Bayden prezident seçilsə, ABŞ-ın Türkiyə siyasəti dəyişəcəkmi? - TƏHLİL

06 noyabr, 2020 00:35

Məhərrəm Sarıqaya

“Habertürk”

Utancaq mühafizəkar seçicilərin rəy sorğusu keçirənləri yenə də aldatdıqları ABŞ-da hər şey kilidləndi, ortada qaldı. Uzun müddət ərzində nəticə alınmaması, prosesin tıxanıb qalması ehtimalı da yüksəkdir.

Ancaq ABŞ sisteminin öz daxili hərəkət mexanizmi güclü olduğu üçün bu durumun çox da uzun müddət bu şəkildə qalacağına kimsə ehtimal vermir.

İndi isə seçkilərə Ankaradan baxışa gələk. Trampın öz vəzifəsinə davam etməsi nəticəsi çıxarsa, ABŞ-la münasibətlərə baxış əslində çox dəyişməyəcək.

Orta Şərqlə bağlı münasibətlərdə yaşanan gərginlik, bəlkə də, daha bir ton artaraq davam edəcək. Çünki bir daha seçilməmə kimi bir riski olmayacağı üçün Tramp, ABŞ-ın ağırlıq verdiyi siyasətlərdən sapmadan, bir dövlət adamı kimliyini qorumağa çalışacaq. Əlaqələrimiz bu gün olduğu kimi, “kor” və “topal” irəliləyəcək. Hələ Senatda da durumun, demək olar ki, başa-baş getdiyini nəzərə alsaq, Ankarada dünənkindən daha yaxşı bir vəziyyət gözlənilmir.

Baydenin qalib gələcəyi təqdirdə, problemlərin daha çox olacağını Ankarada çox adam qəbul edir. Çünki Tramp vəzifə başına gəldikdən sonra xüsusilə xarici işlər və kəşfiyyat orqanlarından bir çox şəxsin uzaqlaş(dırıl)masını təmin etdi. Onların əksəriyyəti Türkiyə ilə problemli şəxslər idi. Hamısı da Baydenlə işləməyə başladı. Seçki kampaniyası dövründə hamısı öz üzərlərinə önəmli vəzifələr götürdülər və BaydeninTürkiyəyə yönəlik mənfi çıxışlarının əsas səbəbkarları oldular.

Bunlara baxaraq Baydenin seçildiyi halda Türkiyə ilə olan problemlərin daha çox pisləşəcəyini düşünməyin. Doğrusu, Ankarada bu məsələ ilə məşğul olan şəxslər də bu nöqtəyə vurğu edir.

Öncəliklə nəzərə almaq lazımdır ki, Bayden Türkiyəni tanıyır, iki ölkə arasındakı əlaqələrin inkişaf tarixini bilir.

İkincisi, qarşısındakı ölkə Afrikadakı və ya Okeandakı kiçik ölkələrdən biri deyil.

Türkiyənin geopolitik önəmi

Geopolitik önəmi olan, NATO-nun 2-ci ordusuna sahib bir ölkəni yox saymaq və ya tam olaraq üstünə getmək ehtimalı, xüsusilə də Şərqi Aralıq dənizində daşların yenidən düzüldüyü bir dövrdə, elə də çox deyil.

Təbii ki, S-400, Xalqbank, Şərqi Aralıq dənizi, Suriya və kürd siyasətlərilə bağlı olaraq fikir ayrılıqları yaşanacaq. Lakin unudulmamalıdır ki, Obama ilk seçki kampaniyası dövründə qondarma “erməni soyqırımı”nı tanıyan ilk prezident olacağını söyləmişdi, ancaq bu yöndə heç bir addım atmadı.

Bundan əlavə, Klinton və Obamanın ilk hakimiyyət illəri Türkiyə-ABŞ əlaqələrində ən rahat dövrlər olmuşdur.

Bütün bunlar nəzərə alınarsa, ikisindən hansı biri gələrsə gəlsin, yekunda heç biri təkbaşına baharı gətirməyəcək.

Ayrıca, unudulmasın ki, ölkələrin dostluqları, düşmənçilikləri yoxdur, maraqları vardır. Diplomatiyanınn çarxı da bu mərkəzin ətrafında dönər.

29 noyabr

18:23 - “Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir” - Türkiyə Müdafiə Nazirliyi16:06 - “Bu gün sən “türkün ayaqqabılarını yalamısan” - Partiya üzvü Paşinyanı biabır etdi13:24 - Ermənistanın bu zenit-raket kompleksləri Qarabağda heç nəyə yaramayıb13:16 - Rusiya Xankəndiyə 60-dan çox da hərbi həkim göndərdi! - Rəsmi Bakı ilə razılaşdırılıbmı?11:16 - Erməni polkovnik-leytenant Naftalanda müalicə olunur01:13 - "7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik" - Sarkisyanın etirafı üzə çıxdı00:29 - "İranın daha bir aliminə qarşı terror aktı törədiblər" - Zərifdən açıqlama

28 noyabr

22:37 - Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı22:34 - “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO 22:27 - İƏT Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə QƏBUL ETDİ22:12 - Füzulidə minaya düşənlərlə bağlı son xəbər - FOTOLAR22:09 - "Qarabağa gedib Azərbaycana qarşı döyüşdük" - PKK-dan etiraf13:13 - Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTOLAR 12:20 - "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi12:17 - “Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova10:16 - Rusiyada Erməniatanı qalib hesab edənlər KİMLƏRDİR? 10:10 - Səudiyyə Ərəbistanın Türkiyəyə qarşı boykotu RƏSMİLƏŞDİ01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR