Ölümə aparan videolar: günah çəkəndədi, yoxsa yayanda? - RƏYLƏR

23 oktyabr, 2020 14:13

Oktyabrın 21-dəişğal altında olan rayonlarımızdan birinə daxil olan əsgərlərimizin videosu paylaşıldı. Videoda Milli Qəhrəmanımız Şükür Həmidov görünür və koordinatları dəqiq deyilirdi. Onun növbəti günü, yəni dünən Ş.Həmidov, deyilənə görə, snayper gülləsi ilə şəhid olub.

Anoloji hadisələr bir neçə dəfə də baş verib. Məlumatlar, görüntülər ötürülür və ardınca həmin görüntülərdə olan hərbçilərin şəhid olmalarına dair informasiyalar yayılır.

Bəs burda günah hansı tərəfdədir – videoları çəkib arxa cəbhəyə göndərənlərdə, yoxsa sosial şəbəkələrdə və mediada yayan insanlarda?

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı bakupost.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, dəfələrlə müxtəlif qurumların xəbərdarlıq etməsinə baxmayaraq, şəhidlərin sayı, şəkilləri, harada qulluq etməsi haqqında yenə də sosial şəbəkələrdə paylaşımlar edilir, müxtəlif media qurumlarında məlumatlar verilir: “Məlum məsələdir ki, hər bir şəhid barəsində olan məlumatlardan ermənilər öz xeyirlərinə istifadə edərək müvafiq kartotekalar hazılayırlar. Kimin hansı rütbədə və harda şəhid olduğunu, hansı rayonda dəfn edildiyi barədə məlumatlar yayırlar. Bir neçə dəfə müraciət etmişəm ki, ümumiyyətlə bu mövzuların yayılması qadağan olunsun. Kimisi reytinq naminə, kimisi özünü göstərmək üçün bu məlumatları yayırlar”.

Millət vəkili əlavə etdi ki, digər məsələ hərbçilərin özlərinin dislokasiya yerini göstərməklərindən ibarətdir: “Bəziləri bilmədən, bəzilərisə bilərəkdən bunu edir. Bu da çox ağır fəsadlara gətirib çıxarır. Son vaxtlar cəbhə bölgəsində olan media nümayəndləri də öz dislokasiya yerlərini göstərməyə başladılar. Düşmən də bundan müvafiq istiqamətdə istifadə edir. Əgər müharibə gedirsə, belə məsələlər qadağan edilməlidir. Müharibə tək səngərlərdə, diplomatik kanallarda getmir, eyni zamanda informasiya müharibəsi gedir. Buna görə də birmənalı şəkildə bu cür proseslərin qarşısı alınmalıdır. Hər bir vətəndaş bilməlidir ki, müharibə gedən ərazilərdə belə məsələləri qabartmaq olmaz”.

Hərbi ekspert Üzeyir Cəfərov isə belə bir məsuliyyətli məqamda ən xırda ehtiyatsızlığın böyük faciələrə gətirib çıxardığını qeyd etdi: “Müdafiə Nazirliyi dəfələrlə vətəndaşlara və hərbi qulluqçulara xəbərdarlıq edib ki, bütün hallarda hansısa məlumatın paylaşılması, yayılması yolverilməzdir, olmaz. Ümumiyyətlə, komandirləri qəti şəkildə göstərmək olmaz. Çünki düşmən birinci olaraq komandirləri hədəfə alır. 90-cı illərdə Birinci Qarabağ müharibəsi ərəfəsində göstəriş var idi ki, heç bir halda döyüşə üstümüzdə komandir əlamətləri olan - hər hansı ulduz yaxud başımızdakı papaqda aypara əks olunan geyimlərlə qatılmayın. Əlbəttə, mən də düşmənə bu cür ipucular verilməsinin tərəfdarı deyiləm. Bu cür videolarla düşmənə məlumat ötürülür ki, burda filan komandir, zabit, yaxud böyük-kiçik komandir var. Ordunun apardığı hərbi əməliyyatda böyük-kiçik söhbəti yoxudur, o, düşmənlə müharibədir və müharibədə ən xırda komandir belə düşmən üçün qənimətdir. Əgər komandir sıradan çıxarılırsa əsgərlərin işi çətinləşir”.

Ü.Cəfərov vurğulayıb ki, istənilən halda sosial şəbəkələr və müharibə son dərəcə fərqli anlayışlardır:

“O mənada fərqlidir ki, yəni ikisi bir arada ola bilməz. Müharibə aparırsansa, şəkil çəkdirib yerini göstərə bilmərsən. Bu düşmən üçün çox böyük rol oynayır. Sentyabrın axırlarında – müharibənin ilk günlərində ermənilər avtobusda bir şəkil paylaşmışdılar ki, guya Qarabağa gedirlər. Qeyd etmişdilər ki, “Gedirik türklərin anasını ağlatmağa”. O şəkil bizim üçün kifayət etdi ki, müvafiq qurumlar, vəzifəli şəxslər o yaramazları elə yolun yarısında pilotsuz uçan aparatla külünü göyə sovurdu. Ona görə də bu cür paylaşımlar mən deyərdim ki, özbaşınalıqdır. Şükür Həmidovla bağlı belə bir rəsmi məlumat oxumamışam, amma əgər həqiqətdirsə bu çox böyük itkidir. Çünki o, 2016-cı ildə çox böyük qəhrəmanlıq və şücaət göstərən zabitlərimizdəndir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edir ki, sosial şəbəkə istifadəçiləri də bir-birinə deməlidirlər ki, bunu etmək olmaz: "Mən ümumiyyətlə, başa düşmürəm ki, bu qədər qadağalar olan yerdə, insanlar rəsmi olmayan məlumatları niyə yayırlar. Çünki düşmən artıq məlumatın çox hissəsini sosial şəbəkələrdən götürür və bilir ki, artıq filan komandir yaralıdır və sıradan çıxıb, filan zabit şəhid olub, bunlar hamısı məxfi məlumatlardır".

 

29 noyabr

19:58 - “Böyük bir müharibə başlaya bilər...” - Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım18:23 - “Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir” - Türkiyə Müdafiə Nazirliyi16:06 - “Bu gün sən “türkün ayaqqabılarını yalamısan” - Partiya üzvü Paşinyanı biabır etdi13:24 - Ermənistanın bu zenit-raket kompleksləri Qarabağda heç nəyə yaramayıb13:16 - Rusiya Xankəndiyə 60-dan çox da hərbi həkim göndərdi! - Rəsmi Bakı ilə razılaşdırılıbmı?11:16 - Erməni polkovnik-leytenant Naftalanda müalicə olunur01:13 - "7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik" - Sarkisyanın etirafı üzə çıxdı00:29 - "İranın daha bir aliminə qarşı terror aktı törədiblər" - Zərifdən açıqlama

28 noyabr

22:37 - Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı22:34 - “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - VİDEO 22:27 - İƏT Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə QƏBUL ETDİ22:12 - Füzulidə minaya düşənlərlə bağlı son xəbər - FOTOLAR22:09 - "Qarabağa gedib Azərbaycana qarşı döyüşdük" - PKK-dan etiraf13:13 - Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTOLAR 12:20 - "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi12:17 - “Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova10:16 - Rusiyada Erməniatanı qalib hesab edənlər KİMLƏRDİR? 10:10 - Səudiyyə Ərəbistanın Türkiyəyə qarşı boykotu RƏSMİLƏŞDİ01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman