Müdafiə Nazirliyi haqlıdır, yoxsa jurnalistlər?

04 avqust, 2022 15:47

Azərbaycan ordusunda kifayət qədər əlaqələrim, istənilən informasiyanı almaq üçün xeyli sayda kontaktlarım və səs-küy yaratmaq naminə əldə etdiyim informasiyaları paylaşmaq imkanım da var. Vaxtilə Milli Orduda ən ağır döyüş postlarında xidmət etmişəm. Ən xırda informasiyanın şəxsi heyət üçün hansı təhlükə yaratdığını dəqiq bilirəm, bunun detallarını da izah etməyə lüzum görmürəm. Amma mən təkcə jurnalist deyiləm, hər şeydən öncə vətəndaşam! Operativ informasiya əldə etmək, yaymaq bir jurnalist kimi mənim üçün də ümdə məsələdir. Lakin elə situasiya var ki, jurnalistin məlumat alıb yaymaq imkanlarının məhdud olması başadüşülən olmalıdır. Bunu ümumən jurnalistlərə, KİV-lərə olan inamsızlığın nəticəsi kimi qiymətləndirmək doğru deyil.

Düşünürəm ki, hərbi əməliyyatlar zamanı Müdafiə Nazirliyinin yerli KİV-ləri dəqiqəbaşı informasiya ilə təmin etməməsi doğru addımdır, hətta ciddi hərbi-siyasi taktikadır. Bu istiqamətdə Müdafiə Nazirliyindən informasiyanın tələb olunmasını da doğru hesab etmirəm. Əməliyyat bitəndən sonra yekun nəticənin rəsmi şəkildə ifadə olunması üçün brifinqin keçirilməsi hərbi-siyasi baxımdan ən optimal və risksiz addımdır.

Başa düşürəm, mətbuatın işi cəmiyyəti operativ informasiya ilə təmin etməkdir. Amma hərbi əməliyyatların strateji spesifikası müəyyən məhdudiyyətlər yarada bilər. Digər tərəfdən, jurnalistin özünün də bir xətti, senzurası, öz üzərində məhdudlaşdırıcı addımları olmalıdır. Söhbət milli məsələdən və ölkənin suverenliyindən gedirsə, media təəsübkeşliyini bir neçə saatlıq kənara qoymaq daha məqsədəuyğundur.

Bu prizmadan Azərbaycan mətbuatının Ermənistan mətbuatı ilə müqayisə olunması və Ermənistan müdafiə nazirliyinin yerli erməni mediasını operativ informasiya ilə təmin etməsini demokratiyanın, operativliyin göstəricisi hesab etmək olmaz. Niyə?

Əvvəla, Qarabağda baş verən hadisələrin Ermənistan müdafiə nazirliyi tərəfindən xırda detallarına qədər tirajlanması Azərbaycanın milli maraqlarına cavab verir. Çünki hazırda Ermənistanda müharibə tələb edən qisasçı-revanşist qüvvələr necə məhv olduqlarını görürlər, onların iradəsi şikəst olur, döyüş əzmi qırılır. Ortada ciddi nəticələr də var, İrəvanda baş verənləri müşahidə etsək, bunu görə bilərik. Hətta Ermənistanda böyük bir qism Qarabağdakı döyüşlərin mediada senzuradan keçmədən işıqandırılmasını Pşinyanın xəyanəti kimi qiymətləndirirlər.

Bu, Ermənistan siyasi hakimiyyəti tərəfindən məqsədli şəkildə də həyata keçirilə bilər. Çünki Ermənistanda müəyyən siyasi elita Azərbaycanın tələblərini yerinə yetirməyə, sülhə imza atmağa hazırdır. Amma buna mane olan qüvvələr var, Bizim hərbi əməliyyatların qüsursuz keçirilməsi - mətbuata yekun nəticələrin açıqlanması, erməni mediasında isə bütün qüsurların ifadə olunması nəticə etibarilə Ermənistanın əleyhinə, Azərbaycanın leyhinə işləyir.

Müəllif: Samir Feyruzov

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR