Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post"

17 avqust, 2022 16:08

"Birləşmiş Ştatların siyasi rəhbərliyi 2021-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum planlarından xəbər tutub, onu fikrindən daşındırmağa çalışıb".

Bu haqda “The Washington Post” (WP) irihəcmli araşdırma dərc edib.

"Azadlıq" radiosunun tərcümə edib yaydığı araşdırmada qeyd olunur ki, ABŞ-ın kəşfiyyat, hərbi və diplomatik rəhbərliyi Prezident Co Bayden və vitse-prezident Kamala Harrisin qəbuluna gedərək Rusiyanın hücum planlarını ifşa edən peyk təsvirləri, ələ keçirilmiş telefon danışıqları, mənbələrdən alınmış informasiyalar əsasında məruzə ediblər. Qəzet qeyd edir ki, həmin vaxt sərhədi keçərək hücuma başlamaq üçün hər şey hazır idi.

WP hücum motivlərindən birini Putin üçün imkanlar pəncərəsinin bağlanması ilə izah edib. Ukrayna Aİ və NATO-ya meyllənir, Putinin artıq 69 yaşı var, özünü Rusiyanın Avrasiyada hegemonluğunu bərpa edəcək böyük lider kimi təsdiqləməyə vaxtı çox qalmayıb. Bu arada ABŞ və Avropa da bu işğal planlarına qarşı durmaq gücündə deyil.

Məqalədə deyilir ki, bu dönəmdə Bayden administrasiya Əfqanıstandan qoşunlarını nizamsız şəkildə çıxardaraq alçalmış vəziyyətə düşmüşdü, Almaniyada Angela Merkel hakimiyyətdən gedirdi, yerinə sınanmamış siyasətçi gəlirdi. Fransada Emmanuel Makron ifrat sağçıların dirçəlişi ilə mübarizə aparır, Britaniya isə breksitdən sonra iqtisadi böhran içindəydi. Koronavirusla mübarizəni davam etdirən Avropa isə Rusiya enerji daşıyıcılarından çox asılıydı.

Kəşfiyyat məlumatlarına görə, Rusiya 3-4 gün ərzində Kiyevə hücum planlaşdırıb. WP yazır ki, administrasiyada Ukrayna paytaxtının tutulması haqda mübahisə etməyiblər, sadəcə, bunun baş verə biləcəyi zaman kəsimiylə razılaşmayıblar.

ABŞ, təmsilçilərini Putin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici işlər naziri Sergey Lavrovla danışıqlara göndərib. Nəticə əldə olunmayanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışığa gediblər.

Araşdırmaya görə, Zelenski məlumata şübhəylə yanaşıb, çünki Rusiya ordusu daha öncə də hiyləyə əl atıb. Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib ki, ABŞ-ın verdiyi konkret kəşfiyyat məlumatı yaxın gələcəkdə gözlənən təcavüzü təsdiqləməyə yetmir. Belə bir informasiya hücumun başlamasına 4-5 gün qalmış verilib.

"Noyabrın ortalarına Ukraynanın işğal planları haqda NATO-ya məlumat verilir. Ancaq təhdidi yalnız Böyük Britaniya və Baltik ölkələri ciddiyə alır, onlar həmişə Rusiyanın niyyətlərinə əsəbi yanaşıblar”, – qəzet yazır.

“Washington Post” qeyd edir ki, hətta Avropa liderləri, o cümlədən Makron və Merkel Putinin belə irrasional addım ataraq Ukraynaya hücum edəcəyinə inanmayıblar. Ukraynada da baş verənləri dərk etməyiblər.

ABŞ mümkün münaqişəni diplomatik yolla nizamlamağın mümkün olmadığını anlayandan sonra Avropada hərbi kontingentini artırmağa başladı, 74 mindən 100 minə qaldırdı, eskadrilyanı 12-yə, gəmi sayı 5-dən 26-ya çatdırıldı. Milli Təhlükəsizlik Agentliyinin razılığı ilə Ukrayna hərbçiləri ilə ABŞ-ın Avropadakı qüvvələrinin avropalı komandanlığı arasında birbaşa xətt yaradıldı.

Bundan başqa, Bayden administrasiyası Putini hücum bəhanəsindən məhrum etməkdən ötrü gizli informasiyanın əhəmiyyətli hissəsini açıqlamaq qərarı verir. Amerika kəşfiyyatı “yad bayraq” altında hücum planlaşdırıldığını aşkarlayır, yəni, guya Ukrayna özü hücuma başlayır. Bundan başqa, dünya Rusiyanın Qərb sərhədinə xeyli qoşun yığdığını öyrənir. Əməliyyata 175 min hərbçinin daxil olduğu 100 batalyon taktiki qrupu qatılacaqdı.

Yanvarın 12-də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ- CIA) direktoru Uilyam Börns Zelenskiyə Rusiyanın Qostomelə desant çıxararaq Kiyevə ildırımsürətli zərbə endirmək, paytaxtı blokadaya almaq, diversant qrupların köməyi ilə, qətl yolu da daxil olmaqla, siyasi hakimiyyəti dəyişmək planlarını danışır. Ancaq həyatına təhlükənin olmasına baxmayaraq, Zelenski və ailəsi digər rəhbərlərlə birlikdə Kiyevdən çıxmaqdan imtina edir.

Zelenski deyib ki, əgər ukraynalılara hücumla bağlı məlumat versəydilər, ruslar ölkəni üç günə tutardılar: “Ümumilikdə, daxilən düzgün hiss etmişik: hücumdan öncə əhali arasında xaos yaratsaydıq, ruslar bizi udardılar. Çünki xaos vaxtı adamlar ölkədən qaçır. Nə qədər sönük səslənsə də, indi qalanlar da həmin camaatdır”.

2022-ci il yanvarın 21-də Rusiya və ABŞ-ın baş diplomatları, Sergey Lavrovla Entoni Blinken görüşür. “Washington Post” yazır ki, nəticəsiz danışıqların sonunda Blinken gözlənilmədən Lavrovu bir dəqiqə təkbətək qalmağa dəvət edir və ondan açıq soruşur ki, baş verənlərin əsl səbəbi nədir – NATO-nun fəaliyyətindən narahatlıqdır, yoxsa Putinin Ukraynanın Rusiyaya məxsus olmasına inanmasıdır. Lavrov zalı sakitcə tərk edir. Bu, təcavüzdən qabaq Rusiya və Amerika siyasətçilərinin sonuncu təkbətək görüşü olur.

Qəzet hücumun əvvəlində Zelenskinin təşvişə düşdüyünü yazır. O, Baydenlə söhbətdə ondan xahiş edib ki, mümkün qədər çox dünya liderləri ilə əlaqə saxlasın, onları inandırsın ki, Putinə zəng edərək hücumu dayandırmasını istəsinlər.

“Washington Post” araşdırmanı Ukrayna Prezidentinin guya Baydenlə söhbətdə səsləndirdiyi fraza ilə bitirir. Zelenski xahiş edib ki, “indi əlinizdə olan bütün kəşfiyyat məlumatlarını bizə verin. Biz vuruşacağıq, müdafiə olunacağıq, duruş gətirə bilərik, ancaq bizə köməyiniz lazımdır”.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib. Müharibənin əvvəlində paytaxt Kiyevi tuta bilməyən Rusiya qüvvələri sonradan ölkənin şərq və cənub hissələrində əməliyyatları intensivləşdirib.

06 oktyabr

20:37 - "Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təqdim edib" - Zaxarova20:30 - "2-3 ay ərzində İrəvan Donbas və ya Dəməşqin taleyini təkrarlaya bilər" - Erməni politoloq17:15 - Əliyev, Ərdoğan və Paşinyan bir arada: Tarixi görüş - FOTOLAR 17:14 - Ərdoğan Makronu "Türk Birliyi"nə dəvət etdi - "Səni də "Türk Birliyi"nə alaq17:12 - Praqada Zirvə Toplantısı başladı - FOTOLAR 14:10 - Bu gün sülh müqaviləsi imzalanacaq? - Amerikalı ekspertlər "yox" deyir13:06 - Edilli kəndindəki mənzərəyə Fransa parlamentindən reaksiya...12:15 - Ermənistan parlamenti növbədənkənar sessiya çağırdı10:53 - Praqa görüşü tamamilə fərqli olacaq10:51 - Bu gün Praqada Ərdoğanla Paşinyan görüşəcək - Gözlər Praqada10:48 - İrəvanda ən ağıllı siyasətçi kimdir?00:54 - "Sarkisyan masada təslim kağızı qoyub getdi" - Paşinyan ittiham etdi00:49 - "Tərtər işi" ilə bağlı bəraət almış 18 nəfərin  - Adı və rütbələri

05 oktyabr

15:55 - Ukrayna İran PUA-larını niyə çətinliklə vurur?15:54 - Rusiya səfirliyi qarşısında aksiyaya icazə verilmədi15:51 - "Biz Minsk qrupunun yenidən canlandırılması səylərini dəstəkləyə bilmərik" - Prezident13:49 - "Ermənistan Azərbaycanı lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi" - Prezident12:50 - İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli şəxslər ifşa olunmalıdırlar - Bakı narkotikdən təmizlənir, bəs bölgələr?12:23 - "Ermənilər Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar" - İlham Əliyev11:26 - "Çin Sibiri ələ keçirə bilər" - "The Hill" nəşri09:47 - Rusiya ilə Qazaxıstan arasında diplomatik qalmaqal - SƏBƏBLƏR09:44 - "Bakı bu məsələdə israr edir, İran hazır olmalıdır" - Hidayəti09:35 - Lotereyada qalib olan şəxsin sevincdən ürəyi getdi: "Güclə ayıltmışıq" - VİDEO 08:12 - "Sülh müqaviləsində "Artsax" sözü olmamalıdır" - Simonyan01:27 - Üçtərəfli telefon danışığı ilə bağlı XİN-dən  - AÇIQLAMA

04 oktyabr

16:51 - "Zəngəzur dəhlizi məhz Rusiyaya lazımdır" - Paşinyan ailəsinin qəzeti15:56 - Deputat oğlunun oğurlanmasının yaratdığı şok - Ölkədən aparılan milyonları kimlər "yeyəcək"?15:53 - Pəhləvinin oğlu Rza Pəhləvi: "İrandakı rejim devrildikdən sonra..." - "Yerusəlim Post" nəşri14:02 - Qarabağda hakimiyyətin Ruben Vardanyana ötürülməsi prosesi başlayıb13:58 - Xocavənddə kütləvi məzarlıq - FOTOLAR