Pəhləvinin oğlu Rza Pəhləvi: "İrandakı rejim devrildikdən sonra..." - "Yerusəlim Post" nəşri

04 oktyabr, 2022 15:53

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Yerusəlim Post”a müsahibəsində ölkəsində davam edən rejim əleyhinə kütləvi etiraz aksiyalarından danışıb.

Pəhləvi baş verənləri “inqilab” adlandırıb və Qərbi İran xalqına dəstək verməyə çağırıb.

“Ölkəm yenidən keşməkeşli dövrdən keçir. İnqilab dövründəyik. İranın yüzlərlə şəhər və kəndində müşahidə etdiyimiz xalq etirazlarının çox aydın bir məqsədi var: islam rejiminin devrilməsi və insan haqlarına əsaslanan dünyəvi demokratiyanın qurulması. Bu mübarizəni mənim cəsur soydaşlarım aparır. Təbii ki, onları bütün varlığımla dəstəkləyirəm və onlara dəstək olmaq və qalib gəlmələri üçün əlimdən gələni edəcəyəm”, - şahın oğlu deyib.

Pəhləvi bildirib ki, Qərb bu inqilabı sözdə dəstəkləməkdən əmələ keçməlidir:

“Həmvətənlərimin internetə çıxışa və artan tətilləri görə dəstəyə ehtiyacı var. Bu ölkələr internet azadlığına hər il milyonlarla dollar xərcləyirlər. İranlıları “Starlink” kimi texnologiya ilə təmin etməkdən daha yaxşı hansı investisiyanı yatıra bilərlər? Tətil etmək üçün risk götürməyə hazır olan işçiləri dəstəkləmək üçün daha yaxşı hansı investisiya qoyula bilər? ABŞ-a gəlincə, nəhayət Prezident Baydenin cəsarətlə küçələrə çıxan iranlı etirazçıları dəstəklədiyini birmənalı şəkildə bəyan etməsinin vaxtı çatıb. O, bu azadlıq hərəkatını cəsarətlə dəstəkləməlidir”.

Pəhləvi İran xalqının itaətsiz şəkildə məqsədinə doğru irəlilədiyini söyləyib.

Şahın oğlu rejim dəyişikliyindən sonra demokratik İranın İsraillə əlaqələrini bərpa edəcəyini iddia edib:

“İran onunla xoş niyyət və qarşılıqlı maraq əsasında əlaqələr qurmaq istəyən bütün xalqlarla olduğu kimi, İsraillə də iqtisadi, mədəni və digər əlaqələr qurmağa çalışacaq".

Rza Pəhləvi dini-siyasi rejimin devrilməsindən sonra onun İranda hakimiyyətə gəlib-gəlməyəcəyi ilə bağlı suala cavabı belə olub:

“Heç vaxt İranı özüm üçün azad etməyə çalışmamışam, İranı həmvətənlərim üçün azad etməyə çalışmışam. Bunu titul və ya vəzifə üçün etmirəm, ölkəm üçün edirəm. Azad İran heç vaxt nüvə silahı əldə etməyə çalışmaz, çünki bizim buna ehtiyacımız olmayacaq. Əlbəttə ki, Fars körfəzi regionunda və Yaxın Şərqdə İsrail və ərəb xalqları ilə normallaşmanın tərəfdarıyıq. Gələcək, azad İran hamı ilə qarşılıqlı maraq və qarşılıqlı hörmətə əsaslanan münasibətləri normallaşdırmağa çalışacaq. Əgər biz birlikdə çalışsaq, regionumuz qlobal güc mərkəzi ola bilər”.

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...