"ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend

25 iyun, 2022 16:26

2004-2006-cı illərdə İsrailin Milli Təhlükısizlik Şurasına başçılıq edən məşhur israilli general Qiora Aylend belə hesab edir ki, ABŞ müharibənin bitməsində deyil, Putinin devrilməsində maraqlıdır. Hazırda o, milli təhlükəsizlik sahəsində araşdırmalar İnstitutunda analitika ilə məşğuldur.

Ukraynadakı müharibə barəsində o, bu yaxınlarda "Globes" nəşrinin "İqtisadiyyatın silkələnməsi" iqtisadi forumunda çıxış edərkən danışıb.

Müzakirələrdə həmçinin Təl-Əviv milli təhlükəsizlik araşdırmaları İnstitutunun rəhbəri, professor Manuel Traxtenberq, həmin İnstitututun Çinin Yaxın Şərqdə xarici siyasəti və Çin-Amerika münasibətlərinin araşdırmaçısı Qaliya Lavi və Nyu-Yorkdakı sabiq konsul və dörd xarici işlər nazirinin siyasi müşaviri Alon Pinkas iştirak edib.

Qiora Aylend deyir ki, son zamanlar Ukraynada müharibənin tezliklə bitməsi ilə bağlı onda nikbinlik qığılcımları əmələ gəlib. Onun sözlərinə görə, hər iki döyüşən tərəf barışıqda maraqlıdır. İş təkcə Baydendən asılıdır.

ABŞ bu müharibənin onlar üçün bədəlinin çox olacağını anlayanda, məsələnin həlli tapılacaq.

"Bu müharibədən güman edildiyindən tez çıxmaq imkanı yaranıb. Anlamaq lazımdır ki, bu müharibədə Putin həm başlıca cani, həm də, başlıca sarsaqdır, çünki onun üçün də o cümlədən şəxsi mənada bu müharibənin bədəli çox böyük olacaq. Lakin o, bu vəziyyətə həm də ona görə düşüb ki, ABŞ onunla manipulyasiya edərək, onu bu tələyə salıb", - Aylend deyib.

Aylend əlavə edib ki, Putinin üç əsas marağı var:

- Qərb ona demokrariya dərsi keçməsin və demokratikləşməni ona sırımasın;

- Heç kim Rusiyanın daxili işlərinə qarışmasın;

- NATO ona tərəf genişlənməsin.

Onu maraqlandıran, bax, bunlar olub.

Birləşmiş Ştatlar isə daima bütün bu üç istiqamətdə onun maraqlarına zidd hərəkət edib. Düşünürəm ki, Birləşmiş Ştatlar bu müharibənin qarşısını ala bilərdi".

O, həmçinin bəyan edib ki, ABŞ bu müharibəyə müdaxilə etməkdə maraqlı deyil, onlar bu müharibənin bitməsində də maraqlı deyil.

"Müharibənin bitməsini istəyənlər varsa, o da Rusiya ilə Ukraynadır. ABŞ üçün bu müharibənin davam etməsi sərfəlidir, çünki onlar Putin rejiminin dağılmasını istəyir, onların firkinə görəsə, müharibə Putinə daxili təzyiq yaradır. Amerika siyasəti həmişə belə olub. Mən düşünürəm ki, onlar haqlı deyil, çünki Putin rejimi ictimai fikirdən asılı deyil. Ümumiyyətlə, son 30 ildə ABŞ praktiki olaraq bircə münaqişənin həlli yollarını təklif etməyib. Elə bu dəfə də onlar susur, çünki bu müharibənin bitməsini istəmir", - o, vurğulayıb.

"Zənnimcə, bir neçə aydan sonra Birləşmiş Ştatlar anlayacaq ki, onlar çox böyük bədəl ödəyir, buraya Çinin kəskin şəkildə güclənməsi və Səudiyyə Ərəbistanından asılılıq daxildir. Bu, baş verən kimi, biz məndə nikbinlik doğuran yola dönüş edəcəyik", - o, sözlərinə yekun vurub.

Öz tərəfindən Alon Pinkas qeyd edib: "Dünya nizamında dəyişikliklər iki halda : ya müharibədən sonra, ya da bir böyük dövlət çökəndə, digəri yüksələndə baş verir.

Hazırda biz ikinci ssenarinin şahidləriyik. Mən Rusiyadan yox, Çindən danışıram. Və burada Ukraynada müharibə başlayıb. İndi Putin amerikalılar üçün əsas problemə çevrilib. O, SSRİ-nin çöküşü ilə heç cür barışa bilməyib və amerikalılar bu nəticəyə gəlib ki, o, Çinlə dünya nizamını dəyişmək məqsədilə ittifaq bağlayıb.

Pinkasın sözlərinə görə, "1945-ci ildən dünya nizamını Amerika mərkəzi müəyyən edib. Birləşmiş Ştatlar bilir ki, qlobal energetika böhranına rəğmən, onlar bu müharibədə vuruşur. Bu, həqiqətdir ki, prezidentin populyarlığı zərər çəkib, inflyasiya artıb. Lakin iki ildən sonra, növbəti prezident seçkiləri ərəfəsində Baydenin populyarlığı haqqında bugünkü reytinqlərə görə fikir yürütmək lazım deyil. Onu vurğulamaq vacibdir ki, dünyada neft qıtlığı yoxdur, o, Ukraynada müharibə səbəbindən süni surətdə yaradılıb".

Alon Pinkas etiraf edir ki, Baydenin Yaxın Şərqə qarşıdakı səfərinin səbəbləri aydın deyil. Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdən 15 il əvvəl çəkilməsi prosesi davam edir.

"Baydenin bu səfərinin səbəbləri çox ola bilər, amma, hər şeydən göründüyü kimi, ən başlıcası Səudiyyə Ərəbistanının neftidir. Ona Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası üçün təzyiq edilir, hərçənd, o, bunu heç istəmir. Bunun geriyə çəkilmək kimi görünməməsi üçün isə o, Yaxın Şərqdə ABŞ-ın himayəsi altında yeni hərbi blokun yaradılmasına yönələn hansısa səylər pərdəsi altında gizlətmək qərarına gəlib", - o, belə deyib.

Pinkas belə ittifaqın gerçəkliyilə inanmır: "Bunlar yalnız KİV- lərdəki səsli-küylü başlıqlardır. Belə ittifaq xülyadır. İsrail əsgərləri Qətəri müdafiə etməyəcək, Oman əsgərləri isə Petah-Tikvanı qorumayacaq. Lakin Bayden və amerikalılar  üçün Yaxın Şərqdən aradan çıxmaq regional əməkdaşlıq yaranmağa başlayanda daha asan olacaq".

Qiora Aylend Pinkasla razılaşıb. "İsrailin sünnü dövlətlərlə İrana qarşı ittifaq yaratması xülyadır. Guya ki, biz, balaca İsrail, Fars körfəzi dövlətlərinə yardım edə bilərik. Problem bundadır ki, bizim İranla mübarizədən başqa seçimimiz yoxdur. Onlar bütövlükdə Fars körfəzi ölkələrindən, o cümlədən Səudiyyə Ərəbistanından fərqli olaraq, bizim barışmaz düşmənimizdir. Onların başqa variantı var. Onlar iranlılara "proteksiya" üçün ödənişə razı ola bilər. Fars körfəzinin zəngin ölkələri öz regionlarında sülh və sabitlik üçün çox ödəməyə hazırdır. Cəmi iki il yarım bundan öncə iranlılar Səudiyyənin yanacaq terminalını atəşə tutanda biz hansısa reaksiyanı gördükmü? Səudiyyəlilər əyildilər. Ona görə də Fars körfəzi ölkələrinin İrana qarşı çiyin-çiyinə dayanmasını güman etmək mənim üçün heç də aydın deyil", - o, qeyd edib.

Bu foruma başçılıq edən professor Manuel Traxtenberq bugünkü qlobal iqtisadi böhran barədə öz nöqteyi-nəzərini ifadə edib:

"Bu gün biz geosiyasi sahədə çox dramatik dövrü yaşayırıq. Belə hal bir çox illərdə bir dəfə baş verir. Sonuncu dəfə biz bunu 30 il əvvəl, Sovet İttifaqı dağılanda görmüşük. Yeni metodlar,  yeni yanaşmalar meydana çıxıb. Dünya sürətlə qloballaşma və bazar iqtisadiyyatı proseslərinə infeqrasiya etməyə başlayıb. Bu gün hər şey geriyə dönür, dünya nizamı pozulub, bütün prinsiplər, bütün qayda-qanun sarsılıb. Biz bunun nəyə gətirib çıxaracağını bilmirik".

O, əlavə edib ki, "iqtisadiyyatda iki əsas hadisəni müşahidə edirik: birincisi, deqloballaşma, son 30 ildə biz ilk dəfə olaraq dünyada iqtisadi yüksəlişin mühüm amili olan sürətli qloballaşma prosesindən geri çəkilməsini görürük. İkincisi, staqflyasiyadır. Bu, qiymətlərin qalxması ilə iqtisadi çöküşün ölümcül uzlaşmasıdır. Bu, ona gətirib çıxaracaq ki, bütün alətlər faydasız olacaq. Əgər inflyasiya ilə mübarizə etsək, artım dayanacaq, artımı stimullaşdırsaq, inflyasiya artacaq. Heç bir ölkə dünyada baş verən iqtisadi çöküş və inflyasiyanın nəticələrindən yan keçə bilməyəcək. Bunları öz üzərimizdə nə zaman hiss edəcəyik? Bu, artıq siyasətdən asılıdır".

Qalya Lavi Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda Çinin Tayvana mümkün müdaxiləsini şərh edib.

"Çinin Tayvanı özünə birləşdirməyə səylər etməsi üçün tarixi səbəblərə, o cümlədən də ictimai rəyə malikdir. Çinlilərin əksəriyyəti üçün xalqın və ərazinin birliyi ən ali dəyərdir. Ona görə də Çinin Tayvana iddialarından əl çəkməsi variantı, ümumiyyətlə, nəzərdən keçirilmir. Digər tərəfdən, Çinin bu məsələnin həllində gücdən istifadə etməməsi üçün əsaslı səbəblər var. O cümlədən Putinin Ukraynaya hərbi müdaxiləsinin dəhşətli nəticələri buna sübutdur. Bundan başqa, Çin anlayır ki, hərbi güc sahəsində Amerika ilə bərabər ola bilməz, ABŞ və Qərblə, məsələn, Böyük Britaniya, Fransa və Yaponiya ilə birbaşa qarşıdurmaya getməkdə isə o, maraqlı deyil", - o, belə deyib.

Lavi vurğulayıb ki, çinlilərin Tayvana hücumdan öncə üzləşəcəyi bir mane var- onların sənayesi büsbütün Tayvan istehsalı olan çiplərdən asılıdır. "Əsas iki problem mövcuddur: əgər Çin Tayvana müdaxilə edərsə, o, özünün əsas prinsiplərindən birini- problemin həllində güc tətbiq etməmək prinsipini pozmuş olacaq. Digər səbəb-iqtisadi səbəbdir və burada çiplər böhranı oyuna daxil olur. Tayvanın bir şirkəti raketlər, kompüterlər, məişət çihazları üçün istifadə edilən müasir çiplərin 92 faizini istehsal edir. Özünün bu istehsalını yaratmaq hətta Çin üçün mürəkkəb məsələdir", - o, belə deyib.

"Amma bu da son deyil. Çiplərin istehsalı üşün xammalın 80 faizini Tayvan Çindən alır. Və burada problem mürəkkəbləşir. Çini Tayvanla ixtac-idxal mübasibətləri birləşdirir, ona görə də Çin uzun illər hərbi güc və kobud təcavüz əvəzinə iqtisadi təzyiqə üstünlük verib", - o, vurğulayıb.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR