İrəvanda ən ağıllı siyasətçi kimdir?

06 oktyabr, 2022 10:48

“Siyasətçinin zehni inkişaf səviyyəsi hansısa müqaviləni imzalaması ilə ölçülmür. Bu ölçülür, ilk növbədə, hakimiyyətdə qalması müddəti ilə, ikincisi isə xalqı üçün faydalı iş görməsi ilə”.

Bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni cəmiyyətindəki ən ağıllı siyasətçi və Azərbaycan üçün əlverişli fiqur olması ilə Abutalıb Səmədovun fikrinə münasibət bildirib.

Öz növbəsində, Z.Əlizadə deyib ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda korrupsiya dərəcəsi xeyli azalıb:

“Bu həm əhalinin yaşayışına təsir etdi, həm də dünyada Ermənistanın hörmətini artırdı. Hamı Ermənistanı demokratik və xalqın rəyi ilə hesablaşan ölkə kimi sayır. Ölkədə iki tamamilə şəffaf və sərbəst seçki keçirilib, parlament saxtakar adamlarla doldurulmayıb. Bunların hamısı siyasətçi kimi Paşinyanın öz hörmətini artırır. Bundan başqa, Ermənistan çox ağır bir sınaqdan keçib, müharibəni uduzub, amma bundan sonra da Paşinyan cəsarətini toplayaraq azad seçkilər keçirdi və yenidən qalib gəlib. Çünki o güclü siyasətçidir”.

Z.Əlizadə fikrinin davamında deyib: “Nə üçün müharibədə məğlub oldu? Əvvəla, Ermənistanın Birinci Qarabağ müharibəsindəki qələbəsi onun öz qalibiyyəti deyildi. Bu, Rusiyanın qərarı, dəstəyi və əməli idi. İkincisi, Paşinyan gələndən sonra Ermənistanın səmti Qərbə tərəf çöndü. O, erməni xalqının gələcəyini düşünüb ölkəsini demokratik istiqamətə apardığından Rusiya üzünü ondan çevirdi”.

“Sizcə, erməni cəmiyyətində ən ağıllı siyasətçi kimdir: Nikol Paşinyan, yoxsa Levon Ter-Petrosyan” sualına isə müsahibimiz belə cavab verib:

“Ümumiyyətlə, Ermənistanın başına gələn bütün bəlaların başında elə Levon Ter-Petrosyanın özü dayanırdı. Münaqişə başlayanda “miatsum” deyə bağıran kim idi? Kim çalışırdı ki, Ermənistan Rusiyanın kölgəsinə çevrilib dalınca sürünsün və Rusiya siyasətinin bütün cəfasını çəksin? Hamısının baiskarı Ter-Petrosyan idi. Sonradan görəndə ki, bəli, strateji səhv edib və səhvi düzəltmək alınmadı, gördü ki, qarmağa keçib”.

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...