Sülhməramlıların komandanının ermənilərlə görüşü - Ermənilər nədən narahatdır?

05 avqust, 2022 16:04

Rusiya sülhməramlılarının komandanı Andrey Volkov Qarabağdakı ermənilərlə görüşüb. Masaya Rusiya, Azərbaycan və Ermənistanın bayrağı qoyulub. Volkovun ermənilərlə keçirdiyi ilk görüşdə qondarma rejimin bayrağı masaya qoyulmayıb. Bu, pozitiv addımdır.

Bəzi ekspertlərin fikirlərinə görə, görüşdə hətta Ermənistanın bayrağı da masaya qoyulmamalı idi. Amma bu yanlış yanaşmadır. Çünki 2020-ci il 10 noyabr razılaşmasının üç iştirakçısı var, onlardan biri də Ermənistandır. Ermənistanın üçtərəfli razılaşmadan irəli gələn tələbləri yerinə yetirməməsi görüşün protokol qaydalarını dəyişə bilməz.

Həmçinin, masaya erməni bayrağının tərsinə qoyulması sosial şəbəkələrin Ermənistan seqmentində ciddi müzakirələrə səbəb olub. Ermənilər buna görə Rusiyanı ittiham edirlər. Eyni zamanda, iki gün öncə iki yüksəkliyi götürməyimiz ermənilərdə Rusiyaya qarşı aqressiyanı daha da artırıb. Onlar düşünürlər ki, sülhməramlıların yerləşdiyi ərazidə Azərbaycanın iki strateji yüksəkliyi götürməsi həm də Rusiyanın razılığı da reallaşıb.

Son günlər baş proseslərin təhlili göstərir ki, Rusiya Qarabağda davamlı təxribatlar həyata keçirsə də, Azərbaycana müsbət mesajlar və açıq dəstək də verir. Qarabağda daha ciddi nəticələrin əldə olunması üçün Rusiya ilə mütəffiqliyin səmimi davam etdirilməsi vacibdir,

Bundan sonra da Kremllə dil tapmağımız Ermənistanı daha da uğursuz və məğlub hala gətirə bilər. Rusiya bir sıra postsovet ölkələrinə hərbi təcavüzlə, işğalla daxil olub. Amma Azərbaycana sülhməramlı missiyasında daxil oldu. Rusiyanın daxil olduğu yeganə ölkə olduq ki, ərazi itirmədik, işğala məruz qalmadıq, əksinə ərazilərimizi geri aldıq. Aqressiyasız, təmkinli və strateji addımlarla Rusiya sülhməramlılarının ərazilərimizdən çıxmasına nail olmalıyıq.

Müəllif: Samir Feyruzov

12 avqust

00:55 - Bakıda həbsxanada 5 məhkum ölüb - Penitensiar Xidmət "ölüm adası"na çevrilir00:49 - Şahdəniz"dən rekord mənfəət: Yeddi aya 1 milyard dollar - Bəs bu, xalqın sosial rifahına necə təsir edəcək?00:47 - İran Rusiyaya PUA göndərərsə, nə baş verəcək?00:45 - Sülhməramlılar Zaporojye AES-də yerləşdirilə bilərmi?00:43 - İran Qafana konsul təyin etdi

11 avqust

14:26 - Moskvadan Paşinyana sərt cavab - "İddiaları əsassızdır"14:15 - Təşəbbüs qrupları arasında "Futbol Çempionatı"na start verilib - FOTOLAR 13:32 - "Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert13:27 - NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?13:19 - İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"12:00 - İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinya nələr danışdı?11:52 - YAP-ın fırıldaqçı yetirmələri - Aytac və İlknur bacıları qazidən də rüşvət alıblar 11:12 - Rusiya FSB Zəngəzurda yeni postlar qurur?11:09 - SEPAH-a qarşı ittiham - İranın gizli planı...11:04 - Azərbaycanda yaşamaq daha da çətinləşir: İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər - VİDEO 00:02 - İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi00:00 - Azərbaycan, İran və Rusiya nəyi müzakirə edəcək?

10 avqust

19:15 - Qərb Asiyada "NATO-nun şərqə doğru genişlənməsi" konsepsiyasını tətbiq edir?19:11 - Sülh danışıqları niyə aparılmır? 19:08 - Laçındakı 200 erməni hara köçəcək?19:07 - Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?19:05 - Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri15:58 - Krımdakı partlayışı kimlər törədib? - "The Washington Post" 15:53 - "Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar15:51 - Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur12:42 - "Azəriqaz" və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar12:40 - Azərbaycanda illik inflyasiya 13%-ə çatıb - RƏSMİ11:42 - Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı 11:36 - Putinin NATO-dakı dostları kimlərdir? - "Politico" nəşri11:29 - İrandan narkotik gətirmə cəhdi - Qaçaqmalçılar yaxalandı