Azərbaycan quru sərhədlərini açır? - Tarix məlum oldu

12 may, 2022 16:05

"Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədləri açmaq, gediş-gəlişi bərpa etmək fikri var”.

 

Azsiyaset.com xəbər verir ki, bu sözləri "cebhe.info"-ya quru sərhədlərin açılması məsələsinə münasibət bildirərkən millət vəkili Musa Quliyev deyib.

 

Deputat artıq sərhədləri açmağın mümkün olduğunu bildirib:

 

"Azərbaycanda əsasən yay ayları turizm sezonu sayılır, turistlər də öz işlərini planlamalıdırlar. Əlaqələr möhkəmlənməli, insanlar digər ölkələrə işləri ilə əlaqədar getməli, iş adamları bura gəlməlidirlər. Rusiya, Türkiyə ilə insanlarımızın əlaqələri var, onların gediş-gəlişləri yaxşılaşdırılmalı, rahatlanmalıdır. Mən hesab edirəm ki, daha bir təhlükə yoxdur, qonşu ölkələrdə də pandemiya sona yetmək üzrədir. Məncə, sərhədləri açmaq olar. Payız vaxtına bəzi hallar təkrar olunmasa, artıq biz pandemiyadan qurtarmış sayılacağıq”.

 

Milli Məclisin üzvü deyib ki, ölkədə karantinin müddətini uzatsalar da, quru sərhədləri müəyyən variantlarla açmaq olar:

 

"Karantini uzada, amma sərhədləri aça bilərlər. Sərhəddə tibb məntəqələri, yoxlamalar təşkil edə bilərlər. Yəni bunun variantları var. Sərhədi tam qapatmaq yox, yarıaçıq rejimə də keçirmək olar”.

 

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martından etibarən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır. Ölkədə yoluxma sayının azalması ilə əlaqədar bir çox məhdudiyyətlər aradan qaldırılsa da, hələ də quru sərhədlər qapalı qalıb.

 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumata görə, 11 mayda koronavirus infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb. Aktiv xəstə sayı isə 70 nəfərdir. Qeyd edək ki, dünya mətbuatı da ölkəmizdəki yoluxma sayının azalması ilə bağlı materiallar dərc edb.

24 may

19:06 - Sərhəddə delimitasiya üzrə Komissiyanın ilk görüşü keçirildi18:36 - Türkiyə Suriyada yeni əməliyyata başlayır - Hədəf nədir?18:33 - Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanətdə ittihamı olunur 17:13 - "Hindistanı nüvə silahı ilə məhv edəcəyik" - Pakistan müdafiə naziri17:05 - Bakı Qarabağı tam qaytaracaq - Sergey Markov16:35 - Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı16:32 - Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və ...16:27 - "Müttəfiqlərimizi şantaj edirlər" - Şoyqu16:22 - Şeyx 15 ildir qazpulu ödəməyib?11:34 - İran XİN Brüssel danışıqlarına rəy bildirdi11:30 - Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - FOTOLAR 10:32 - Gömrükdə sensasion kosmetika əməliyyatı... - "Səfər dəhlizi" 10:09 - Azərbaycan kommunistlərinin aqibəti necə olacaq...10:02 - "20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək" - Pentaqon10:00 - Tikinti şirkətlərinin fırıldağı - Ekspert şərh edir00:19 - "Xankəndidə rus alimə abidə qoyulması təxribatdır" - Oqtay Qasımov00:17 - Generalın iş adamı ilə söhbəti niyə baş tutmayıb? - Məhkəmədə qalmaqal00:14 - "Brüssel sui-qəsdinə qarşı mübarizə aparmaq lazımdır" - Andranik Tevanyan00:11 - "Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur" - Ərdoğan00:09 - "Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik" - İlham Əliyev00:08 - İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi - Nələr müzakirə olunub?00:04 - Rəflərdə xarici süd doludur, yerli fermerlər isə müştəri tapmır - Bizə quru süd satırlar

23 may

20:38 - Məşhur "Starbucks" Rusiyanı tərk edir20:36 - Delimitasiya üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI 20:30 - Paşinyan da sərhədlə bağlı komissiya yaratdı18:19 - Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi...15:16 - ATƏT Brüssel görüşünü alqışlayır...15:13 - "Gömrük Komitəsi adlı ayrıca quruma ehtiyac yoxdur" - Hüquqşünas12:53 - "İrəvan Qarabağın statusundan imtina edir" - Erməni tarixçi12:49 - Rus sülhməramlıların sabiq komandiri yaralandı, bacısı oğlu öldü  - FOTO