Rusiya daha hansı təxribatlara əl ata bilər? - ŞƏRH

03 avqust, 2022 14:36

Samir Feyruzovun şərhi

Hazırda strateji resurslar relsi üzərindən Azərbaycanın Qərbə inteqrasiya prosesi sürətlə aparılır. Heç şübhəsiz ki, Rusiya Azərbaycanla Qərb arasındakı ciddi hədəflərə hesablanan münasibətləri tormozlamağa çalış(ır)acaq.

Sülhməramlı qüvvələrinin yerləşdiyi ərazidə yerləşən erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun şəhid verməsinin birbaşa Rusiyanın iradəsi ilə həyata keçirilməsi heç bir şübhə doğurmur.

Rusiya bununla nəyə nail olmaq istəyir?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əhəmiyyəti günbəgün artır və Qərb bu istiqamətdə ciddi təşəbbüslər ortaya qoyur.

Qərb Azərbaycanla bağlı əsasən iki istiqamətdə pozitiv planlara dəstəyini ifadə edir:

- Birincisi, Azərbaycan Avropa üçün əsas enerji alternativinə çevrilib. Bu, Avropanın rusiyadan asılılığını əhəmiyyətli dərəcədə azaldır.

- İkincisi, Cəubi Qafqazda sabitliyin yaradılması, indiki situasiyada Bakının üstünlüyü və şərtləri daxilində sülh müqaviləsinin imzalanması Qərbin əsas tərəfdaşı kimi Azərbaycanın Rusiyadan qopmasını təmin etmiş olacaq.

Rusiya daha hansı təxribatlara əl ata bilər?

Böyük ehtimalla, Rusiya Azərbaycanda səs-küylü və sifarişli həbslərin həyata keçirilməsini təmin etməyə çalışacaq. Belə olacağı təqdirdə Qərb təsisatlarının ölkəmizə olan təzyiqləri artacaq və bu, Azəbaycanın qlobal maraqlarına ciddi mənfi təsirlər edəcək. Qərbin təzyiqləri artdıqca isə Azərbaycan Rusiya vektoruna doğru üz tutacaq.

Nəzərə almaq lazımdır ki, Rusiyanın ölkəmizdə çox ciddi dayaqları mövcuddur, bu dayaqlar (şəxslər) ölkədə istənilən şəxsin həbsini reallaşdırmaq gücündədir. Köhnə komandanın ən ciddi fiqurlarından bir neçəsinin hələ də mühüm postlarda qalması Rusiyanın ölkəmizdə "siyasi-hüquqi" manevr imkanlarını daha da artırır.

Baş verən prseslərin əsas dirijoru məhz Rusiyadır. 2016-cı ildən başlayaraq, ölkdə həyata keçirilən səs-küylü olayların əsas sifarişçisi kimi Rusiyanın atdığı addımlar Azərbaycanı Qərbdən ciddi şəkildə uzaqlaşdırmışdı.

Xüsusilə və bir çox hallarda müxalifyönlü şəxslərin həbsini təşkil edən Rusiya bu üsulla Qərbin insan hüquqları təşkilatlarının Azərbaycan əlayehinə sistemli hesabat və təzyiqlərini formalaşdırır.

Həmin 2016-2019-cu illər ölkədaxilində baş verən siyasi proseslərin, Qərbdən gələn təzyiqlərin təhlili göstərir ki, Rusiya Azərbaycanı istənilən üsulla öz orbitində saxlamağa çalışır. Bunun üçün Rusiyanın müəyyənləşirdiyi əsas istiqamətlərdən biri Azərbaycanda səs-küylü siyasi hadisələr yaratmaqla, Qərbin təzyiqlərini reallaşdırmaqdır.

Samir Feyruzov

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR