Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."

29 noyabr, 2021 11:45

Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 3 ay sonra Talibanın baş naziri ilk dəfə ictimai çıxışını edib. Talibanın həmtəsisçisi olan Molla Məhəmməd Həsən Axund dövlət televiziyasında yayımlanan müraciətində bir sıra məsələləri işıqlandırıb.

“Biz bütün ölkələri əmin edirik ki, onların daxili işlərinə qarışmayacağıq və onlarla yaxşı iqtisadi əlaqələr qurmaq istəyirik”, - deyə Axund 30 dəqiqəlik çıxışında bildirib.

Taliban avqustun ortalarında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr 20 illik müharibədən sonra ölkədən geri çəkilərkən hakimiyyəti ələ keçirib. Hazırda ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşanır. Milyonlarla əfqan, o cümlədən uşaqlar aclıq içərisindədir.

“Biz bütün beynəlxalq xeyriyyə təşkilatlarından xahiş edirik ki, yardımlarını əsirgəməsinlər və taqətdən düşmüş xalqımıza kömək etsinlər... insanların problemləri həll olunsun”, - Talibanın baş naziri əlavə edib.

O bəyan edib ki, Birləşmiş Ştatlar Əfqanıstanın mərkəzi bankının ehtiyatlarının təxminən 10 milyard dollarını sərbəst buraxsa, ölkədəki iqtisadi böhran həll olunacaq. Molla Məhəmməd əlavə edib ki, əfqanlar əvvəlki korrupsioner hökumətin nəticəsi olduğunu iddia etdiyi ölkənin problemlərində Talibanın günahkar olduğuna inanmamalıdırlar.

Qeyd edək ki, Taliban bir tərəfdən beynəlxalq ictimaiyyət qarşısında legitimlik qazanmağa və beynəlxalq yardımları cəlb etməyə çalışır, lakin digər tərəfdən Əfqanıstandan hər gün taliblərin orta əsrlərə aid şəriət qaydaları əsasında insanlara zülm etdiyi barədə xəbərlər gəlir. Hələlik heç bir ölkə Taliban hakimiyyətinin legitimliyini tanımayıb və Əfqanıstanın yeni hakimiyyəti ilə münasibətlər qurmaqda tərəddüd edir.

virtualaz.org

12 avqust

01:18 - İstanbulda terrora hazırlaşan şəxslər kimlər idi?01:11 - "Amnesty İnternational" dağılır?00:55 - Bakıda həbsxanada 5 məhkum ölüb - Penitensiar Xidmət "ölüm adası"na çevrilir00:49 - Şahdəniz"dən rekord mənfəət: Yeddi aya 1 milyard dollar - Bəs bu, xalqın sosial rifahına necə təsir edəcək?00:47 - İran Rusiyaya PUA göndərərsə, nə baş verəcək?00:45 - Sülhməramlılar Zaporojye AES-də yerləşdirilə bilərmi?00:43 - İran Qafana konsul təyin etdi

11 avqust

14:26 - Moskvadan Paşinyana sərt cavab - "İddiaları əsassızdır"14:15 - Təşəbbüs qrupları arasında "Futbol Çempionatı"na start verilib - FOTOLAR 13:32 - "Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert13:27 - NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?13:19 - İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"12:00 - İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinya nələr danışdı?11:52 - YAP-ın fırıldaqçı yetirmələri - Aytac və İlknur bacıları qazidən də rüşvət alıblar 11:12 - Rusiya FSB Zəngəzurda yeni postlar qurur?11:09 - SEPAH-a qarşı ittiham - İranın gizli planı...11:04 - Azərbaycanda yaşamaq daha da çətinləşir: İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər - VİDEO 00:02 - İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi00:00 - Azərbaycan, İran və Rusiya nəyi müzakirə edəcək?

10 avqust

19:15 - Qərb Asiyada "NATO-nun şərqə doğru genişlənməsi" konsepsiyasını tətbiq edir?19:11 - Sülh danışıqları niyə aparılmır? 19:08 - Laçındakı 200 erməni hara köçəcək?19:07 - Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?19:05 - Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri15:58 - Krımdakı partlayışı kimlər törədib? - "The Washington Post" 15:53 - "Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar15:51 - Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur12:42 - "Azəriqaz" və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar12:40 - Azərbaycanda illik inflyasiya 13%-ə çatıb - RƏSMİ11:42 - Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı