Qarabağda hakimiyyətin Ruben Vardanyana ötürülməsi prosesi başlayıb

04 oktyabr, 2022 14:02

Qarabağ separatçılarının lideri Araik Arutyunyan bu gün rusiyalı sahibkar Ruben Vardanyana "dövlət naziri" vəzifəsini tutmağı - yəni Qarabağda ikinci şəxs olmağı təklif etdiyini açıqlayıb.

Bu barədə Arutyunyan öz Facebook səhifəsində yazıb və əlavə edib ki, "ona qərarların qəbulu və həyata keçirilməsi üzrə geniş səlahiyyətlər verməyə hazırdır".

Vardanyan özü sentyabrda Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağ köçdüyünü bəyan edib. O, bunu həmvətənlərinin İkinci Qarabağ müharibəsindən sonra düşdükləri ağır vəziyyətdən çıxmasına kömək etmək istəyi ilə izah edib.

Bu arada, Ermənistan mənbələri Qarabağda hakimiyyətin ötürülməsi planının hazırlandığını bildiriblər. Belə ki, Araik Arutyunyan Qarabağı tərk edib Rusiyaya köçməlidir. Buna qədər o, faktiki olaraq "Qarabağ parlamentini" əvəz edəcək və onun funksiyalarını öz üzərinə götürəcək ictimai şura yaradıb. Vardanyan bu şuranın da sədri olacaq, Arutyunyan getdikdən sonra isə onun yerini tutuacaq.

Bəzi analitiklərin fikrincə, Vardanyanın (1968) təyinatı Moskvanın Qarabağda münaqişənin həllini tapmaq məqsədi güdən layihəsidir. Milyarder Vardanyan Kremlin etibarlı şəxsidir və dəfələrlə Kremlin qanunsuz gəlirlərini yumaqda ittiham olunub. Bu səbəbdən o, ABŞ və Avropa İttifaqının sanksiyalar siyahısına salınıb.

Forbes Vardanyanın sərvətini 950 milyon dollar olaraq qiymətləndirib. O, "Troyka Dialoq" investisiya şirkətinin sahibi idi. 2011-ci ildə bu şirkəti 1 milyard dollara Sberbanka satıb. O, həmçinin Avtovaz (20,5%) və KamAz (27,3%) şirkətlərinin səhmlərinə malik idi, sonradan onları da yüksək qiymətə satıb.

4 mart 2019-cu il tarixində Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsinin (OCCRP) jurnalistləri "Troyka Landromatı" araşdırmasını dərc ediblər, burada "Troyka Dialoq"un vasitəsi ilə 4,6 milyard dollar vəsaitin 76 ofşor şirkətdən ibarət şəbəkəyə köçürülməsi deyilir. 

Son illər Vardanyan fərdi investor kimi işləməyə davam edirdi.

O, Qarabağa getməzdən əvvəl öz biznesini "ailə fonduna" keçirdiyini bildirib. Vardanyanın böyük oğlu David Qarabağda 2016-cı il aprel müharibəsinin iştirakçısıdır. 

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...