Neft bahalaşdıqca, ərzaq da bahalaşır... - Deputatdan qıtlıq xəbərdarlığı

21 iyun, 2022 00:53

“Dünyada neftin, qazın qiyməti artır, amma dünyada balans pozub deyə ərzaq ilə əlaqədar çox ciddi problemlər yaranır”.

Bunu millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili ölkədə və dünyada ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət çəkib:

“Cənab Prezident IX Qlobal Bakı Forumunda bütün dünyanı maraqlandıran məsələlərə toxundu. Əsasən də təhlükəsizliklə bağlı məsələlər bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda, dünya ərzaq bazarında yaranmış problemə çox ciddi toxundu. Dedi: “Elə fikirləşməyin ki, neft ixrac edən ölkələr qiymətin yüksək olduğuna görə şaddırlar”. Biz o dövlətlərə neft-qaz ixrac edirik ki, onlarda ərzaq məhsulları istehsal olunur. Eyni zamanda, biz də o dövlətlərdən ərzaq idxal edərkən əlavə inflyasiya, qiymət artımı da idxal edirik. Bir vaxtlar OPEC+ təşkilatı bunların hamısını tənzimləyirdi. Son vaxtlar, xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra biz bunu görmürük. Ona görə də neftin, qazın qiyməti artır, dünyada balans pozulur. Ərzaq ilə əlaqədar çox ciddi problemlər yaranır”.

V.Əhmədov problemdən çıxış yolu olaraq hökumətin bir sıra addımlar atdığını deyib:

“Düzdür, dövlət başçısı, hökumət nümayəndələri bir sıra dövlətlərlə danışıqlar apararaq taxıl əkmək üçün torpaq icarəyə götürürlər. Amma ümumi olaraq ərzaq dünyanın ən ciddi problemidir. Cənab Prezidentin dediyi kimi, ərzaq böhranı qapının ağzındadır. Rusiya və Ukrayna ən çox taxıl ixrac edən ölkələr idi. Hətta Ukraynanın taxıl ixrac etməsi üçün Türkiyə işə qarışaraq müəyyən məsələləri həll edib. Amma problem çox ciddidir. Yalnız müharibə bitəndən sonra dövlətlərin iqtisadi vəziyyəti stabilləşə bilər. Bu baxımdan Azərbaycanda da qiymət artımı, inflyasiya var. Bir sıra dövlətlər artıq ərzaq məhsullarının ixracına qadağa qoyublar və öz əhalisini ərzaqla təmin edirlər. Problem ciddi olduğu üçün cənab Prezident də Forumda bu məsələyə toxundu. Əlbəttə, dövlət başçısının çıxışını çox yüksək qiymətləndirirəm. Çünki bu, bütün dünya üçün ümumi problemdir”(bakupost.az). 

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?