Müharibə iştirakçılarının aksiyası - Mühüm detallar…

19 aprel, 2022 09:33

Aprelin 18-də bir neçə İkinci Qarabağ müharibəsi iştirakçıları onlara birdəfəlik sığorta pullarının verilməməsinə etiraz əlamət olaraq Dövlət Sığorta Şirkətinin (Azərsığorta) qarşısında etiraz aksiyası keçirdi.

Bu aksiya müharibə əlillərinin əvvəlki etiraz formalarından fərqlənirdi:

- Uzun illərdən sonra ilk dəfə idi ki, Azərbaycanda müharibə iştirakçıları xaotik və dağıdıcı aqressiya nümayiş etdirərək dövlət qurumunun şüşələrini qırdılar, içəri daxil olaraq əməkdaşlarına hücum çəkib təhqir etdilər, əlbəyaxa oldular. Düşünməliyik, bəs bütün bunlar gələcəkdə analoji situasiyalar üçün nümunə kimi qəbul edilə bilərmi?!

- Aksiya keçirən müharibə iştirakçıları İlham Əliyev haqqında tez-tez “Cənab Prezident” ifadəsini işlədərək ona istinad edirdilər, yəni aksiya ümumilikdə hakimiyyətə qarşı yox, bir cavabdeh quruma qarşı yönəlmişdi. Əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə hədəf daha konkret idi.

- Polis orqanları doğru, məntiqli və praqmatik qərar verərək psixoloji-sağlıq durumu yerində olmayan müharibə iştirakçılarının aksiyasına müdaxilə etmədi. Şübhə etmirəm ki, istənilən küçədə baş verən ən xırda hadisə zamanı orada olan polis orqanları müharibə əlillərinin aksiyasından xəbərsiz olublar. Görünür, humanizm prinsiplərini əsas tutulub. Dövlət Sığorta Şirkətinin müharibə əlili tərəfindən döyülən, söyülən əməkdaşı üçün bu hadisə başadüşülən olsa da, orada hər hansı polis əməkdaşının döyülüb-söyülməsi anlaşılan olmayacaqdı. Bütün bu risklər polis orqanları tərəfindən düzgün qiymətləndirilib.

Məsələyə digər iki istiqamətdən də yanaşmaq vacibdir:

Birincisi, qalib ölkə olan Azərbaycan yeni strateji hədəflər müəyyənləşdirib. Hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması əsas müzakirə predmetidir. Bütün dünyanın nəzərləri məğlub İrəvana yox, qalib Bakıya fokuslanıb. Bu baxımdan, daxildə həlli mümkün olan problemlərin şişirdilməsi qətiyyən yolverilməzdir.

Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar özləri çıxıb getməlidirlər. Müharibə iştirakçıları ilə Prezident arasında süni çatlar yaratmaq həmin məmurların heç də yaxşı aqibətindən xəbər vermir. Hansı məmur işini bacarmırsa, oturduğu dövlət binasını hücuma məruz qoyursa və dövlətə qarşı inamsızlıq yaradırsa, o zaman könüllü çıxıb getməlidir. Onun vəzifəyə hər hansı qohumluq əsasında təyinatı da dövlət maraqları naminə bloklanmalıdır.

Prezident İ.Əliyevin iradəsi ortadadır, bircə o qalır ki, hökumət üzvləri dövlət başçısının iradəsinə əks olan addımlar atmasın, vətəndaşı, əlilləri, qaziləri incitməsin, onların problemlərini vaxtından əvvəl həll etsin. Ölkədə və regionda yeni münasibətlər sistemi yaranır. Hansı məmur bu tələblərə cavab vermirsə, özündə cəsarət tapıb çıxıb getsin.

İkincisi, Vətən uğrunda apardığın savaş elə bu vətənin qanunlarını tapdalamaq üçün heç kəsə haqq vermir. Təbii, sığorta pullarını tələb etmək müharibə iştirakçılarının haqqıdır. Amma bir dövlət binasına soxulub ətrafı dağıdıb-tökmək ciddi məsuliyyət yaradır.

Qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibəsi əlilləri, şəhid ailələri dövlətin müxtəlif sosial proqramları ilə əhatə olunublar. Müharibə əlilləri və şəhid vərəsələri təkcə təqaüd, pensiya və müavinətlə deyil, həm də  mənzillərlə, minik avtomobilləri ilə təmin edilirlər. Onlara dövlətin birdəfəlik sığorta ödənişi də həyata keçirilir. Ümumi sığorta məbləği 11 min manatdır. Bu da şəhid vərəsələri üçün nəzərdə tutulub. I dərəcəli əlilliyə görə həmin ümumi məbləğin 80%-i (8800 manat), II dərəcəli əlilliyə görə 60%-i (6600 manat), III dərəcəli əlilliyə görə isə 40%-i (4400 manat) birdəfəlik sığorta ödənişi kimi təyin olunub.

Müəllif: Samir Feyruzov

27 iyun

10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...