"20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək" - Pentaqon

24 may, 2022 10:02

20 ölkə Ukraynaya yeni hərbi yardım paketləri təqdim etməyi öhdəsinə götürüb. Bunu bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

47 ölkənin müdafiə nazirlərinin qatıldığı virtual görüş Ukrayna üzrə Təmas Qrupunun fevral ayından bəri ikinci iclası olub. Keçən ay Ostinin Ramşteyn Hərbi  bazasına səfəri zamanı yaradılan qrup Ukraynaya Rusiyanın işğalından qorunmağa kömək etmək üçün 40-dan çox dövlətdən ibarətdir.

“Bir çox ölkələr  artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və digər zirehli maşınlar verəcək. Digərləri Ukrayna qüvvələrinə təlim keçmək və onun ordusuna dəstək vermək üçün yeni öhdəliklər götürüblər”, - Ostin bildirib.

Danimarka  rus işğalçılarından qorumaq üçün Ukraynaya gəmi əleyhinə “Harpun” sistemi və raketlər göndərir. Bu addım xoş sürpriz oldu - Ukrayna uzun müddətdir ki, Qərb tərəfdaşlarından gəmi əleyhinə raketlər göndərməyi xahiş edir.

Bu arada, Çexiya hücum helikopterləri, tanklar və raket sistemləri də daxil olmaqla, əhəmiyyətli dəstək göndərməyə razılaşıb,  deyə Pentaqon rəhbəri bildirib.

Bundan əlavə, İtaliya, Yunanıstan, Norveç və Polşa artilleriya sistemləri və sursatlarının yeni tədarüklərini elan ediblər.

Ostin ikinci iclasda qrupa qoşulan digər ölkələrin - Avstriya, Bosniya və Herseqovina, Kolumbiya, İrlandiya və Kosovjnunda hərbi yardımlar göndərəcəyini bildirib.

Ukrayna üzrə Təmas Qrupunun növbəti görüşü iyunun 15-də Brüsseldə, təxminən NATO müdafiə nazirlərinin görüşü ilə eyni vaxtda baş tutacaq.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?