Türk maliyyə böhranı... - Ərdoğan nə etmək istəyir?

24 noyabr, 2021 20:21

Türkiyədə daha bir inqilabın şahidi oluruq... Amma küçələrdə yox. Düşündüyünüz kimi deyil.

İnqilabı Ərdoğanın özü həyata keçirir. Daha dəqiqi, Ərdoğan Türkiyəni Qərb kapitalından asılılıqdan çıxarır. Hansı ki, bu kapital da Türkiyə iqtisadiyyatının artımını ləngidir.

Bu sxem necə işləyir?

Belə ki, Qərb spekulyativ kapitalı ölkəyə daxil edir və hələlik onu saxlayır. Daha sonra yerli valyutadan kapital çıxarmağa başlayır və bununla da Mərkəzi Bankı (MB) faiz dərəcələrini artırmağa məcbur edir. Faiz dərəcələrinin artması ilə kreditləşməni çətinləşdirir əlçatan olmur və buna uyğun olaraq, iqtisadi artım yavaşlayır.

Qərb bu cür üsulları bir çox ölkələrə tətbiq edir. 

Heç düşünmüsünüzmü ki, niyə Avropada illik yarım faizlə kredit götürə bilərsiniz, amma bizdə faiz dərəcəsi 5-15 faizdir?

Bu cür müvəqqəti bağlanmış kapital xarici ölkənin iqtisadiyyatını manipulyasiya etmək üçün əla bir yoldur.

Bu ilin birinci rübündə Türkiyənin ÜDM-i 7,2%, ikinci rübdə isə 21,7% artıb. Təbii ki, Türkiyəni ləngitmək niyyətində olan qüvvələr var.

Ərdoğan nə etdi? 

Birincisi, Qərbin ardınca getmədi və Mərkəzi Bankın uçot dərəcəsini qaldırdı.

İkincisi isə "qara məni basınca, mən qaranı basım" taktikası ilə manipulyatorlardan daha tez tərpəndi və lirənin məzənnəsini özü aşağı saldı. 

Güman edirik ki, Qərb kapitalının əsas hissəsi hələ də lirədə ilişib qalıb. Çünki indi qalan kapitalın çıxarılması lirəni daha da aşağı salacaq və nəticədə Qərb investisiyasının yarıdan çoxunu itirəcək (ən azı üçdə birini artıq itirib).

Ərdoğanın Türkiyə iqtisadiyyatını Qərb möhtəkirlərindən asılılıqdan çıxarmaq üçün əsas vəzifəsi tamamlandı. Lirənin çökməsi iqtisadi artımda nəhəng bir sıçrayış verəcək və düşünürük ki, Türkiyə bu ili görünməmiş ÜDM artımı ilə başa vuracaq.

Lirə ilə aşağı faizlə krediti olan türk iş adamları, xüsusilə də istehsalat işçiləri sevinir.

Türkiyə bir çox sahədə ixracat edir. Biznes kreditləri əlverişli olaraq qalır və gələcək iqtisadi artım təmin edilir.  Türkiyə ixracatı daha da rəqabətli olur.

Gələn il daha çox turist olacaq, çünki Türkiyəyə gəlmək daha sərfəli olub. 

Təbii ki, indi əhalinin bir hissəsi əziyyət çəkəcək. Amma uzunmüddətli perspektivdə bütün Türkiyə əhalisi yalnız Ərdoğanın qətiyyətli addımlarından faydalanacaq .

Bunun nəticəsi olaraq "Türkiye Cumhuriyet Merkez Bankası sən azadsan!" deyə bilərik! . 

Böyük dövlət, Ərdoğan məhz Qərbin təsir edə bilməyəcəyi müstəqil maliyyə siyasəti olan dövlət qurur. Böyük dövlət quruculuğunda əsas şərtlərdən biri məhz Qərbin təsir edə bilməyəcəyi müstəqil maliyyə siyasətinin olmasıdır. 

Çünki 19-cu əsrdən başlayaraq, Abdülhəmid zamanından belə spekulyativ gedişlər vasitəsilə dəfələrlə Türkiyənin qarşısı kəsilib. Sonuncu belə gediş 2001-ci ildə oldu və sonu defoltla nəticələndi. 

Qarşına qoyduğu vəzifəni icra etmək və Türkiyəni Qərb pul siyasətindən aralayıb müstəqil maliyyə sisteminin olması, vacib və labüddür. 

“Kütləvi etirazlara” gəlincə, əvvəlki yazılarımda (amerikalılar, avropalılar, ermənilər, rus millətçiləri, azərbaycanlı müxaliflər və kamalistlər) haqqında yazdıqlarım bilirlər ki, etirazlar heç bir nəticə verməyəcək. 

Onsuz da onların azlığını görürük və bundan başqa, gördüklərimiz Ərdoğanın özünün əməllərinin nəticəsidir. Təbii ki, o, öz planında “kütləvi” iğtişaşları da qabaqcadan görürdü.

Ona görə də biz rahat əyləşib Türkiyənin Qərb-Avropa ilə maliyyə savaşında necə ayaqda qalacağını müşahidə etməyə davam edək. (Praterin şərhi)

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...