Avropaya ixracın artması qazı bahalaşdıracaq?

24 iyun, 2022 12:44

Avropa ölkələri Azərbaycandan qaz idxalını çoxaldıb. Bəzi mütəxəssislər 25 ilə ixracı nəzərdə tutulan qazımızın 2-3 ilə satılacağını bildirirlər. Eyni zamanda, qazın xaricə dəfələrlə ucuz satıldığı qeyd olunur. Məlumdur ki, işğaldan azad olunan torpaqların da qazla təminatı prioritet məsələlərdəndir.

Belə olan halda qaz ixracı Azərbaycanın özünün qazla təminatında problem yarada bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib.

O, bəzi iddiaların əsassız olduğunu bildirib:

“Birincisi, Azərbaycan istəsə də, qaz ixracını həddən artıq edə bilməz. Çünki qazın Avropaya göndərilmə infrastrukturu var. Bu, hal-hazırda 16 milyard kubmetrdir. Azərbaycan elə bu il maksimum qaz ixracını 16 milyard kubmetr nəzərdə tutur. Bunun 6 milyardı Gürcüstan və Türkiyəyə, 10 milyardı isə Avropayadır. Maksimal tutumu illik 31 milyard kub metrə qaldırıla bilər. TANAP-ın maksimal gücü indi 16 milyard kubmetrdir, lakin 31milyard kubmetrə qaldırıla bilər. TAP-da da indi 10 milyard kubmetrdir, 20 milyard kubmetr ola bilər. Amma bunlar üst-üstə gəlinmir. Avropaya qaz TANAP-la gedir, sonra TANAP-dan da TAP-a keçir. Biz istəsək də, qazın boru çəkilmə tutumu var, bunu edə bilmərik”.

İqtisadçı qazın satış qiymətlərinin ucuz olmadığını deyib:

“Azərbaycan qazı Avropaya ucuz satmır. Bazar qiymətinə satır. İndi ən yaxşı, yüksək qiymətlərdir. Yalnız Türkiyə və Gürcüstana ucuz satır. Bu da fiks qiymətlərdir. Yəni əvvəlcədən müqavilə ilə müəyyən olunub. Bu da bazar qiymətləri ilə müqayisədə ucuz hesab olunur. Çünki indi bazar qiymətləri çox yüksəkdir. İstənilən halda, indi hər iki qiymət 5 il əvvəllə müqayisədə çox yaxşıdır. Azərbaycanda ilk rübün enerji gəlirlərinə baxanda görürük ki, qazdan gələn gəlirlər neftə çatır. Bu da çox yaxşı haldır”.

X.Kərimli Qarabağın qaz təminatı məsələsinə də toxunub:

“Dünya alternativ enerji istiqamətinə gedir. Qarabağda da məqsədimiz odur. Digər məsələ, Qarabağda əvvəlcə yaşayışı bərpa etməliyik. Hökumət Qarabağda günəş panelləri, su-elektrik stansiyaları və istilik təminatı məsələlərinə diqqəti artırır. Amma qaz çəkilməsi ilə bağlı məsələlər hələ gələcəkdə olacaq işlərdir. Paralel olaraq həm qaz, həm neft yataqlarının axtarışı keçirilir. Əhalinin sayında artım olarsa, bu məsələ haqqında dəqiq nəsə deyə bilərik. Hökumət sırf Qarabağa qaz çəkməlidir deyə qaz tələbatı artmayacaq. Əhali artırsa, qaza tələbat da çoxalır. Amma Qarabağa insanlar gedir deyə tələbat artmayacaq. Burada təhlükə görmürəm. Qazı yüksək qiymətə nə qədər çox satsalar, o qədər yaxşıdır. Buradan gələn pulları hara xərcləmələri başqa məsələdir. Amma satmaq əhəmiyyətlidir. Dövlət büdcəsinin əsas hissəsini neft və qazdan gələn gəlirlər təşkil edir. Azərbaycanda vergi ilə formalaşan büdcə yoxdur. Digər gəlirlər Azərbaycan büdcəsinin 46 %-ni təşkil edir. Bu da əsasən, neft və qazdan asılıdır”.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR