ABŞ hərbi bazasında Ukraynaya dair qapalı müşavirə: 40 ölkənin hərbi komandanı qatıldı - "Vaşinqton Post"

26 aprel, 2022 19:46

Aprelin 26-sı dünyanın 40-dan çox ölkəsinin hərbi komandanı ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyanın Ramştayn şəhərindəki aviasiya bazasına toplaşıb.

Toplantıda rus işğalına qarşı mübarizədə Ukraynaya göstərilən hərbi dəstəyin nizamlı, koordinasiyalı şəkildə həyata keçirilməsi məsələləri müzakirə olunur.

Hərbi komandanları Ramştayn aviabazasına ABŞ Müdafiə naziri Lloyd Ostin yığıb. O, NATO üzvləri ilə yanaşı alyansın üzvü olmayan bəzi dövlətlərin hərbi liderlərini də bu müzakirəyə dəvət edib.

“Vaşinqton Post” qəzetinin internet səhifəsində yayılan xəbərə görə, Lloyd Ostin görüş zamanı bildirib ki, Ukraynanın müqaviməti azad dünyaya qol-qanad verib və NATO-nu daha cəsur addımlar atmağa ruhlandırıb: “Rusiya Prezidenti Vladimir Putin dünyanın Ukrayna ətrafında bu qədər sürətlə və qətiyyətlə toplaşacağını ağlına da gətirməzdi”.

“Vaşinqton Post” yazır ki, ABŞ-ın Müdafiə naziri Ramştayn aviabazasındakı toplantıda Ukraynanın qələbə çalacağına əmin olduğunu vurğulayıb. O, toplantıya qatılan 40-dan çox ölkənin hərbi liderləri adından bildirib ki, burada hər kəs, o cümlədən Ukraynanın özü qələbəyə inanır. Lloyd Ostin Rusiya-Ukrayna müharibəsinin hazırda yeni mərhələyə qədəm qoyduğunu da söyləyib.

Lloyd Ostin aprelin 24-də ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bərabər Kiyevdə səfərdə olub, Ukraynanın Prezidenti, xarici işlər, müdafiə və daxili işlər nazirləri ilə birgə aparılan danışıqlarda iştirak edib.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?