"Zəngəzur dəhlizi məhz Rusiyaya lazımdır" - Paşinyan ailəsinin qəzeti

04 oktyabr, 2022 16:51

"İctimai bəyanatlara baxmayaraq, Ermənistan ərazisindən keçən dəhlizin əsas benefisiarı Rusiyadır, çünki həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya Ermənistan ərazisindən keçən dəhlizin Rusiya Federasiyasının nəzarətində olmasını istəyir".

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin yeni redaksiya məqaləsində yazılıb.

Məqalədə daha sonra qeyd edilir:

"Sonuncu amil əhəmiyyətlidir, çünki İran ərazisindən keçən yol da var. İran ərazisindən də dəmir yolu çəkilə bilər".

Təhlildə vurğulanır:

"Rusiyanın bizim regiondakı istəkləri onun qlobal istəklər zəncirinə uyğundur, Ermənistan və Qarabağ bu arzular zəncirinin həlqəsidir.

Rusiya Ukraynadan istədiyini az qala Ermənistandan da istəyir ki, Rusiya-Belarus İttifaqı Dövlətinin və ya Rusiyanın bir hissəsi olsun. Əgər Ukrayna məsələsində Rusiya bunun üçün Rusiya və ola bilsin ki, Belarus qoşunlarından istifadə edirsə, Ermənistana münasibətdə Azərbaycanda yerləşdirilmiş rus qoşunlarından və müəyyən dərəcədə Ermənistanda yerləşən qoşunlardan istifadə edir. Bu cür hərəkətlərin mənası Ermənistanın təhlükəsizliyinin zəifliyini göstərməkdən ibarətdir ki, sonuncu mümkün qədər tez birlik dövlətinə üzvlük üçün müraciət etsin".

Nəşr bu məntiqin inkişafı üçün atılan addımları sadalayarkən Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirilməməsini qeyd edir.

"Rusiyaya Dağlıq Qarabağın həll olunmamış problemi həm Ermənistana, həm də Azərbaycana təsir rıçaqı kimi lazımdır", - deyə vurğulayan erməni nəşrinin fikrincə, Kreml Qərblə gözlənilən münaqişə kontekstində, nəqliyyat yollarının bağlanacağı bir şəraiti nəzərə alıb:

"Məhz buna görə də Lavrovun Qarabağ məsələsi ilə bağlı planında Ordubad-Meğri-Horadiz dəmir yolu və avtomobil yolunu maneələrdən azad etmək üçün Qarabağın cənub rayonlarının Azərbaycana verilməsi nəzərdə tutulurdu".

"Türkiyə və Azərbaycanın rolu daha da artıb və indi Azərbaycan Rusiyadan Aİ-yə qaz və neft ixracı üçün platformaya çevrilə bilər”, - deyə sonda “Haykakan Jamanak” qəzeti qeyd edir.

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...