"Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır" - İqor Korotçenko

06 avqust, 2022 19:02

"Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin əməlləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ağır olmaqda davam edir. Buna baxmayaraq, “Qisas” əməliyyatı sayəsində erməniləri yerində oturtmaq və onların genişmiqyaslı təxribatını davam etdirmələrinin qarşısını almaq mümkün oldu. Lakin mövcud vəziyyət fonunda ermənilərin bu təxribatları davam etdirə biləcəkləri göz qabağındadır”.

Bu fikirləri açıqlamasında rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib. 

O, İrəvanın münaqişə vəziyyətini beynəlmiləlləşdirməyə meyil etdiyini deyib:

“Ona görə də Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, bütün qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tamamilə çıxarılması tələbi aktual olaraq qalır və qeyd-şərtsiz yerinə yetirilməlidir. Paşinyanın həm Amerika Birləşmiş Ştatlarını, həm də Fransanı bura cəlb etmək cəhdləri tamamilə dağıdıcı təsir bağışlayır. Eyni zamanda ABŞ Senatında bir sıra erməni lobbiçilərinin bu gün Azərbaycan əleyhinə bəyanatlar verdiyinin və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığının şahidi oluruq”.

Bu baxımdan ekspert hesab edir ki, Rusiya və Azərbaycan müttəfiqlik əməkdaşlığı haqqında məlum bəyannaməyə əsaslanaraq, bir sıra istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər:

“Məsələn, Üçtərəfli Bəyanat, həm də sonrakı müvafiq müqavilələrdə Paşinyanın üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi, siyasi cəhətdən buna məcbur edilməsi bura aiddir. Ümumiyyətlə, bu gün təmkinli olmaq, vəziyyətə nəzarət etmək, həmçinin birgə səylərlə erməni tərəfini öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcəyimizə arxalanmaq son dərəcə vacibdir. Bu öhdəliklərdən birincisi Laçın dəhlizinin yeni marşrutu, eləcə də qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasıdır. Temp o qədər sərt olmalıdır ki, 2022-ci il noyabrın 10-na kimi Qarabağda silahlı erməni qalmamalı, ancaq dinc əhalinin həmin yerlərdə yaşaması mümkündür”.

Həmsöhbətimiz vurğulayıb ki, təxirəsalınmaz həllin tələb olunduğu məsələlər sırasında həm də Zəngəzur nəqliyyat dəhlizinin işə salınması var:

“Bundan başqa, 30 illik işğaldan sonra onların geridə qoyduğu minalanmış sahələrin xəritəsinin ötürülməsi,  Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası vacibdir. Ən əsası isə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən 5 prinsip əsasında sülh müqaviləsini imzalamalıdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Cənubi Qafqazda uzun illər davam edəcək sakit və proqnozlaşdırıla bilən inkişafın başlanğıcı olacaq”.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR