"Ukrayna, Azərbaycan və Türkiyənin müdafiə sahəsində əməkdaşlığı aktuallaşacaq" - Ali Radanın Komitə sədri

21 iyul, 2021 13:02

"NATO kursu bizdə konstitusiyada təsbit edilib. Ukraynanın NATO-ya nə zaman daxil olacağı hələlik məlum deyil, amma düşünürəm ki, söhbət onilliklərdən deyil, illərdən gedir".

Bu fikirləri report.az-ın Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) Dövlət təhlükəsizliyi və müdafiə komitəsinin sədri İrina Vereşuk bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdaxilələrinə baxmayaraq, dünya dəyişir:

"Təəssüf ki, Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün NATO üzvlüyündən başqa alternativi yoxdur. Strateji tərəfdaşlarla əməkdaşlıq formatlarına gəlincə, həm çoxtərəfli, həm də ikitərəfli formatlar işləyir. Son bir il yarımda Ukrayna Baltik-Qara dəniz regionunda üç yeni beynəlxalq qarşılıqlı fəaliyyət formatının təşəbbüskarı olub: Polşa və Litva ilə Lyublin üçbucağı, Gürcüstan və Moldova ilə assosiativ üçlük və Ukrayna-Türkiyə “Kvadriqa”sı. Sonuncu halda söhbət Ukrayna və Türkiyənin müdafiə və xarici işlər nazirlərinin müntəzəm görüşlərindən gedir".

Komitə sədri deyib ki, həm Azərbaycan, həm də Türkiyə Ukraynanın strateji tərəfdaşlarıdır:

"Bu baxımdan nə vaxtsa Ukrayna-Azərbaycan-Türkiyə arasında siyasi və müdafiə sahələrində əməkdaşlıq aktuallaşacaq".

25 iyul

23:44 - Türkiyədən Ermənistana mesaj - "Onlar fürsəti qaçırmamalıdır"23:39 - Ruslar yüzlərlə ermənini Xocavəndə apardı23:33 - "Təhlükəsizlik qaynaqları Ermənistanın gərginliyi artıran siyasətə geri döndüyünü açıqladı…" - "TRT Haber"14:31 - Mustafa Şentop Azərbaycana gəlir - "Bakı Bəyannaməsi" imzalanacaq14:27 - Azərbaycan zənginləri Bodrumda, dünya elitasının qala gecəsində - Bilet 25 min avrodan başlayır - FOTOLAR 14:12 - Mirsaleh Seyidov töhmət aldı12:21 - "Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa" - Deputatdan açıqlama 00:58 - "Azərbaycan, Ələhvaz!", "İttihad, ittihad!" - Etirazlar Təbrizə sıçradı00:50 - "Qərbdə Qarabağla bağlı bütün təsir imkanlarından kənar qaldıqlarını başa düşüblər" - Rusiyalı ekspert00:45 - Rusiyada skandal - Kommunistlər ayağa qalxdı00:43 - "Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa00:39 - Badamdarda güclü yanğın olub - VİDEO

24 iyul

18:46 - "Qarabağda Rusiyanın qalması, oraya Fransa və ABŞ qoşunlarının gəlməsindən daha sərfəlidir" - Etibar Məmmədov 18:43 - Səməd Səmədov vəfat etdi14:50 - ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana müraciət14:22 - Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov geri çağırılır? - TƏFƏRRÜAT13:00 - "Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq"  - İran XİN12:45 - "ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır" - "Foreign Policy"12:42 - Rus sülhməramlılarından çok açıqlama - "Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır"12:28 - İlham Əliyevin son görüşləri və Kəlbəcərə açılan atəş - Ermənistan niyə təşviş içindədir?11:00 - Kəlbəcərə gedib çıxmaq üçün 15 kilometrlik tunel çəkilir - Ömər aşırımından keçmək..10:45 - Ordumuz düşmənin cavabını verdi - Erməni hərbçi başından vuruldu00:17 - Ermənistan Kəlbəcərdə təxribatı necə həyata keçirib? - TƏFƏRRÜAT00:14 - Vaqif Axundovun həbs edilən bacısı oğlunun FOTOLARI00:09 - Su qıtlığına görə etirazlar - Xamaneyi küçələrə çıxanlara dəstək verdi

23 iyul

22:54 - Dövlət sərhəddində atışma davam edir - RƏSMİ20:16 - "Narkotil vasitələrlə mübarizə məqsədilə işçi qrupu yaradılacaq" - Baş prokurorluq20:13 - Müdafiə Nazirliyində yeni təyinatlar - 4 generala yeni vəzifə verildi18:01 - Ermənilər Kəlbəcəri atəşə tutdu - Ordumuzun giziri şəhid oldu17:00 - Fransa prezidenti Makron Bakıya gələcək