İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli şəxslər ifşa olunmalıdırlar - Bakı narkotikdən təmizlənir, bəs bölgələr?

05 oktyabr, 2022 12:50

Son aylarda Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi tədbirlər həyata keçirilib və bu tədbirlər nəticəsində külli miqdarda narkotik maddələr müsadirə olunub. Əvvəlki dövrlərə nisbətən narkotik maddələrə görə həbs edilən şəxslərin də sayında artım müşahidə olunur. Paytaxt Bakının Yasamal, Nəsimi və Sabunçu rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan xeyli sayda insanlar və narkomanlar həbs ediliblər. Şübhəsiz, bütün bu tədbirlər təqdirolunasıdır. Onu da qeyd edim ki, Kürdəxanı və Şüvəlan təcridxanaları narkotikə görə həbs edilən şəxslərlə tamamilə dolub.

Amma əldə etdiyimiz məlumatlar və aparılan müşahidələr onu deməyə əsas verir ki, bölgələrdə vəziyyət hələ də acınaqlıdır. Belə ki, paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə sahəsində nəzərəçarpan adımlar həyata keçirilsə də, rayonlarda narkotik istifadəçilərinin sayı durmadan artır və narkotik bazarı çoğrafi miqyasını hər gün genişləndirməkdədir.

Diqqətə çatdırım ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı indiyə qədər onlarla məqalələrlə çıxış etmiş, bu problemin dövlətçiliyimiz və genefondumuz üçün yaratdığı dəhşətli təhlükələrdən dəfələrlə yazmışam.

Heç kəsə sirr deyil ki, Azərbaycanda satışı təşkil edəilən sintetik, ən aşağı keyfiyyətli narkotik vasitələr məhz İrandan gətirilir. İrandan Azərbaycana narkotik maddələrin daşınması rəsmi Tehranın dövlət siyasətinin bir hissəsidir. Yəni, Azərbaycan xalqını narkotiklə məhv etmək İranın dövlət siyasətidir və bu, ən yüksək səviyyədə dəstəklənir.

Bu problemlə bağlı zaman-zaman müxtəlif təkliflərlə də çıxış etmişik. İrandan Azərbaycana yönələn narkotik selinin hər gün satış konturları və ideoloji təbliğat üsullarında “texniki” dəyişikliklər olduğuna görə, biz hər dəfə bu istiqamətdə müxtəlif təkliflərlə çıxış etməli oluruq.

Məsələn, düşünürük ki;

Birincisi, İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli və narkotik maddələrin yerlərdə satışını himayə edən məmurlar var. Bu şəxslər aşkarlanıb ifşa edilməlidir.

İkincisi, cənub sərhədimizin şəxsi heyətini və texniki imkanlarını ən üst səviyyədə gücləndirmək lazımdır. Həmçinin, DSX bu istiqamətdə davamlı olaraq, hesabatlar təqdim etməlidir.

Üçüncüsü, dövlət bu sahəyə olan ideoloji, siyasi və texniki nəzarəti gücləndirməlidir.

Müəllif: Samir Feyruzov

Azsiyaset.com

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...