Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir...

11 may, 2021 21:34

Milli Məclisin deputatı Əziz Ələkbərli Azsiyasət.com saytına geniş açıqlama verib.

O, Prezident İlham Əliyevin Naxçıvan səfərinin əhəmiyyətindən və səfər zamanı verilən mesajlardan danışıb. 

Ə.Ələkbərlinin Prezidentin Naxçıvan səfərinin əhəmiyyətini şərh edən açıqlamasını olduğu kimi təqdim edirik

"Cənab Prezidentin mayın 10-da Naxçıvana səfəri və bu səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə iki gündür ki, ictimai-siyasi fikrin diqqət mərkəzindədir. Bu da ondan irəli gəlir ki, cənab Prezident bu dəfəki çıxışında da, ənənəvi olaraq, lazımi ünvanlara Azərbaycanın dövlət maraqları və tarixi haqları ilə bağlı vacib mesajlar verdi. Mən bunlardan dördü üzərində xüsusi dayanmaq istəyirəm.

Birincisi, Cənab prezident Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışında iştirak etdi və bu məsələ ilə bağlı müsahibəsində üç il əvvəlki Günnüt əməliyyatını xatırlatdı və Naxçıvanın hərbi gücünün bu gün istənilən hərbi tapşırığı uğurla başa vurmaq qüdrətində olduğunu bildirdi. “Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir”, - deyə cənab Prezident düşmənə mesajını verdi.

İkincisi, Cənab Prezident Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə tanış oldu və müsahibəsində bu məsələ ilə bağlı da öz mesajını verdi. Açıq şəkildə dedi ki, o, Ordubad dəmiryol stansiyası ilə tanışlığa təsadüfən gəlməyib və bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran dəhlizin uzunluğu cəmi 40 kilometrdir, bu dəhliz açılmalıdır və açılacaqdır. Cənab Prezident bu istiqamətdə Azərbaycanın görməkdə olduğu işlərdən bəhs etdi, bu dəhlizdən keçəcək dəmiryol xəttinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolunun təməl daşını artıq qoyduğunu bildirdi. Onu da xatırlatdı ki, Rusiya dəmir yolları illər öncədən bütün Ermənistanın dəmir yollarına sahib olduğu üçün bu gün Ermənistan dəmir yolları anlayışı yoxdur və Azərbaycan da bu yol ilə bağlı danışıqları, təbii ki, bu yolun gerçək sahibi olan Rusiya ilə aparır. Bu məsələdən danışarkən cənab Prezident ermənilərin hər dəfə, haqsız olaraq, təpki ilə qarşıladıqları Şərqi Zəngəzur və Qərbi Zəngəzur anlayışlarını bir daha işlətdi. Və tamamilə haqlı olaraq işlətdi, çünki ermənilər öz yalanlarına özlərini o qədər inandırıblar ki, tarixi həqiqətləri eşitməyə belə dözümsüzlük göstərirlər. Belə olan surətdə onlara tarixi həqiqətləri hər fürsətdə yenidən xatırlatmaqdan başqa yolumuz qalmır. Eynilə Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı kimi: “Sənin atan Donenbaydır, Donenbay, Donenbay...” 
 
Üçüncüsü, Cənab Prezident müsahibəsində bir daha bəzi konkret ölkələrin Qarabağla bağlı mövqeyinə münasibət bildirdi və qəti şəkildə dedi ki, bu münaqişə artıq bitmişdir və noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamışdır, kim isə bunu qəbul etmirsə, demək, onun özündə problem var. Cənab Prezident konkret ölkələrin adını çəkdi: Kanada, Fransa... Kanadanın Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı bəyanatını xatırladaraq “Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik”, - deyə sərt mövqe ortaya qoydu və məsləhət gördü ki, “oturub öz işləri ilə məşğul olsunlar”.

Cənab Prezident Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd etdi. Fransa siyasilərinin ikiüzlü davranışına etirazını bildirdi. Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycana qarşı çirkin kampaniya aparanlara Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələrinin nümayiş etdirilməsini xatırlatdı.
 
Qarabağın statusu ilə bağlı məsələyə toxunduqda isə cənab Prezident bildirdi ki, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, biz etiraz etmirik, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin, orada onlara muxtariyyət, yaxud müstəqillik versin, Azərbaycanda isə bu, heç vaxt olmayacaq. Cənab Prezident istər status haqqında, istərsə də münaqişə haqqında bundan sonra da söhbət gedəcəksə, bunun Azərbaycanla həmin dövlətlər arasında münasibətlərin gərginləşəcəyinə səbəb olacağını açıq şəkildə bidirdi. 

Dördüncüsü, Cənab Prezident, Ermənistandakı revanşist düşüncəli siyasətçilərə və insanlara səslənərək qəti bildirdi ki, əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar, heç kim onları müdafiə edə bilməz və heç kimə də bel bağlamasınlar. 

Cənab Prezident bildirdi ki, Ermənistanda həm iqtidar, həm də müxalifət Şuşanın, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər, amma yaxşı olar ki, odla oynamasınlar, unutmasınlar ki, dəmir yumruq yerindədir. Cənab Prezident Azərbaycana qarşı təhlükə törətmək cəhdində olan istənilən qüvvənin dərhal və yerindəcə məhv ediləcəyini qəti şəkildə bildirdi. 

Bütün bunlar ermənilərə və onun havadarlarına, yaxud havadarı kimi özünü göstərənlərə çox ciddi mesajlardır. Və biz, Azərbaycan xalqı olaraq, Azərbaycan xalqının hər fərdi olaraq bir daha fəxr edirik ki, belə həssas tarixi dövrdə Azərbaycan dövlətinin başında İlham Əliyev kimi güclü və qüdrətli bir Lider dayanır. Mübaliğəsiz demək lazımdır ki, bu, Tanrının Azərbaycan xalqına ən böyük lütfüdür!

13 iyun

00:14 - Polislər cəbhəyə təkər aparan TIR-dan 100 manat rüşvət alıb - FOTO00:05 - Səfirdən Ərdoğanın Şuşa səfəri haqda - "Hazırlıq davam edir"

12 iyun

23:52 - ABŞ Azərbaycanın humanitar addımını alqışladı - Entoni Blinkendən açıqlama22:45 - Şuşanın təhlükə gözlənilən kəndləri hansılardır?  - Keçmiş polis rəisi cavab verir...22:42 - Prezident və xanımı Uels-İsveçrə matçını izlədi - FOTOLAR 18:50 - 15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - RƏSMİ17:01 - "Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib" - Sergey Markov16:53 - Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı tələblərini rədd etdi 15:58 - "Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək" - Azərbaycan lideri15:45 - "10 noyabr bəyanatı atəşkəsdən daha böyük sənəddir" - İlham Əliyev15:08 - Amerikalı politoloq: "Ermənistan hökuməti sərsəri kimi davranır"14:11 - Nəcməddin Sadıkovun oğlu Etibar Pirverdiyevi döyüb - ÖZƏL13:27 - Rəqsanə bu tərbiyəsizliyi də etdi  - FOTOLAR 13:19 - Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR 13:07 - BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlunun avtomobil kolleksiyası - FOTOLAR 12:35 - Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat12:05 - Kəlbəcərə köçlə bağlı önəmli açıqlama - Gözəl görüntülər10:18 - Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb - Cinayət dosyesi yenilənir10:16 - Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub - Dörd nəfər saxlanılıb10:12 - "Bu, feyk xəbərlərdir" - Vladimir Putin 01:03 - DYP-nin pul tələsi: Piyadalara yol verməyən sürücülər cəzalandırıldı, bəs qanunu pozan piyadalar? - FOTOLAR 00:59 - "Rusiyadan qorxmuruq" - Şarl Mişel00:43 - Adil Xudadatov niyə həbs edilməlidir? - Vətəndaşlar, iş adamları başqa qapıya üz tutacaqlar, o zaman... 00:26 - Şou-biznesdəki qadınların əvvəlki və sonrakı halı  - FOTOLAR00:11 - Mariya Zaxarova ABŞ diplomatlarını alman nasistlərinə bənzədib - FOTO

11 iyun

23:13 - ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı22:24 - Bakı restoranlarında gecə saat 12-dən sonra "işə başlayan" virus - Bu qadağanın tam ləğvinin vaxtı deyil? 22:21 - Jurnalistlər binasının komendantı saxlanıldı18:22 - Rusiya səfiri: "Azərbaycanın BMT-də gördüyü işləri çox yüksək qiymətləndiririk" - MÜSAHİBƏ18:17 - Ərdoğan NATO-da Qarabağ və mina məsələsini qaldıracaq