"Çin Sibiri ələ keçirə bilər" - "The Hill" nəşri

05 oktyabr, 2022 11:26

ABŞ-ın “The Hill” qəzetində “Çinin Sibirlə bağlı hansı planları var?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Vaşinqtonda yerləşən Avrasiya Mərkəzinin Atlantik Şurasının qeyri-rezident baş elmi işçisi Dayan Frensisdir. O, həmçinin Kanadada ingilisdilli “National Post” qəzetinin baş redaktoru, Ukraynanın ingilis dilində çıxan “Kyiv Post” həftəlik nəşrinin köşə yazarıdır. Geosiyasət, hakimiyyət cinayətləri, texnologiya və biznes sahələri üzrə ixtisaslaşmış Dayan Frensis 10 kitabın müəllifidir.

Dayan Frensisin məqaləsini ingilscədən çevirib oxuculara təqdim edir.

Kremlin Ukraynaya əsassız hərbi müdaxiləsi Çin lideri Si Cinpinlə Rusiya prezidenti Vladimir Putin arasında münasibətlərin korlanmasına gətirib çıxarıb. Si Cinpin ən böyük iki müştərisinə – ABŞ-a və Avropa İttifaqına görə Çini tədricən Putinin cəngindən uzaqlaşdırmaq xəttini seçib.

Çin liderinin Rusiyanın Ukraynada apardığı müharibədən narazı qaldığı ictimaiyyətə sentyabrın 15-də bəlli olub. Cinpinlə görüşündən sonra keçirdiyi mətbuat konfransında Putin özü etiraf edib ki, Çin Ukraynadakı müharibədən narahatdır. Hindistan da bu müharibədən narahatlığını ifadə edib.

Amma ortada daha vacib bir məsələ var: Sibir.

Sibir Yer kürəsinin təbii resurslarla zənginliyinə görə ən iri bölgəsidir. Putin iqtisadiyyatının əsasını məhz bu bölgə təşkil edir.

Sibir Avropaya yox, Asiya qitəsinə aiddir və günün birində bu bölgə Çinin ixtiyarına keçə bilər. Si Cinpin çox gözəl anlayır ki, prosesi bu istiqamətdə sürətləndirmək ondan ötrü elə də çətin deyil.

Çinin Sibiri ələ keçirməsi ehtimalı bəzilərində rişxənd doğura da bilər. Amma məsələ burasındadır ki, Putinin Qərblə apardığı nəticəsiz müharibə Rusiya Federasiyasının parçalanması ehtimalını artırır.

Nəhayət, Putin devrilə bilər və bununla Rusiya diktaturadan qurtula, o biri yandan da nəhəng federasiya daxilində inqilabi və separatçı hərəkatlar baş qaldıra bilər. O halda Moskvadakı hərbi mərkəzin əldən düşmüş, alçaldılmış bir ordu ilə nəyəsə nail olacağı, parçalanmanın qarşısında duruş gətirəcəyi ağlabatan görünmür. Rusiyanın Çeçenistan, Tatarıstan, Kalininqrad, Yakutiya (Saxa Respublikası), Sibir və digər bölgələrində onlarca fəal separatçı hərəkatlar mövcuddur.

Varşava Universitetində Şərqi Avropa üzrə tədqiqatlardan dərs deyən Kazimej Vuyçiski 2021-ci ildə Rusiya üçün altı ssenari hazırlamışdı: Rusiya Çinin təsiri altına düşür; Rusiya Balkanlaşır; Rusiya parçalanır; dinc yolla tədricən çökür; neft-qaz qiymətlərinin uzun müddət yüksək səviyyədə qalması sayəsində Rusiyada “imperiya bumu” yaranır; Rusiya Qərblə əməkdaşlığa gedərək modernləşir.

Qərblə əməkdaşlıq meyli heç vaxt Pitinin genində olmayıb və onun Ukraynaya hücumu buna daha bir əyani sübutdur. İndi Putinin ordusu Ukrayna cəbhəsində geriləyir və onun dövləti aqoniyaya, ya da Sovet İttifaqı Əfqanıstandan alçaldıcı şəkildə çıxarılandan sonra olduğu kimi zəifləyib dağılmağa məhkumdur. Aleksey Navalnı və Putinin son dövrlər apardığı repressiyalara məruz qalmış digər tənqidçiləri isə sağ-salamatdırlar və onların həbsdən buraxılması Balkanlaşmaya gətirib çıxara bilər.

Sibirin hüdudlarından kənarda hər bir narahat bölgə on illər boyudur müstəqillik uğrunda çarpışır. Hazırda formal siyasi və ya mədəni muxtariyyətləri olan bu bölgələr yüz illərdir rus yurisdiksiyasında ilişib qalıblar.

Sibir isə XIX əsrə, rusların hərbi müdaxiləsinə qədər xanlıq olub.

Qədim dövrlərdə Sibirdə köçəri türk və monqol tayfaları yaşayıb. XIII əsrdə Sibiri monqollar idarə edib. Bu idarəçilik XVI əsrdə xəz dəri alverçiləri gələnədək davam edib. Yüz il sonra Rusiya köçəriləri qorumaq və Çinlə özü arasında bir növ təhlükəsizlik zolağı yaratmaq üçün Sibirdə qalalar tikməyə başlayıb, beləliklə, bölgədə təsir dairəsini genişləndirib.

Sonra, 1860-cı ildə çar Rusiyası Uzaq Şərqdə Çinin (Mançuriyanın) 350 min kvadrat mil ərazisini zəbt edərək özünə birləşdirib. Söhbət təxminən indiki Nigeriya böyüklüyündə bir ərazidən gedir. Yaşıllıq içində olan bu strateji əhəmiyyətli ərazi Sakit okean sahillərində yerləşir, həmçinin Yapon dənizi sahilindəki Vladivostoku əhatə edir.

Çar Rusiyası bu ilhaqı Qərb ölkələrinin Sin imperiyasına qarşı apardığı amansız tiryək müharibələri nəticəsində Çinin həmin ölkələrlə qeyri-bərabər şərtlərlə bağladığı müqavilələrdən yararlanmaqla həyata keçirib. Sözügedən müqavilələr həmçinin Honqkonqun britaniyalılara verilməsi ilə nəticələnib. Çin bu gün də o müqavilələrdən narazıdır.

Hazırda 144 milyon nəfər rusiyalının 34 milyon nəfərə yaxını Sibirdə yaşayır. Rusiya iqtisadiyyatı isə birbaşa Sibirdəki resurslardan asılıdır. Rusiyanın neft ehtiyatlarının 80 faizə qədəri, təbii qazın 85 faizi, kömürün, qiymətli metalların, o cümlədən almazın 80 faizi, odun ehtiyatlarının 40 faizə qədəri bu nəhəng ərazinin payına düşür.

Amma bütün bu zənginliyinə baxmayaraq, ABŞ və Çinlə müqayisədə Rusiya iqtisadiyyatı cırtdana bənzəyir. 2014-cü ildən Rusiya beynəlxalq sanksiyalar altındadır. O vaxtdan ölkədə ümumi daxili məhsulun (ÜDM) həcmi və həyat səviyyəsi ciddi şəkildə aşağı düşüb. İndi Rusiyada ÜDM-in həcmi ABŞ-ın Nyu-York şəhərindəki və ya Çinin sənaye bölgəsi sayılan Quanqdonqdakı ÜDM-dən də aşağıdır.

Putinin böyük xərc tələb edən hərbi avantüraları, eyni zamanda onun şirkətləri, aktivləri inhisara almış oliqarxları rus xalqını talayıb müflis etməklə məşğuldur.

Əslində, Rusiya üçün ən böyük təhlükə nə Amerika, nə NATO, nə də Çindir. Rusiya üçün ən böyük təhlükə Vladimir Putindir. Çünki onun müharibəsi Rusiyanı bu ölkənin ixracatının 75 faizini təşkil edən Avropadan ayırır.

Avropa onsuz da Rusiyadan bu və ya digər dərəcədə, az-çox həmişə ayrı olub. Mərkəzi Asiya isə öz infrastrukturunu Çinin maliyyəsi ilə qurur və Çinə, yaxud Avropaya enerji, mineral, metal, sənaye mallarını birbaşa, Rusiyanın başı üstündən həyata keçirməyə hazırlaşır.

Rusiyanın geni xarabdır. Öz xalqının və başqalarının hüquqlarını pozmaq, oliqarx hərisliyi, total diktaturaya, imperializmə meyl Rusiyanın qanındadır, Sovet İttifaqını bərpa etmək xülyası da bundan irəli gəlir.

İndi çürük xislətli diktator və onun elitası Rusiya Federasiyasını məhvə aparır. Bunu Qərb də bilir, Qərbin Asiyadakı müttəfiqləri də, Çin lideri Çinpin də. Qalır ukraynalıları yetərincə silah-sursatla və maliyyə ilə təmin etmək. Onda Ukrayna zavallı rus ordusuna qalib gələcək, Kreml çökəcək və dünyanın ən bədəməl dövləti tarixin səhnəsindən birdəfəlik silinib yox olacaq.

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...