"Ukraynanın cənub sakinləri hər zaman Rusiyaya meyl edib" - Krımdan ola senator

24 aprel, 2022 01:31

Rusiyada Ukrayna ərazilərindən yeni  quberniyası yaratmağa açıq çağırış edilib.

Ukraynada müharibənin yeni məqsədlərinin- Donbasın və ölkənin cənubunun zəbt edilməsi elan edilməsindən sonra Rusiya Federasiya Şurasında Rusiyanın yeni ərazi vahidinin-Tavriya diyarının yaradılması ideyası dəstəklənib.

Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Nəzərdə tutulub ki, Tavriya diyarının tərkibinə Ukraynanın Xerson vilayəti, Nikolayev və Zaporojye vilayətlərinin bir hissəsi daxil ediləcək.

"Bu, düzgün, yaxşı təklifdir, Ukraynanın cənub sakinləri hər zaman Rusiyaya meyl edib. Beləliklə, Tavriya quberniyası öz tarixi çərçivələrində bərpa ediləcək. Bu quberniyaya həmçinin Krımla Sevastopol daxil ola bilər", - bunu Krımdan olan senator Sergey Tsekov bəyan edib.

Tavriya diyarını onun tarixi çərçivələrində bərpa edilməsi Dövlət Dumasının hələ aprelin əvvəlində keçirilən iclasında deputat Mixail Şeremet tərəfindən təklif edilib. O, qeyd edib ki, bu birləşmədə həlledici rol Krımın üzərinə düşür.

Tavriya quberniyası ( Tavrida və ya Tavriya) 1802- ci ilin oktyabrından 1921- ci ilin oktyabrınadək Rusiya imperiyasının inzibati- ərazi vahidi olub. Onun tərkibində səkkiz qəza olub: Berdyansk, Melitopol, Dnepr, Perekopsk, Yevpatori, Simferopol, Feodosiya və Yalta.

Dünən Rusiya Federasiyasında açıq şəkildə Donbasın və Ukraynanın cənub regionlarını zəbt etmək və  bununla da Krıma quru yol açmaq barədə bəyan edilib.

Bundan başqa, Ukraynanın cənubunun işğalı "Dnestryanı"ya daha bir çıxışı" təmin etməlidir, çünki Kreml orada da "rusdilli əhalinin sıxışdırıllması faktları"nı aşkar edib.

Moldovada məlumat verilib ki, belə bəyanatlar Rusiya Federasiyasının respublikanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi mövqeyinə ziddir. Moldova XİN Rusiyanın ölkədəki səfiri Oleq Vasnetsovu çağıraraq, "rusiyalı məmurun sözlərindən dərin narahatlığını ifadə edib".

27 iyun

09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu