliyyələşdirilir. Çox yaxşı alimlərimiz var, insanlar var, amma sistem yoxdur".

 

28 noyabr

13:13 - Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTOLAR 12:20 - "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi12:17 - “Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova10:16 - Rusiyada Erməniatanı qalib hesab edənlər KİMLƏRDİR? 10:10 - Səudiyyə Ərəbistanın Türkiyəyə qarşı boykotu RƏSMİLƏŞDİ01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR10:45 - Yeni nazir Rusiyanın adamıdır: Bakıda təhsil alıb10:40 - Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...00:30 - Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR00:26 - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT00:21 - "Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

26 noyabr

19:50 - Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? 19:45 - Azərbaycan Fransaya NOTA verdi 18:46 - Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO 16:01 - “Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov13:47 - Düşmən Kəlbəcərdən sonra Laçında evləri yandırır... - FOTOLAR13:26 - Laçında nə baş verir? - “Hər şeyi son günə buraxdın ki...”12:47 - "Makron qudurub" - Deputat Aqil Abbas