Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər

22 sentyabr, 2021 16:36

ABŞ prezidenti Cozef Bayden Əfqanıstandakı fiaskonun ardınca keçmiş sovet məkanına diqqət yönəltməyə hazırlaşır.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, ABŞ-ın “RAND Corporation” hərbi-analitik şirkətinin saytında dərc edilmiş məqalədə Bayden administrasiyasına keçmiş sovet məkanına diqqət yönəltmək çağırışı edilir. Məqalənin müəllifləri ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri, “RAND Corporation” şirkətinin baş elmi əməkdaşı Uilyam Kortni (William Courtney) ABŞ-ın Belarus və Gürcüstanda səfiri olmuş, hazırda Vaşinqtondakı Uilson Mərkəzinin qlobal məsələlər üzrə analitiki olan Kennet Yaloviçdir (Kenneth Yalowitz).

Analitiklər qeyd edirlər ki, dekabr ayında keçiriləcək “Demokratiya sammiti” postsovet ölkələrini demokratiyaya yönəltmək üçün Baydenə şans yaradır. Bu sammit Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da videokonfrans rejimində keçiriləcək.

“Əfqanıstandan qoşunların xaotik şəkildə çıxarılmasından sonra prezident Bayden öz diqqətini təqvimindəki daha ruhlandırıcı hadisəyə-“demokratiya sammitinə” yönəltməyə hazırdır”-müəlliflər belə yazırlar.

Müəlliflərə görə “Demokratiya sammiti” Cozef Bayden üçün mühüm rol oynayır, çünki ABŞ prezidenti Əfqanıstanda baş verənlərdən sonra güclü tənqidlərlə üzləşib. Bildirilir ki, Ağ evin əsas diqqəti Baltik respublikalarına yönələcək. Lakin “RAND Corportation” Vaşinqtona tövsiyə edir ki, postsovet regionunun mükəmməl demokratiyadan uzaq başqa ölkələrinə də diqqət yetirsin. Ona görə də keçmiş səfirlər məsləhət görürlər ki, sammitə Ukraynanı, Ermənistanı, Moldovanı və Gürcüstanı da dəvət etmək lazımdır. Bununla belə müəlliflər həmin ölkələrin sammitə dəvət olunmaması üçün əsasların olduğunu da təsdiq edirlər. Çünki Gürcüstanda ötən il keçirilən seçkilərdə ATƏT ciddi pozuntular qeydə alıb, Kiyev hələ də korrupsiyaya qalib gələ və bir sıra islahatları həyata keçirə bilmir. Ermənistanda isə “demokratik hadisələri” Qarabağ müharibəsi ləngidib.

Müəlliflər qeyd edirlər ki, demokratiya baxımından “orta səviyyəli” bu ölkələri sammitə dəvət etməklə yanaşı ABŞ və Qərb onlardan yeni irəliləyişlər gözlədiyi barədə xəbərdarlıq da edə bilər.

25 oktyabr

17:48 - "Əli Əkbər Vilayətidən soruşdum: Niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik" - "Hizbullah"ın keçmiş baş katibi16:51 - İran Prezidenti Azərbaycanın yeni səfirini qəbul etdi - FOTO 16:49 - "Qubadlı azad olunanda artıq müharibənin taleyi həll edilmişdi" - İlham Əliyev15:18 - 10 "arzuolunmaz şəxs" - Hansı səfirlər Türkiyəni tərk edib?15:15 - ""Sülh" Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir..." - Ohanyan "həyəcan təbili" çalır15:08 - Müəllim peşəsindən uzaq düşən kişilər... - ARAŞDIRMA14:41 - Prezidentlə xanımı Qubadlıda getdi - FOTOLAR 14:38 - Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? - Ekspert rəyi13:18 - Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ12:58 - İranın Təhlükəsizlik Şurasının katibi İsraili hədələdi - "Əgər hücum etsə, İsraili darmadağın edəcəyik" 12:51 - Həmin çantanın içində nə vardı? - Bennettlə Putinin görüşü12:01 - Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO11:47 - Şeyxin deputat qardaşı özünü gülüş hədəfinə çevirdi - "Azərbaycan" sözünü düzgün yaza bilmir - FOTO10:56 - Dini toy karvanı təşkil edənlər saxlanıldı, 16 sürücü saxlanıldı - VİDEO 09:56 - İranlı nazir: "Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək" - Tehran niyə belə bir addım atır?09:51 - Azərbaycanda devalvasiya olacaq? - Vacib açılama 09:47 - Azərbaycanda bahalaşma "yorulmaq" bilmir - Bizi nə gözləyir?09:45 - İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək - Səfir anons verdi 00:13 - "Ermənilərin qatilləri": Ermənistan parlamentinin sədri Kiprdə belə qarşılandı - VİDEO 00:08 - Şemya adasına F-16 qırıcıları göndərildi: ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? - "FORBES" jurnalı00:05 - ABŞ Ukraynaya müasir silahlar göndərdi - "Ukraynanı NATO yolunda görmək istəyirik..."00:00 - "Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki..." - Metyu Brayza

24 oktyabr

16:39 - Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - Türkiyədə həbs edilən 6 nəfərlə bağlı müəmma16:38 - İran XİN rəhbəri Azərbaycanla münasibətlərdən yazdı 12:31 - "Murat Karayılanın da məhv edilmə növbəsi çatır" - Süleyman Soylu12:29 - Prezidentlə xanımının yeni fotosu 11:35 - Müxalifət yenidən küçə mübarizəsinə başlayır - Hakimiyyət nə düşünür?00:18 - Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı00:17 - Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?00:13 - İran Bakı qarşısından niyə geri çəkildi? - Rusiyalı tarixçi şərh edir