"Vəliyev qardaşları" və ölkəni çalxalayan iki rezonans - "Tərtər cinayəti", sui-qəsd və ...

22 iyun, 2022 14:49

Son 5 il ərzində ölkədə çox ciddi ictimai rezonans doğuran iki hadisədə məhz "Vəliyev qardaşları"nın adı qırmızı xətlə keçir:

BİRİNCİSİ: Ermənistana casusluq etdiyi iddia olunan Azərbaycan hərbçiləri 2017-ci ilin aprel-yanvar aylarında fiziki və mənəvi işgəncələrə məruz qaldı, şikəst edildi, öldürüldü. Qeyd edim ki, 2005-ci ildən Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyevdir və ölkədə hərbçilərə qarşı həyata keçirilən işgəncələrə (əslində - terror) görə X.Vəliyev ən böyük məsuliyyət sahiblərindən biridir. Heç şübhəsiz, Tərtər cinayətlərinin sifarişi Rusiyadan gəlib və Azərbaycanda bu işin əsas siyasi kuratorlarının, icraçı generalların, bu cinayətlərə susqun qalan (halbuki müdaxilə edə bilərdi) və hələ də mühüm vəzifələrdə olan şəxslərin kimliyi çoxumuza bəllidir. Məqsəd Azərbaycan ordusuna qarşı inamsızlıq yaratmaq, ordunun satqınlardan ibarət olduğunu isbatlamaq və gələcəkdə Qarabağın azad olunması üçün atılan bütün addımları iflasa uğratmaqdan ibarət idi. 2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı və bu işin Prezidentin nəzarəti altında olması günahkarların cəzalandırılacağına olan ümidləri də artırır. Məsələ bundadır ki, X.Vəliyev düşdüyü situasiyanın çıxılmaz olduğunu dərk etməkdə acizlik çəkmir. X.Vəliyev "Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdır" deməklə, siyasi hakimiyyətin ən üst kataloqunda təmsil olunan məmurları da şantaj edir. Ardınca da ona yaxınlığı ilə seçilən keçmiş hərbçilər iddia edirlər ki, guya X.Vəliyev müxtəlif qurumlarda ciddi yoxlamalar aparır və buna görə də onu "vurmaq" üçün Tərtər hadisələrində zərərçəkənlərin ailə üzvlərinin aksiyasını təşkil ediblər. Bu şəxslərin dili ilə Baş Prokuroru və Müdafiə nazirini şantaj edən X.Vəliyev bu günə qədər Orduda baş verən hərbi cinayətlərdən qazandığı milyonlar hesabına özünü qorumağı bacarıb. Artıq gecdir...

Vacib: Hərbi Prokurora vaxtilə dislokasiya olunmuş hərbi hissədə baş verən ağır hərbi cinayətlər, öz zabit-əsgər heyəti tərəfindən məqsədli şəkildə zorlanan əsgərlər və bu cinayətlərin əsas icraçısı olan hərbi hissə komandiri haqqında (həmin hərbi hissə komandiri vaxtilə X.Vəliyevin qəbulunda da olub) adlarla konkret suallar da ünvanlaya bilərəm.

X.Vəliyevdən saxta "dəlilik kağızı" alan hərbi hissə komandirini nə üçün qoruduğunu soruşmaq elə də çətin deyil. Kimlərin tapşırığı ilə... Bir şilləyə görə valideynlərindən rüşvət tələb olunan əsgər postda hansı şəraitdə dünyasını dəyişdi?

İKİNCİSİ: 2018-ci ilin iyul ayının 3-də X.Vəliyevin qardaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən sui-qəsdə məruz qaldı. Y.Səfərov Rusiya vətəndaşıdır, silahlı dini birləşmələrin tərkibində xarici ölkələrdə, eləcə də Suriyada təlimlər keçib. Y.Səfərovun müdafiəsini isə İran təşkil edirdi. Bu məsələdə Gəncə şəhəri və E.Vəliyevin özü də boş yerə seçilməmişdi.

İzahı olmalıdır ki, Azərbaycanın qonşusu niyə məhz "Vəliyev qardaşları"nın adı qırmızı xətlə keçən və ölkədə çox ciddi rezonansa səbəb olan iki böyük hadisəni törətməli olub!?

Bir qardaşın adı Azərbaycan hərbçilərinə qarşı həyata keçirilən terrorda hallanır, o biri qardaş isə terrorun (sui-qəsdin) qurbanı oldu. Dövlət "Vəliyevlər ailəsi"ndən canını qurtarmalıdır. Özü də yubanmadan və təcili!

P.S. Xanlar Vəliyevə məxsus villaların, ticarət obyektlərinin fotolarını, ünvanlarını və bu şəxslərin də aid olduğu kriminal qruplaşmalar haqqında məlumatları gözləyin...

Tezliklə...

Müəllif: Samir Feyruzov

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı