Terrorçular səfirliyimizə necə hücum edə bilir? - Sabiq səfir

05 avqust, 2022 14:48

"Londonda Üçrəngli Bayrağımıza uzanan kirli əllər mütləq qırılacaq. Azərbaycan onları cəzasız qoymayacaq".

Bu sözləri Britaniyadakı səfirliyimizə hücumla bağlı açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç deyib.

Diplomat Britaniyanın baş verən təxribata görə məsuliyyət daşıdığını qeyd edib:

“İlk olaraq bildirməliyəm ki, səfirlik binasının təhlükəsizliyini Britaniya dövləti təmin etməlidir. Əgər terrorçular əllərini-qollarını sallayaraq binaya girə bilirsə, bu, Britaniya dövlətinin öz vəzifəsini yerinə yetirməməsi mənasına gəlir. Səfirliyin ərazisi və bina Azərbaycan ərazisidir və orada Azərbaycanın yurisdiksiyası qüvvədədir. Görünən odur ki, həmin dini radikal qrupun üzvlərinin sayı çox olduğu üçün səfirliyin heyəti və personal qarşılarını ala bilməyib. Belə durumlarda əsas məsələ diplomatik heyətin və personalın təhlükəsizliyinin qorunmasıdır. Britaniya polisinin zəifliyindən, yaxud laqeydliyindən istifadə edən terrorçular səfirliyə daxil olaraq kirli əlləri ilə Bayrağımıza əl uzatmaq cəsarətini özlərində tapıblar”.

Kılıç Azərbaycana qarşı belə bir addımın atılmasını özünəqəsd kimi qiymətləndirib:

“Üçrəngli Bayrağımız Azərbaycanın olduğu kimi, Türkiyənin də namusudur. İzmirin işğaldan azad edilməsindən sonra Atatürkün ayağının altına yunan bayrağı sərirlər. Lakin Atatürk onu tapdalamır. Biz belə bir millətik. Ancaq Üçrəngli Bayrağımıza əl uzadan alçaqların, ləyaqətsizlərin düşüncələrini, hansı mənəviyyata sahib olduqlarını anlamaq mümkün deyil. Əgər hünərin və gücün varsa, Azərbaycanla hesablaş. Azərbaycanın qəhrəman oğul və qızları, dövlət sənin cavabını layiqincə verəcək. Bunlar qorxaqdırlar, əməlləri də onu göstərir. Azərbaycanda hər kəs öz istəyinə və inancına görə kilsəyə, sinaqoqa və məscidə gedə bilər. Görünən odur ki, öz haqqını tələb edə bilən, torpaqlarını işğaldan qurtaran, güclənən Azərbaycanı istəməyən qüvvələr bəhs etdiyimiz radikalların arxasında dayanır. Azərbaycan sülh istəyir, hətta Qarabağ ermənilərinə öz vətəndaşlarına tanıdığı hüquqları verəcəyi haqqında məsuliyyət götürməyə hazır olduğunu deyir”.

Diplomat bildirib ki, əgər Britaniya yenə Azərbaycan səfirliyini qorumaqda acizlik göstərsə, rəsmi Bakının daha sərt tədbirlərə əl atacağına əmindir:

“Bütün baş verənlər Azərbaycanın gücləndiyini göstərir. Türkiyənin də önünü kəsmək istəyən erməni terrorçuları Avropada diplomatlarımızı qətlə yetirdilər, konsulluq binalarımız yandırıldı. Mən 80-ci illərdə Fransada diplomatik vəzifədə idim. Biz hər səhər işə gedəndə ailələrimizlə halallaşıb evdən çıxırdıq. Yəni biz də bunları yaşadıq. Bunların dinlə də əlaqəsi yoxdur. Dində əxlaqlı olmaq, dürüst olmaq, qan tökməmək əmr olunur. Sadaladıqlarımızın heç birini bunlarda görə bilməzsiniz. Sonda vurğulamaq istəyirəm ki, Azərbaycana qarşı atılan bu çirkin addım özünəqəsdən başqa bir şey deyil. Səfirliyə basqın edənlər ortalıqda olan beyni yuyulmuş kuklalardır. Əsas onlara belə bir addımı atmaq tapşırığı verən pərdəarxası qüvvə və ya qüvvələr, ipi tutanlardır. Əminəm ki, Azərbaycan pərdəarxasındakıları da tez zamanda üzə çıxaracaq və düyməni basanlar lazımi cavablarını alacaqlar”(axar.az).

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR