Rusiya FSB Zəngəzurda yeni postlar qurur?

11 avqust, 2022 11:12

Ermənistanın İranla sərhədinə nəzarət edən Rusiya sərhədçiləri cənubi Zəngəzur vilayətində bir neçə yolda nəzarət məntəqələri quraşdırıblar.

Buna səbəb kimi narkotik qaçaqmalçılığının və digər qanunsuz sərhəd fəaliyyətinin artması göstərilir. Meğrini digər şəhərlərlə birləşdirən yolda məntəqələrin fotoları bu həftənin əvvəlində internetdə yayılıb. Bu isə Zəngəzurdan Azərbaycan üçün tranzit marşrutunun açılmasına mümkün hazırlıq getməsi haqda müzakirələrə səbəb olub.

Meğrinin meri Baqrat Zakaryan avqustun 9-da radioya deyib ki, Zəngəzurda Rusiya sərhəd keçid məntəqələri bir neçə ay əvvəldən qurulub. O, Meğrini Zəngəzurla bir neçə şəhər və kəndlə birləşdirən yolda beş belə məntəqənin qurulduğunu sözlərinə əlavə edib.

Zakaryan bu məntəqələrin yerli turizm üçün müəyyən problemlər yaratdığını etiraf edib. “Turistlər burada bəzi kənd yerlərinə getmək üçün pasport nəzarəti prosedurlarından keçməlidirlər”, – o vurğulayıb.

FSB-nin Ermənistandakı Sərhədçilər Departamenti isə bildirib ki, bu, qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər pozuntuların qarşısının alınması üçün Ermənistan hakimiyyəti ilə koordinasiya çərçivəsində edilib.

FSB bu yaxınlarda Ermənistan-İran dövlət sərhədinin Meğri hissəsində gərgin vəziyyətin yarandığını, buna İrandan Ermənistana narkotik qaçaqçılığı cəhdlərinin səbəb olduğunu deyir. Sərhədin ekstremist və terrorçu qrup üzvləri tərəfindən pozulması hallarının da baş verdiyi qeyd edilir.

Ermənistanın hökuməti rəsmiləri isə Zəngəzurda yollarda Rusiya nəzarət məntəqələrinin qurulmasını hələlik, şərh etməyiblər.

06 oktyabr

20:37 - "Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təqdim edib" - Zaxarova20:30 - "2-3 ay ərzində İrəvan Donbas və ya Dəməşqin taleyini təkrarlaya bilər" - Erməni politoloq17:15 - Əliyev, Ərdoğan və Paşinyan bir arada: Tarixi görüş - FOTOLAR 17:14 - Ərdoğan Makronu "Türk Birliyi"nə dəvət etdi - "Səni də "Türk Birliyi"nə alaq17:12 - Praqada Zirvə Toplantısı başladı - FOTOLAR 14:10 - Bu gün sülh müqaviləsi imzalanacaq? - Amerikalı ekspertlər "yox" deyir13:06 - Edilli kəndindəki mənzərəyə Fransa parlamentindən reaksiya...12:15 - Ermənistan parlamenti növbədənkənar sessiya çağırdı10:53 - Praqa görüşü tamamilə fərqli olacaq10:51 - Bu gün Praqada Ərdoğanla Paşinyan görüşəcək - Gözlər Praqada10:48 - İrəvanda ən ağıllı siyasətçi kimdir?00:54 - "Sarkisyan masada təslim kağızı qoyub getdi" - Paşinyan ittiham etdi00:49 - "Tərtər işi" ilə bağlı bəraət almış 18 nəfərin  - Adı və rütbələri

05 oktyabr

15:55 - Ukrayna İran PUA-larını niyə çətinliklə vurur?15:54 - Rusiya səfirliyi qarşısında aksiyaya icazə verilmədi15:51 - "Biz Minsk qrupunun yenidən canlandırılması səylərini dəstəkləyə bilmərik" - Prezident13:49 - "Ermənistan Azərbaycanı lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi" - Prezident12:50 - İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli şəxslər ifşa olunmalıdırlar - Bakı narkotikdən təmizlənir, bəs bölgələr?12:23 - "Ermənilər Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar" - İlham Əliyev11:26 - "Çin Sibiri ələ keçirə bilər" - "The Hill" nəşri09:47 - Rusiya ilə Qazaxıstan arasında diplomatik qalmaqal - SƏBƏBLƏR09:44 - "Bakı bu məsələdə israr edir, İran hazır olmalıdır" - Hidayəti09:35 - Lotereyada qalib olan şəxsin sevincdən ürəyi getdi: "Güclə ayıltmışıq" - VİDEO 08:12 - "Sülh müqaviləsində "Artsax" sözü olmamalıdır" - Simonyan01:27 - Üçtərəfli telefon danışığı ilə bağlı XİN-dən  - AÇIQLAMA

04 oktyabr

16:51 - "Zəngəzur dəhlizi məhz Rusiyaya lazımdır" - Paşinyan ailəsinin qəzeti15:56 - Deputat oğlunun oğurlanmasının yaratdığı şok - Ölkədən aparılan milyonları kimlər "yeyəcək"?15:53 - Pəhləvinin oğlu Rza Pəhləvi: "İrandakı rejim devrildikdən sonra..." - "Yerusəlim Post" nəşri14:02 - Qarabağda hakimiyyətin Ruben Vardanyana ötürülməsi prosesi başlayıb13:58 - Xocavənddə kütləvi məzarlıq - FOTOLAR