Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqaza necə təsir edir?

02 avqust, 2022 14:13

"Rusiya-Ukrayna müharibəsinin başlaması dünya iqtisadiyyatında yeni problemlərin yaranmasına səbəb oldu. Müahribə nəticəsində yaranan enerji daşıyıcılarının qiymətinin artması, qlobal inflyasiyanın sürətlənməsi, ərzaq çatışmazlığı kimi problemlər dünyanın bütün ölkələrinə təsir etməkdədir. Eyni zamanda, Rusiyaya qarşı tətbiq edilən sərt sanksiyalar və Ukraynanın istehsal imkanlarının azalması onlarla sıx iqtisadi əlaqələrə malik olan ölkələrə də təsir edir".

Bu barədə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin hazırladığı analitik məlumatda bildirilir.

Qeyd olunur ki, bu baxımdan Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatları müharibədən təsirlənib: "Cənubi Qafqaz ölkələri Rusiya ilə sıx ticarət əlaqələrinə malikdir. 2021-ci ildə Rusiya Ermənistanın ticarət dövriyyəsinin 31%-nə sahib olub və dövriyyənin səviyyəsi 21% artıb. Son illərdə Rusiyanın Gürcüstan iqtisadiyyatında da payı artmaqdadır. 2021-ci ildə Gürcüstanın Ümumi Daxili Məhsulunun 6.7%-i Rusiya ilə iqtisadi əlaqələr hesabına formalaşıb və ixracın 14.4%-i Rusiyanın payına düşüb. Eyni zamanda, son illər Gürcüstanın ən çox təşviq etdiyi məhsul olan şərabın 55%-i Rusiyaya, 17%-i Ukraynaya ixrac edilib.

Azərbaycana gəldikdə isə 2021-ci ildə idxalın 17.7%-i (əsasən ərzaq məhsulları), ixracın isə 4.1%-i (əsasən kənd təsərrüfatı məhsulları) Rusiyanın payına düşüb və ticarət dövriyyəsi 12% artaraq 3 milyard dollara çatıb".

Məqalədə həmçinin bildirilir ki, Rusiya həm də Cənubi Qafqaz ölkələrinə xaricdən köçürülən vəsaitlərdə böyük paya sahibdir. Belə ki, 2021-ci ildə Ermənistana köçürülən xarici köçürmələrin 41%-i, Gürcüstana köçürülən xarici vəsaitlərin 17.5%-i, Azərbaycana köçürülən xarici köçürmələrin isə 60%-i Rusiyanın payına düşüb.

Bundan başqa, Rusiya Cənubi Qafqaz ölkələrinin əsas buğda təminatçısıdır. Mərkəz bildirir ki, 2021-ci ildə Rusiya Azərbaycanın buğda idxalının 86%-nə, Gürcüstanın buğda idxalının 94%-nə, Ermənistanın buğda idxalının isə 99%-nə sahib olub: "Müharibə başlaqdıqdan sonra Rusiya hələlik Avrasiya İqtisadi Birliyi ölkələrinə buğda ixracının məhdudlaşdırılması ilə bağlı qərar verib. Ona görə də Cənubi Qafqaz ölkələri buğda idxalı üçün alternativ mənbələr axtarsa da bu mənbələrdən idxal daha baha başa gəlir və bu da inflyasiyanı sürətləndirəcək".

Məqalədə Rusiyanın Ermənistanın əsas enerji təminatçısı olduğu vurğulanır. Qeyd olunur ki, Ermənistanın qaz tələbatının 85%-ni Rusiya təmin edir.

"Qaz və neft Rusiyadan idxalın 31%-ni təşkil edir. Gürcüstan enerji məhsullarının idxalına görə Rusiyadan çox asılı olmasa da son illər Rusiyanın payı artır - 2.8%-dən 2021-də 23%-ə yüksəlib. Rusiya həm də Gürcüstana ən çox elektrik enerjisi ixrac edən ölkədir. Azərbaycan isə Gürcüstanın əsas enerji təminatçısıdır. Gürcüstan neft və qazın 76%-ni, elektrik enerjisinin isə 40%-ni Azərbaycandan idxal edir",- analitik materialda qeyd olunur.

Müəlliflərin qənaətinə görə, bütün bunlar onu göstərir ki, müharibənin yaratdığı iqtisadi problemlər və Rusiyaya qarşı sanksiyalar Cənubi Qafqaz ölkələrinə də təsir edir: "Ermənistan Rusiyadan daha çox asılı olduğu üçün daha çox təsirlənməkdədir. Mart ayında Ermənistanın Mərkəzi Bankı 2022-ci ilin sonuna artım proqnozunu 5.3%-dən 1.6%-ə qədər azaltsa da iyunda yenidən 4.9%-ə qədər qaldırıb. Rusiyadan pul köçürmələrinin isə il ərzində 40% azalacağı gözlənilir. Gürcüstan isə müharibəyə görə buğda çatışmazlığı, azalan şərab ixracı və baha enerji idxalı kimi problemlərlə qarşılaşmaqdadır".

O da vurğulanır ki, Ermənistan və Gürcüstanda son aylarda dolların ucuzlaşması ixrac imkanlarını və gəlirlərini azaltmaqdadır: "Müharibəyə görə rus şirkətlərinin bu ölkələrə köçməsi isə onların iqtisadi inkişafına müsbət təsir edir. Azərbaycan üçün isə müharibə Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracının azalması, pul köçürmələrinin azalması və buğda idxalı ilə bağlı problemlər yaradır. Buna baxmayaraq, müharibə neft və qazın qiymətinin də əsaslı şəkildə artmasına səbəb olur ki, bu da Azərbaycanın gəlirlərini kəskin artırır. Ona görə də, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan iqtisadiyyatı müharibənin iqtisadi nəticələrinə qarşı ən dözümlü iqtisadiyyat olacaq".

11 avqust

14:26 - Moskvadan Paşinyana sərt cavab - "İddiaları əsassızdır"14:15 - Təşəbbüs qrupları arasında "Futbol Çempionatı"na start verilib - FOTOLAR 13:32 - "Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert13:27 - NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?13:19 - İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"12:00 - İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinya nələr danışdı?11:52 - YAP-ın fırıldaqçı yetirmələri - Aytac və İlknur bacıları qazidən də rüşvət alıblar 11:12 - Rusiya FSB Zəngəzurda yeni postlar qurur?11:09 - SEPAH-a qarşı ittiham - İranın gizli planı...11:04 - Azərbaycanda yaşamaq daha da çətinləşir: İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər - VİDEO 00:02 - İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi00:00 - Azərbaycan, İran və Rusiya nəyi müzakirə edəcək?

10 avqust

19:15 - Qərb Asiyada "NATO-nun şərqə doğru genişlənməsi" konsepsiyasını tətbiq edir?19:11 - Sülh danışıqları niyə aparılmır? 19:08 - Laçındakı 200 erməni hara köçəcək?19:07 - Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?19:05 - Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri15:58 - Krımdakı partlayışı kimlər törədib? - "The Washington Post" 15:53 - "Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar15:51 - Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur12:42 - "Azəriqaz" və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar12:40 - Azərbaycanda illik inflyasiya 13%-ə çatıb - RƏSMİ11:42 - Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı 11:36 - Putinin NATO-dakı dostları kimlərdir? - "Politico" nəşri11:29 - İrandan narkotik gətirmə cəhdi - Qaçaqmalçılar yaxalandı00:34 - Trampa cinayət işi açıla bilərmi?00:31 - Slovakiya səfiri Azərbaycanda yaşayan slavaklardan danışdı - Onlar Bakıda nə ilə məşğul olublar? 00:28 - Çinin hansı istəyi ciddiləşir? - Tayvandan kritik mesaj00:22 - İlham Əliyev və Mehriban Əliyeva İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edirlər - CANLI YAYIM00:20 - Ərdoğan İlham Əliyevlə görüşdü...