TÜRKİYƏ ORTA ASİYADA TƏŞƏBBÜSÜ ƏLƏ ALIR – Ərdoğan-Tokayev razılaşmaları regiona nə vəd edir?

12 may, 2022 13:24

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev 2019-cu ildə Prezident postuna əyləşdikdən sonra mayın 11-də ilk dəfə Türkiyəyə dövlət səfərinə gəlib. Onun səfərinin Rusiyanın Ukraynaya hərbi təcavüzünün davam etdiyi vaxta təsadüf etməsi diqqətçəkəndir.

Xatırladaq ki, rəsmi Astana Moskvanın nüfuz dairəsində olan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Rusiyanın hərbi müdaxiləsini dəstəkləməyib və Ukraynanın süverenliyini və ərazi bütövlüyünü müdafiə edib.

Təhlilçilərin qənaətinə görə, hazırkı şəraitdə Ankaranın tarixən Moskvanın nüfuz dairəsinə daxil olan Mərkəzi Asiya dövlətləri ilə bağları möhkəmləndirməsi üçün əlverişli şərait yaranıb.

Tokayevin Ankaraya səfərinə gəlincə, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında ümumilikdə 14 sənəd imzalanıb. Bu sənədlərin arasında kütləvi informasiya vasitələri sahəsində əməkdaşlıq haqqında memorandum, beynəlxalq yüklərin qarşılıqlı-müştərək daşınması haqqında saziş, gömrük prosedurunun sadələşdirilməsinə dair razılaşma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum və hərbi sferada əməkdaşlıq məsələləri də var.

Prezidentlər Rəcəb Tayyib Ərdoğan və qazaxıstanlı həmkarı nümayəndə heyətlərinin görüşündə Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Ərdoğan bu barədə deyib: "Bizim bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün saxlanması çərçivəsində dinc yollarla həll olunmasına dair maraqlarımız üst-üstə düşür. Siz də bilirsiniz ki, biz Ukraynada müharibənin qurtarması üçün münaqişənin ilk günlərindən səy göstəririk. Əlbəttə, bu müharibə türk dövlətləri arasında həm ikitərəfli, həm də türk dövlətlərinin çadırı altında əməkdaşlıq və sıx birliyin mühümlüyünü təsdiqləyir”.

Tokayev isə Ərdoğanla görüşündən sonra deyib ki, danışıqlarda habelə Çindən Avropa bazarlarına Rusiyadan yan keçən yeni nəqliyyat xətti müzakirə olunub. Onun sözlərinə görə, iki ölkə üçün mühüm olan məsələlərdən biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TITR) istifadənin potensial əhəmiyyətidir.

Qeyd edək ki, həm də Orta Dəhliz adı ilə tanınan TITR xətti Çinin dəmir yolu şəbəkələrini Rusiyadan yan keçərək Avropaya bağlayan xətdir. 2017-ci ildə istismara verilmiş bu layihə Xəzər və Qara dənizlərdəki bərə sistemləri vasitəsilə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşa ərazilərindən keçir.

Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı informasiyada isə deyilir ki, Tokayevin Türkiyəyə dövlət səfərinin gedişində “Qazaxıstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlığı tənzimləyən” bir sıra sənədlər imzalanıb. Məlumatda bu sənədlər barədə təfərrüatlar verilməyib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Qazaxıstan müdafiə bağlarının əhəmiyyətini vurğulayıb. Nazirin sözlərinə görə, bu sazişdə iki ölkə arasında habelə birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq” nəzərdə tutulur: "İmzalanmış birgə bəyannamə ilə biz əməkdaşlığımızı strateji partnyorluğun yeni səviyyəsinə qaldırmışıq. Türkiyə və Qazaxıstan iki qardaş ölkədir. Biz, Türkiyə olaraq Qazaxıstandakı sabitliyə və əmin-amanlığa ciddi önəm veririk”.

"AzPolitika.info"

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb