"Bizdə vətənşüvənlər var ki, səhərdən axşamacan ermənilərə lənət oxuyur" - Zərdüşt Əlizadə

13 may, 2022 13:06

Politoloq Zərdüşt Əlizadənin müsahibəsi:

- Ötən gün Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan qeyd edib ki, “Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyaları mayın 16-17-də Moskvada görüşəcək”. Rusiya bu qədər problemi olduğu halda niyə Qarabağ məsələsini öz gündəmindən çıxarmır?

- Sualınız mənə çox sadəlövh gəldi. Gəlin, dövlət cihazını təsəvvür edək. Dövlət cihazında müxtəlif nazirliklər, şöbələr və qurumlar var ki, hərəsinin öz işləri var. Əgər Rusiya Ukrayna ilə müharibə aparısa, o deməkdir ki, onun Kənd Təsərrüfatı, Sənaye və ya Mədəniyyət Nazirliyi işləmir?! Hamısı işləyir və hərənin öz vəzifəsi var.

Rusiyanın Xarici İşlər və Təhlükəsizlik Nazirliklərində müəyyən şöbələr var ki, onların məşğuliyyəti Azərbaycan-Ermənistan münaqişəsi, onun nəzarətdə saxlanılması, həll edilməsinə imkan verilməməsi və ona loyal hər iki tərəfə təzyiq edilməsi məsələsi durur, onların vəzifəsi budur. Onlar Ukrayna müharibəsindən məsuliyyət daşımırlar. Ukrayna müharibəsindən başqaları məsuliyyət daşıyır və hərə də öz işi ilə məşğul olur.

Ona görə də, Azərbaycan-Ermənistan arasında delimitasiya və sərhəd münaqişələrini müzakirə edən komissiya buyurub ki, durun, gəlin, Moskvaya. Necə ki, sizin dövlət rəhbərləriniz danışmışdılar ki, Rusiyanın köməyinə ehtiyac var, xəritələr, eləcə də güclü mütəxəsssislər Rusiyadadır və s. Gəlin, Moskvaya, oturaq, bu məsələni müzakirə edək. Müzakirə edəndə də elə edəcəklər ki, bu məsələdə bir qulp olsun, o da Rusiyanın əlində. Bu, aciz həqiqətdir.

Əgər bu, Rusiya olmasaydı, olsaydı Fransa, yaxud ABŞ – onlar da öz qulplarını qoyacaqdılar. O qulpdan yapışıb istəyirlər ki, bölgəni idarə etsinlər. Bu, sadə mexanizmdir.

- Bunu bizə xeyri və yaxud mənfi tərəfləri nədir?

- İndi hər kəsin öz xeyri var. Azərbaycanın məharəti və diplomatik qabiliyyəti ondan ibarət olmalıdır ki, hətta elə etməlidir ki, bu qulp, ya, ümumiyyətlə, heç olmasın və ya onun təsir imkanları mümkün qədər az olsun.

Bəs yaxşı, bunu biz nə zaman əldə edə bilərik? O zaman ki, münaqişənin o biri tərəfindəki Ermənistan bizimlə normal masaya otursun. Baxın, o da Rusiyanın təzyiqindən, təsirindən, təxribatından, qısacası, bütün əclaflıqlarından böyük əziyyətlər çəkir. Əgər Azərbaycan Ermənistanla dil tapsa, sövdələşsə, sözü bir olsa ki, gəl, elə edək ki, bir ömür burada barışaq və Rusiyanın bizə təsir imkanları mümkün qədər az olsun, onda işləri istədiyimiz kimi apara bilərik. Yox, biz mümkün qədər boğuşsaq, dalaşsaq, düşmənçilik etsək, bir o qədər də Rusiyanın təsir imkanları güclü olacaq, vəssəlam! Bu, çox sadə bir tənlikdir.

- Siz yaxınlaşmadan söz etdiniz. Burada Rusiya faktorunu da geniş şəkildə qabartdınız. Sizcə, hər iki cəmiyyət, buna hazırdırmı?

- Azərbaycanla Ermənistan yaxınlaşsa, münaqişə, düşmənçilik aradan götürülsə, Rusiyaya ehtiyac yoxdur. Rusiyanın vəzifəsi nədir bəs? Sözdə ədavəti sakitləşdirmək, düşmənçiliyi aradan götürmək, bir-birini öldürən, qıran tərəfləri qırğından xilas etmək, ona görə də sülhməramlılar Qarabağa gətirmək, Gümrüdəki bazalarından Ermənistanın təhlükəsizliyini təmin etmək və s. və i.a. Bunlar hamısı nağıldır! Bunlar hamısı Rusiyanın bölgəni nəzarətdə saxlamaq mexanizmidir!

Əgər Ermənistan və Azərbaycan öz əsl mənafeyini, əsl xeyrini anlayıb barışsalar, - hansı ki, bu bizdən daha çox Ermənistandan asılıdır, çünki onların beynini daha çox zəhərləyiblər. Bizim beynimizi 30 ildir zəhərləyirlərsə, onların beynini 120 ildir zəhərləyirlər – onda bizim aramızda bölməyə heç nə də qalmayacaq.

Doğrudur, torpağa onların da iddiası var, bizim də iddiamız var. Bunu necə həll edə bilərik? Onlar da yaşasın, biz də yaşayaq da. Çoxmillətli dövlətlər yoxdur bəyəm? Avropada nə qədər xalqlar yaşayır, Nyu-Yorkda 80 millət var. Bakıda vaxtilə, sovet dövründə 50-60 millət yaşayırdı, quzu balası kimi. Ermənilər bəy balası kimi Bakıda yaşayırdılar. Hörmətləri də vardı, adam da sayırdı onları, vəzifələri də, pulları da, evləri də, bir sözlə, hər şeyləri vardı. Amma elə ki, Rusiya onların başlarına hava gətirdi, hər şeyi itirdilər. Bizimkilər də İrəvanda yaşayırdılar, onları da qovdular.

- Yəni bu ədavət sadəcə Rusiyaya lazımdır?

- Bəli, Ermənistan onsuz da itirə-itirə gedir. 1988-ci ildə Ermənistanın əhalisi 3.2 milyon idi, indi qalıb 1.8 milyon, 1.4 milyon əhalisini itirib. Bu, nəaliyyətdir?! Bu, itkidir. Çünki məhsuldar qüvvələrin ən inqilabi ünsürü insandır. İnsan yaradır, tikir, qurur, ixtira edir. İnsandır əsas şey, lakin Ermənistan əhalisini, insanlarını itirdi. Bu sadə həqiqəti anlamayanda, yaxud nəzərə almayanda onda başlayırlar ki, “erməninin əbədi-əzəli düşməni türkdür”.

Bizdə də deyirlər ki, “harada gördün erməni, vur başına gülləni”. 1988-ci ildə Əbülfəz Elçibəyin tərəfdarları bu şüarı qışqırırdılar. Elə bu səfeh, axmaq, səviyyəsiz məntiq Ermənistanda da hakim bir məntiqdir, bizdə də. Bizdə də bunu təlqin ediblər, bizdə də nə qədər vətənşüvənlər var ki, “vətənpərlik nümunələri” göstərirlər, səhərdən axşamacan ermənilərə lənət oxuyurlar. Anlamır ki, bu, Rusiyaya xidmət edir. Erməninini söydükcə, sən rus siyasətinə xidmət edirsən. Eləcə də erməni türkü söydükcə, rus siyasətinə xidmət edir.

Qısacası, indi də bu komissiyanı ona görə qurublar ki, orada elə bir rus qulpu olsun ki, bölgəni idarə etsinlər. Azərbaycan xalqı bunu anlamalıdır, lakin təssüf ki, anlamırlar(yenisabah.az). 

20 may

09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”13:15 - "Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov13:05 - İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü 12:50 - “Sevinirəm ki, Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları belə xərcləyir” - Tahir Gözəl12:40 - Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN