Rusiyadan növbəti hədə - "Lazım olsa, o ölkəyə də girə bilərik"

26 aprel, 2022 19:55

Moldovanın işğal edilmiş Dnestryanı bölgəsində baş verən partlayışla bağlı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkodan açıqlama gəlib.

Bölgədə baş verənlərin terror, təxribat və ya xuliqanlıq olduğunu söyləmək üçün araşdırmaların nəticəsini gözləməyə çağıran Rudenko Dnestryanıdakı vəziyyətə müdaxilə tələb edən ssenari istəmədiyini deyib.

“Aparılan araşdırmalar nəticəsində bunun arxasında qonşu bölgələrdə zorakılığı qızışdırmaq istəyən qüvvələrin dayandığının üzə çıxmasını heç istəmirik. Ümid edirik ki, araşdırma bütün lazımi parametrlər üzrə aparılacaq və cavabdeh şəxslər cəzalandırılacaq”, - rusiyalı diplomat bildirib.

Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın Dnestryanı bölgədə narahatlıq yaradan durumu diqqətlə izlədiyini söyləyib.

Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsi komandanının müavini Rüstəm Minnekayevin bu yaxınlarda Dnestryanı ilə bağlı sözləri dərin narahatlıq doğurub:

“Ukraynanın cənubuna nəzarət və rusdilli əhaliyə təzyiq reallıqları Dnestryanıya çıxış yolunu təmin edəcək”.

Dnestryanı Ukrayna-Moldova sərhədində, Moldovanın tərkibində qondarma respublikadır. Demək olar ki, bütün sakinlərinin Rusiya pasportu var.

İddiaya görə, Rusiya ordusu Ukraynanın Odessa bölgəsini işğal edərək, Moldovanın bu separatçı regionuna çıxışı təmin etməyi hədəfləyir.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb