Paşinyan Zəngəzurun rəhbərlərini topladı - Sərhədlərin delimitasiyasından danışdı

24 noyabr, 2021 18:35

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsinin Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərlərini, həmçinin Gorus icmasının sədr müavinini qəbul edib.

Bu barədə Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Baş nazir regionla bağlı məsələləri müzakirə etməzdən əvvəl icmaların yeni seçilmiş rəhbərlərini təbrik edib.

Zəngəzurun problemlərinə toxunan Nikol Paşinyan onların hökumətin gündəlik diqqət mərkəzində olduğunu qeyd edib.

Baş nazir regionda iqtisadiyyatın və nəqliyyatın blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası imkanlarına da toxunub.

Görüşlə bağlı mətbuata danışan Tatev icmasının rəhbəri Samvel Lalayan deyib.

“Ümumiyyətlə, biz təhlükəsizliklə bağlı, eləcə də baş nazirin dünən səsləndirdiyi fikirlər barədə danışdıq. Hər şeyi müzakirə etdik, qəbul olunan təkliflər verdik və normal söhbət getdi. Dəhlizdən də danışıldı, baş nazir dedi: “Bunu unudun getsin, heç kim o haqda danışmayacaq, biz də heç nə verməyəcəyik”.
Necə işləyəcəyimizi danışdıq, Paşinyan Nazirlər Kabinetinin rəhbəri kimin hansı partiyadan olmasından asılı olmayaraq, hamı ilə əməkdaşlıq etməyi təklif etdi. O, heç bir maneə olmadan, xalq adına, dövlət adına birgə işləməyi təklif etdi”.

Lalayanın sözlərinə görə, Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizinin təmin olunması ilə bağlı tələblərinə münasibət bildirib. “O dedi: "Biz sadəcə olaraq münasibətlərimizi müharibəsiz və münaqişəsiz necə quracağımızı düşünürük". Paşinyan dedi ki, dəhliz olmayacaq, hətta yolu təmin etsək də, biz qarşılıqlı razılığa gəlməliyik, lakin hələlik bu barədə söhbət getmir”.

29 noyabr

13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi14:48 - Mövlud Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA14:44 - Tənzilə Rüstəmxanlının gənclərlə görüşü baş tutub - FOTOLAR13:20 - "Yaxın zamanda nəqliyyat dəhlizlərinin açılması prosesi başlayacaq" - Rusiyalı eksert