İsa Qəmbər ona 180 manat pensiya təyin edilməsindən danışdı

13 may, 2022 22:32

“Son iki gündə saysız-hesabsız jurnalistlər mənə müraciət ediblər. Açığı, heç biri ilə danışmamışam. Etibarnamə əsasında vəkilim Nemət Kərimlinin üzərinə yönəltmişəm ki, suallara o, cavab versin”.

Bunu Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər “Xural” TV-nin canlı yayımında ona pensiya təyinatı ilə bağlı sualı cavablandırarkən deyib.

“Əslində, mən müraciət etməmişdim. Müraciəti vəkilim Nemət Kərimli edib. İstəyirəm ki, bu məsələyə hüquqi müstəvidə yanaşılsın. Ancaq belə başa düşürəm ki, mən də bu mövzuda bəzi fikirlər söyləməliyəm. Məni tanıyanlar tanıyır, heç vaxt pulla, sərvətlə maraqlanmamışam. Bunlar mənim üçün heç zaman öndə olan hədəf, dəyər olmayıb. İndi də bu, mənim üçün həlledici mövzu deyil”, - o qeyd edib.

İ.Qəmbər vurğulayıb ki, bütün deputatlara yüksək pensiya təyin olunur:

“Amma 1990-1995-ci ildə mövcud olmuş parlament üzvlərinə pensiya verilmir. Adını da belə qoyurlar ki, deputatlara verilən pensiya ancaq 1995-ci ildə yeni konstitusiya qəbul ediləndən sonrakı dövrə aiddir. Bunu qanunda yazmayıblar. İlk dəfə bu məsələ gündəmə gələndə məhkəməyə müraciət ediblər, məhkəmə hökm çıxarıb. O hökmdən istifadə edirlər”.

Sabiq başqanın sözlərinə görə, Pensiya haqqında qanunda yazılır ki, müstəqillik əldə ediləndən Azərbaycanda qanunvericilik, icra və məhkəmə sistemində çalışan dövlət qulluqçularına aid edilən bir pensiya növü var:

“Bu pensiya növü bizə də aid edilməlidir. Vəkilim Nemət Kərimli də müvafiq dövlət qurumlarına müraciət edərkən həmin maddəyə istinad edib. Biz bilirdik ki, 1990-1995-ci illərdə deputat olan istiqlalçı millət vəkillərinə pensiya verilmir. Ona görə vəkilim orada yazmışdı ki, 1992-1993-cü illərdə Ali Sovetin sədri olmuş İsa Qəmbər... Yəni söhbət Ali Sovetin sədrliyindən gedir. Bu, pensiya haqqında qanunun 20.1.1-ci maddəsinə uyğundur. Buna mənfi cavab verilib. Cavab yazısında da deyə bilmirlər ki, maddə düzgün yazılmayıb, məsələni dolaşdırırlar. Başqa müddəalar gətirirlər. ciddi cavab deyil. Ona görə də bu gün biz məsləhətləşdik. Vəkilim mənim verdiyim etibarnamə əsasında məhkəməyə müraciət edəcək”.

Qeyd edək ki, İsa Qəmbərə 180 manat pensiya təyin olunub.

24 may

19:06 - Sərhəddə delimitasiya üzrə Komissiyanın ilk görüşü keçirildi18:36 - Türkiyə Suriyada yeni əməliyyata başlayır - Hədəf nədir?18:33 - Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanətdə ittihamı olunur 17:13 - "Hindistanı nüvə silahı ilə məhv edəcəyik" - Pakistan müdafiə naziri17:05 - Bakı Qarabağı tam qaytaracaq - Sergey Markov16:35 - Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı16:32 - Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və ...16:27 - "Müttəfiqlərimizi şantaj edirlər" - Şoyqu16:22 - Şeyx 15 ildir qazpulu ödəməyib?11:34 - İran XİN Brüssel danışıqlarına rəy bildirdi11:30 - Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - FOTOLAR 10:32 - Gömrükdə sensasion kosmetika əməliyyatı... - "Səfər dəhlizi" 10:09 - Azərbaycan kommunistlərinin aqibəti necə olacaq...10:02 - "20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək" - Pentaqon10:00 - Tikinti şirkətlərinin fırıldağı - Ekspert şərh edir00:19 - "Xankəndidə rus alimə abidə qoyulması təxribatdır" - Oqtay Qasımov00:17 - Generalın iş adamı ilə söhbəti niyə baş tutmayıb? - Məhkəmədə qalmaqal00:14 - "Brüssel sui-qəsdinə qarşı mübarizə aparmaq lazımdır" - Andranik Tevanyan00:11 - "Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur" - Ərdoğan00:09 - "Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik" - İlham Əliyev00:08 - İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi - Nələr müzakirə olunub?00:04 - Rəflərdə xarici süd doludur, yerli fermerlər isə müştəri tapmır - Bizə quru süd satırlar

23 may

20:38 - Məşhur "Starbucks" Rusiyanı tərk edir20:36 - Delimitasiya üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI 20:30 - Paşinyan da sərhədlə bağlı komissiya yaratdı18:19 - Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi...15:16 - ATƏT Brüssel görüşünü alqışlayır...15:13 - "Gömrük Komitəsi adlı ayrıca quruma ehtiyac yoxdur" - Hüquqşünas12:53 - "İrəvan Qarabağın statusundan imtina edir" - Erməni tarixçi12:49 - Rus sülhməramlıların sabiq komandiri yaralandı, bacısı oğlu öldü  - FOTO