Rusiyadan Qərbə ittihamlar - "Brüssel əldə olunmuş razılaşmaları öz adına çıxır"

22 aprel, 2022 21:38

"Paris və Vaşinqton ATƏT-in Minsk qrupundan imtina edir, Brüssel isə Ermənistan-Azərbaycan barışığında Rusiyanın vasitəçiliyini almaq istəyir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yerli medianın “ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasında yüksək diplomatik fəallığı artırdığı bir vaxtda Minsk qrupunun amerikalı və fransalı həmsədrləri Rusiya tərəfinə mexanizmin bərpası üçün müraciət ediblərmi?" sualını cavablandırarıkın belə deyib.

Zaxarova bu suala cavabında belə siqnalların daxil olmadığını, onları heç gözləmədiklərini deyib.

Zaxarova yüksək diplomatik fəallığın Vaşinqtonla Parisin Minsk qrupunun işini iflic etməsindən sonra artdığını vurğulayıb. Sözçü Brüsseli Rusiya-Azərbaycan-Ermənistan arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları “həyasızcasına” öz adına çıxmaqda ittiham edib.

O, Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də Minsk qrupunun ötən il təqdim etdiyi, humanitar problemlərin həlli, Bakı ilə Yerevan arasında sülh razılaşmasının hazırlanması məsələlərini sadalayıb.

Zaxarova Rusiyanın 10 noyabr, eləcə də 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixlərində əldə olunmuş bəyanatlara sadiq olduğunu vurğulayıb. “Biz eyni zamanda tarixi dostluq, müttəfiqlik və tərəfdaşlıq əlaqələri ilə bağlı olduğumuz Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına hər vasitəylə təsir göstərməkdə qətiyyətliyik”, – onun açıqlamada deyilir.

Brüsseldən bu ittihamlara hələlik, reaksiya verilməyib.

Xatırladaq ki, aprelin 6-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəlib. Görüşdə sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılığa gəlinib.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı