"Ermənilərdən bütün etdiklərinin əvəzi çıxılmalıdır" - ADP sədri

24 oktyabr, 2020 21:55

Sərdar Cəlaloğlu: "Ermənistan ordu saxlamaq hüququndan mərhum edilməldir"

"Ordumuzu, siyasi sistemimizi, iqtisadiyyatımızı eynən Türkiyə kimi qurmalıyıq"

Azərbaycan cəmiyyəti qələbəyə köklənib. Silahlı Qüvvələrin 3-4 həftə ərzində işğalda olan torpaqların əhəmiyyətli hissəsini azad etməsi, düşmənin ağır məğlubiyyətlə üzləşərək fəaləkət düçar olması gələcəyə böyük ümidlər yaradıb. Ordumuzun uğurları diplomatik cəbhədə də Azərbaycanın şərtləri diqtə edən mövqelər əldə etməsini təmin edib. 

Hazırda 27 illik sülh danışıqlarından, razılaşdırılan prinsiplərdən, status-kvodan, təmas xəttindən əsər əlamət qalmayıb. Azərbaycan rəhbərliyi hər şeyi əlinin tərsi ilə kənara itələyərək özünün beynəlxalq hüquqa əsaslanan şərtini irəli sürüb: işğalçı ordu Azərbaycanın bütün ərazilərindən çıxmalıdır. Qarabağda ermənilərə hər hansı siyasi statusun verilməsindən söhbət belə gedə bilməz.

Azsiyasət.com xəbər verir ki, durumu azpolitika.info-ya şərh edən ADP sədri Sərdar Cəlaloğlu da Azərbaycan Ordusunun mislisiz naliyyətlərə imza atığını deyir.

Onun sözlərinə görə, 30 il ərazində düşmənin qurduğu müdafiə istehkamlarının, əldə etydiyi silah-sürsatın, hərbi texnikanın darmadağın edilməsi, işğalda olan ərazilərimiz qarşı-qarış azad edilməsi böyük uğurdur: "Cəmi bir aya yaxın müddətdə bu qədər uğurlar əldə etmək ordumuzun gücündən, yüksək döyüş əhval - ruhiyyəsindən xəbər verir. Cəbhədə naliyyətlərimiz artdıqca Azərbaycan diplomatiyasının da əli güclənəcək və milli maraqlarımızı daha qətiyyətlə müdafiə edəcəyik. Hər şey ordumuzun davamlı qələbələrindən asılıdır. Əminəm ki, biz sona qədər bunu bacaracağıq".

S. Cəlaloğlu hesab edir ki, Azərbaycan regionda bütün maraqlı qüvvələrlə münasibətlərini yüksək səviyyədə saxlamalı, əməkdaşlığı davam etdirməlidir: 

"Haqq, hüquq bizim tərəfimizdədir, 30 ilə yaxın gözlədik, Ermənistan rəhbərliyi təklif etdiyimiz güzəştlərlə razılaşmadı. Buna görə də indi güc tətbiqi ilə siyasətimizi həyata keçiririk. Buna heç bir qüvvə mane ola bilməz".

Partiya sədri qələbədən sonra Azərbaycanın Ermənistanla bağlı çox vacib strategiya həyata keçirməli olduğunu düşünür: 

"Kapituliyasiyadan sonra ilk növbədə Xocalı soyqırımında və digər qətliamlarda əli olan erməni cinayətkarlarının hamısı cəzalandırılmalıdır. Ümumiyyətlə, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin heç birini kənarda qoymaq olmaz. Azərbaycan 20 mindən artıq şəhid verib, on minlərlə insan yaralanıb, əlil olub. İqtisadiyyata milyardlarla ziyan dəyib. Azad olunan ərazilərdən yayılan kadrlardan görürsünüz, bütöv rayonlar kəndlər şəhərlər yox edilib, daşı daş üstə qalmayıb. Bu sözlə ifadə olunmayacaq bir vandalizmdir. Bütün bunların əvəzi çıxılmalıdır, bu ölkə vurdğu maddi, mənəzi ziyana görə, ağır təzminatlar ödəməyə məhkum edilməlidir. 

Necə ki, İkinci Dünya Müharibəsindən sonra faşist Almaniyası bəşəriyyətə vurduğu zərbələrin əvəzini ödəməyə məhkum edildi, eləcə də Ermənistan. Biz məsələ qaldırmalıyıq ki, Ermənistan ümumiyyətlə ordu saxlamaq hüququndan məhrum edilsin. Bu dövlət bəşəri qanunlara uyğun yaşaya bilmir, tarix boyu təxribat, terror, fitnə ilə məşğul olub. Bu gün bizə nə qədər düşməndirsə, sabah ətrafdakı ölkələrə qarşı da o qədər təhlükə törədir. Ona görə birdəfəlik erməni məsələsi həllini tapmalıdır. Yalnız bunlardan sonra ermənilərin Azərbaycanlılarla birgəyaşayış məsələsinə baxmaq olar".

Sərdar Cəlaloğlu Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi yüksək qiymətləndirir. O hesab edir ki, elə bu gündən başlayaraq qardaş ölkə ilə iki dövlət vahid siyasət prinsipi həyata keçirilməlidir:

"Bu gün hər iki ölkənin regionda maraqları və düşmənləri enidir. Türkiyə bizə mislisiz dəstək göstərməklə yanaşı həm də bizə örənəkdir. Biz qələbədən sonra Türkiyə modelli dövlət quruculuğuna başlamalıyıq. Ordumuzu, siyasi sistemimizi, iqtisadiyyatımızı eynən Türkiyə kimi qurmalıyıq. Bu bizə çox böyük uğurlar vəd edir".

29 noyabr

20:50 - Ermənistan prezidenti də Paşinyanı İSTEFAYA ÇAĞIRDI20:40 - Yeni yaradılan partiyanın sədri Mirkazım Seyidov: “28 ildə Azərbaycan üçün 17 milyon dollar pul xərcləmişəm...” - VİDEOMÜSAHİBƏ19:58 - “Böyük bir müharibə başlaya bilər...” - Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım18:23 - “Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir” - Türkiyə Müdafiə Nazirliyi16:06 - “Bu gün sən “türkün ayaqqabılarını yalamısan” - Partiya üzvü Paşinyanı biabır etdi13:24 - Ermənistanın bu zenit-raket kompleksləri Qarabağda heç nəyə yaramayıb13:16 - Rusiya Xankəndiyə 60-dan çox da hərbi həkim göndərdi! - Rəsmi Bakı ilə razılaşdırılıbmı?11:16 - Erməni polkovnik-leytenant Naftalanda müalicə olunur01:13 - "7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik" - Sarkisyanın etirafı üzə çıxdı00:29 - "İranın daha bir aliminə qarşı terror aktı törədiblər" - Zərifdən açıqlama

28 noyabr

22:37 - Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı22:34 - “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO 22:27 - İƏT Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə QƏBUL ETDİ22:12 - Füzulidə minaya düşənlərlə bağlı son xəbər - FOTOLAR22:09 - "Qarabağa gedib Azərbaycana qarşı döyüşdük" - PKK-dan etiraf13:13 - Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTOLAR 12:20 - "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi12:17 - “Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova10:16 - Rusiyada Erməniatanı qalib hesab edənlər KİMLƏRDİR? 10:10 - Səudiyyə Ərəbistanın Türkiyəyə qarşı boykotu RƏSMİLƏŞDİ01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH