Reanimasyon durumda olan Ermənistanı dirçəlməyə qoymaq olmaz: RİSKLƏR VƏ TƏHLÜKƏLƏR

17 noyabr, 2020 12:50

Sentyabrın 27-də başlayan 44 günlük müharibə Azərbaycanın şəksiz qələbəsinin təmin olunması ilə nəticələndi. Müharibə bitər-bitməz iqtisadi dayanıqlığı olmayan, regional və qlobal müstəvidə heç bir rola malik olmayan Ermənistan iqtisadi-siyasi təlatümlərin dibinə yuvarlandı. Bu gün Ermənistanda baş verən hadisələr bu dövlətin gələcəyinin sual altında olduğunu göstərir. Şübhəsiz, 200 ildir rusların diktəsi ilə ermənilərin “böyük ermənistan” işğalçı“ideologiyası”ndan əziyyət çəkən bir millət kimi bu vəziyyət bizə sərf edir.

Bundan sonra Ermənistanda:

Sosial-iqtisadi durum fəlakət həddinə çatacaq, “Qarabağ klanı” və “Ermənistan klanı” arasındakı düşmənçilik daha da dərinləşəcək və böyük ehtimal ki, növbəti hakimiyyət “Qarabağ klanı”nından formalaşacaq, ölkə tamamən borclanmış ölkəyə çevriləcək, heç bir resursa malik olmayan Ermənistan daha da yoxsullaşacaq.

Müzakirə olunmalı məqamlar:

Paşinyan Ermənistanın ictimai televiziyasına müsahibəsi zamanı belə bir ifadə işlətdi: “Biz istəyirik ki, Ermənistan qatarları Naxçıvan vasitəsilə İrana getsin”. Nəzərə almaq lazımdır ki, SSRİ dövründə bu yol Culfadan keçirdi. Həmçinin, SSRİ zamanında Ermənistana aid yüklər dəmir yolu vasitəsilə Naxçıvandan daşınırdı.

Paşinyan ardınca deyir: “Biz, həmçinin Rusiyaya ikinci yol istəyirik. Bu sənəd sayəsində belə bəndlər həyata keçirilə bilər. Bu, danışıqlar məsələsidir".

Heç şübhəsiz ki, bütün bu səylər Ermənistanın dirçəlməsinə hesablanıb.

Digər vacib nüans: Türkiyə ilə Ermənistan arasında uzunluğu 311 kilometr olan sərhəd var. Bu günə qədər bu sərhədin bağlı qalmasının  əsas səbəbləri bunlardır: Türkiyənin Dağlıq Qarabağ problemində Azərbaycana açıq dəsatək verməsi və Ermənistanın qondarma erməni “soyqırımı” iddialarından əl çəkməməsi.

Nəzərdə tutulan Mehri yolundan sonra bəs Türkiyə hansı addımı atacaq? Daha sonrakı mrəhələlərdə Türkiyə Ermənistanla sərhəddini aça bilərmi?

Həmçinin, noyabrın 10-da əldə olunan razılaşmanın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət veriləcəyi qeyd olunur.

6-cı bənddə Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına veriləcəyi də göstərilir.

Deməli, RİSKlər və TƏHLÜKƏlərvar və nəzərə alınmalıdır. 1920-ci il təcrübəsi göz önündə olmalıdır. Vaxtilə blokada şəraitində olan Ermənistan qol-qanad açan kimi torpaqlarımızın 20%-ni işğal etmiş oldu. Bu gün Azərbaycan həm də öz siyasətini Ermənistanın zəif  halda qalmasına yönəltməlidir.

Bu gün Rusiyanın sülhməramlı qoşunları Qarabağdadır. Və Rusiyadan Qarabağa demək olar ki, hər gün zərbə təyinatlı vertolyotlar, hərbi texnikalar və s. daşınır. Ermənistan mediası Dağlıq Qarabağı tərk edən ermənilərin Rusiyanın tələbi ilə Xankəndinə geri qaytarıldığı ilə bağlı məlumatlar da tirajlayır. Arayik Harutyunyanla Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun üzbəüz-tərəf kimi oturması narahatedici mqəamlardandır. Xüsusilə də, sülhməramlıların hərbi prokurorunun qondarma rejimin bayrağının qarşısında şəkil şəkdirməsi ciddi narahatlıq doğurur.

Bütün bunlar Rusiya sülhməramlılarının Ermənistanın dirçəlməsi üçün Qarabağda “oxrana” rolunu oynayacağı qənaətini yaradır.

Tarixi prosesləri və bu günkü hadisələri analiz edərək aşağıdakı nəticələrə gəlmək olar:

Ermənistanın dirçəlməsinə qəti şəkildə yol vermək olmaz. Necə ki, belə olub və bundan sonra da Ermənistan bütün regionla layiəhələrdən kənarda saxlanılmalıdır. Və bunun üçün Azərbaycanın əlində kifayət qədər əsaslar da var. Bu dövlətin güclənməsi Azərbaycanın suvenerenliyinə təhdiddir. Təsadüfi deyil ki, hazırda bütün ermənilər, eləcə də, Ermənistan rəhbərliyi 44 günlük müharibənin nəticələrini 1:1 hesabı kimi qiymətləndirir, “biz güclənib qayıdacağıq” çağırışları edirlər. Ümumiyyətlə, bölgədə Ermənistana nəəslik vermək bizim nəyimizə lazımdır? Əgər Ermənistan iqtisadiyyatı dirçəlsə, biz gələcək nəsillərimiz üçün basdırılmış bombalar qoyub getmiş olacağıq.

Ən nəhayət.., Ermənistan təzminat ödəməlidir, xalqımıza maddi və mənəvi ziyan vuran, ölkəmizdə terror siyasəti həyata keçirən ermənilərin boynuna bu öhdəlik qoyulmalıdır. Ali Baş Komandan öz çıxışlarında bu barədə haqlı olaraq dəfələrlə danışıb.

Prezidentin “Mən nəyi, nə zaman, necə edəcəyimi bilirəm” deməsi bizlərdə dərin inam yaradır və ümid edirik ki, O, Ermənistanın bundan sonra daha da zəif hala salınması üçün praktiki addımlar atacaqdır. Bu həm də gələcək nəsillərimizi erməni terrorundan sığortalamış olacaq.

Samir FEYRUZOV 

29 noyabr

19:58 - “Böyük bir müharibə başlaya bilər...” - Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım18:23 - “Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir” - Türkiyə Müdafiə Nazirliyi16:06 - “Bu gün sən “türkün ayaqqabılarını yalamısan” - Partiya üzvü Paşinyanı biabır etdi13:24 - Ermənistanın bu zenit-raket kompleksləri Qarabağda heç nəyə yaramayıb13:16 - Rusiya Xankəndiyə 60-dan çox da hərbi həkim göndərdi! - Rəsmi Bakı ilə razılaşdırılıbmı?11:16 - Erməni polkovnik-leytenant Naftalanda müalicə olunur01:13 - "7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik" - Sarkisyanın etirafı üzə çıxdı00:29 - "İranın daha bir aliminə qarşı terror aktı törədiblər" - Zərifdən açıqlama

28 noyabr

22:37 - Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı22:34 - “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO 22:27 - İƏT Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə QƏBUL ETDİ22:12 - Füzulidə minaya düşənlərlə bağlı son xəbər - FOTOLAR22:09 - "Qarabağa gedib Azərbaycana qarşı döyüşdük" - PKK-dan etiraf13:13 - Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTOLAR 12:20 - "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi12:17 - “Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova10:16 - Rusiyada Erməniatanı qalib hesab edənlər KİMLƏRDİR? 10:10 - Səudiyyə Ərəbistanın Türkiyəyə qarşı boykotu RƏSMİLƏŞDİ01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman