"Biz Rusiya ilə o sənədi elə-belə imzalamamışıq" - Fərid Şəfiyev

30 aprel, 2022 13:16

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibəsi:

- Prezident İlham Əliyev ötəngünkü çıxışında qeyd edib ki, səfərlərinin əsas istiqamətləri Avropadır. Həmçinin, o, vurğulayıb ki, Avropayla yeni sənəd imzalanır və onu da qeyd edib ki, Azərbaycan Avropa Birliyinin üzvü olmayacaq. Bizim Avropa ilə əməkdaşlığımızın son həddi nə qədərdir?

- Bunun cavabı çox sadədir. Dövlət başçısının qeyd etdiyi Avropayla imzalanacaq olan sənəd ki, var, hansı ki, hazırlanır, bu mərhələdə bizim hədəfimiz həmin sənədin hazırlanmasıdır. İndiki prioritet budur.

- Görünən odur ki, Ermənistanla Azərbaycan arasında vasitəçilik prosesində artıq daha çox Avropaya üstünlük verilir. Üstəlik, konfransda verilən suallardan biri də Şuşa Bəyannaməsi və Moskva Bəyannaməsinin imzalanması haqqında olan sual idi. Moskva Bəyannaməsi Milli Məclisdə ratifikasiya olunmayıb. Bu, artıq Rusiya ilə məsafə saxlamaq anlamınamı gəlir?

- Məsafə deməzdim. Sadəcə Rusiyanın sülhməramlı fəaliyyəti bağlı bir sıra problemli məsələlər var. Amma ratifikasiya məsələsi texniki bir məsələdir. Biz o sənədi elə-belə imzalamamışıq. Oradan irəli gələn məsələlər var. Xüsusən də Azərbaycanın ərazi bütövlüyü, eləcə də terrorizm və separatizmə qarşı həmin bəyannamədə maddələr var. Ona görə də, gec-tez bu bəyannamə ratifikasiya olunacaq.

-  Dövlət başçısı, həmçinin, üçtərəfli platforma təklifi ilə də çıxış edib. Xatırlayırsınızsa, əvvəl də “Qafqaz evi” adı altında yeni bir platformanın yaradılması planlaşdırılırdı. İndiki perspektivdə Ermənistanla eyni platformada olmaq nə dərəcədə realdır?

- Biz faktiki olaraq bundan əvvəl də “3+3” formatında bunu təklif etmişdik. Sadəcə artıq görünür ki, “3+3” işləməyəcək, çünki Gürcüstan buna qoşulmur. Ona görə də, bizim üçün Gürcüstanın iştirakı vacibdir. Həmin bu Cənubi Qafqaz üçlü platforması isə sadəcə imkan yaradacaq ki, üç ölkə bir yerə gəlib bir sıra məsələləri müzakirə etsin. Platformanın hədəfi budur(yenisabah.az). 

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR