"Bizim adımızı da ona görə çəkməyib ki, bizim hakimiyyət rus sülhməramlılarını özü dəvət edib” - Fazil Mustafa

28 yanvar, 2022 22:19

"Qarabağ Azərbaycan dövlətini sevən hər kəs üçün ən həssas mövzudur. Hamımız fikir, mülahizə, gələcəyin proqnozlaşdırmasını Qarabağ üzərindən irəli sürmək haqqına sahibik. Ancaq bunu hoqqabazlıqla, yalançı vətənpərvərliklə edənlərə qarşı da mövqe sərgiləməyimiz vacibdir. Çünki Qarabağ üzərindən guya hamıdan artıq vətənpərvər görünmənin fəsadlarını biz illər öncə yaşamışıq və yenidən yaşamamaq üçün mövcud reallıqlara uyğun millət və dövlət olaraq daha nizamlı addım atmağa çalışmalıyıq".

Bunu deputat Fazil Mustafa deyib.

Fazil Mustafa bildirib ki, sui-istifadə mövzularından biri də Rusiya sülhməramlıları ilə bağlı məsələdir:

"Bəri başdan deyim ki, Qarabağda Rusiya sülhməramlılarının olmasına ən ciddi təhlükə kimi baxanlardan biri olsam da, mövcud şəraitdə bunun alternativinin olması barədə hansısa konkret təklifə də malik deyiləm. Ancaq Qarabağ savaşından sonra imzalanan 10 noyabr 2020-ci il bəyanatının bütün müddəlarını da dövrün reallığına uyğun hesab edirəm və ölkə prezidentinin Rusiya ilə bu mövzuda apardığı danışıqların prinsiplərini dəstəkləyirəm. Çünki özününz də görürsünüz ki, dünyanın aparıcı gücləri hər hansı məsələdə Rusiyanın iradəsini sındıracaq addımlar ata bilmirlər, bizsə kiçik dövlət olaraq öz dövlət maraqlarımızı maksimum səviyyədə Rusiya qarşısında qorumağı bacarırıqsa, bu kursa davam etməkdən başqa yolumuz qalmır. Sözümü nəyə gətirirəm, NATO məsələsinə. NATO adından Rusiyaya ultimatum verildi ki, üç ölkədən- Ukrayna, Moldova və Gürcüstandan qoşunlarını çıxarsın. Bizdə dərhal sosial şəbəkə qəhrəmanları yenə də Qarabağ üzərindən siyasətə başlayaraq vurğuladılar ki, bəs NATO ona görə üç ölkəni deyir ki, onların ərazisinə rus qoşunları zorla girib, bizim adımızı da ona görə çəkməyib ki, bizim hakimiyyət rus sülhməramlılarını özü dəvət edib. Yenə də ənənəvi Allahsızlıq! Rusu hələ bir yana buraxaq. Ermənidən başlayaq. BMT qətnamə qəbul etmişdi ki, erməni birləşmələri Kəlbəcərdən çıxsın, əcaba o zaman və sonra NATO o xırdaca Ermənistana ultimatum verdimi ki, işğal olunmuş Azərbaycan torpağından çıxın? Dağlıq Qarabağdan isə ümumiyyətlə danışan olmadı, çünki oradakı erməni ordusunu tamamilə görməzdən gəlirdilər".

"İllər boyunca NATO da daxil olmaqla bütün Avropada mövcud olan beynəlxalq təşkilatların Ermənistan işğalçı ordu birləşmələrinin Azərbaycandan çıxarılması barədə ultimatum cəhənnəm, adicə bir tələbinə rast gəldinizmi? Olmayıb! Bapbalaca Ermənistandan bunu tələb etməyənlər, guya bizim ərazimizdə olan Rusiya sülhməramlıları barədə əgər bizim razılığımızla gəlməsəydilər belə bir tələbi qoyacaqmışlar? Vallahi, Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi! Qarabağ, Rusiya sülhməramlıları mövzusu çox həssaslıq tələb edir, addım-addım bu problemi də çözəcəyik. Türkiyə-Ermənistan münasibətləri qurulmağa başlayır, yaxınlarda Şuşa Bəyannaməsini parlament təsdiq etməklə Türkiyə ordusunun ərazimizdə mövcudluğunu tam legitimləşdirəcəyik, ermənilərlə sülh sazişi, Zəngəzur yolunun açılışı ardarda görəcəyimiz işlərdir, bu kimi məsələlərə hamılıqla geniş çərçivədən baxmalıyıq. Siyasət üçün daha fərqli mövzular var. İstər xarici, istər daxili siyasətdə. Populizm naminə Qarabağdan istifadə etməməyə çalışmaq daha məqsədəuyğun olardı", - deyə Fazil Mustafa qeyd edib.

20 may

10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”13:15 - "Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov13:05 - İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü 12:50 - “Sevinirəm ki, Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları belə xərcləyir” - Tahir Gözəl